Zəngin, vəzifəli ailələrin övladları niyə qudurğan olur? - ARAŞDIRMA
Tarix: 12-08-2015, 09:42 | Çap et
 Zənginlərin həyat tərzi hər zaman mətbuatın diqqət mərkəzində olub. Bu, bütün dünyada belədir. Azərbaycan jurnalistləri də tanınmış insanların həyatı haqda məlumatları həvəslə ictimailəşdirir. Tutaq ki, hansısa məşhurun bahalı avtomobil alması, yaxud onun övladının hər hansı restoranda dava salması medianı həmişə maraqlandırıb. Sadə insanların da məşhurların həyatına marağı çoxdur.
Təəssüf ki, ölkəmizdə zəngin ailələrin həyatını media aşkara çıxarmır. Bizdə vəzifəli, varlı ailələrin övladları özləri qəzetçilərə mövzu verir. Kimisi avtoqəza törədib kasıb ailənin bir neçə üzvünü öldürür, kimisi restoranda dava salıb adam bıçaqlayır, bir başqasının adı vəhşi heyvanın kababını yeməklə ad "qazanır" və s.
İctimaiyyəti həmişə bir sual maraqlandırıb: nədən varlı, vəzifəli insanların ailə üzvləri - oğulları, qızları və digər doğmaları qalmaqallı olayların əsas iştirakçısı olurlar?
Zəngin, vəzifəli ailələrin övladları niyə qudurğan olur?
Psixoloq Asəf Kərimova görə, bu kimi halların günahkarı valideynlər özləridir: "Ata, ana aldığı maşını, geyimi öz mühitlərində dost-tanışa, qohum-əqrəbaya, qonşulara nümayiş etdirərək davranış nümunəsi göstərirlər. Uşaq da təbii ki, bu davranış formasını qəbul edir. Tərbiyə prosesi düz qurulmur. Mənəvi-əxlaqi dəyərlər aşılanmır. Qərb dünyasında varlılar bunu kənardakılara hiss etdirməməyə çalışırlar. Xüsusən alman varlıları olduqca qənaətcil və gözə girməkdən qaçır, var-dövlət nümayişini ədəbsizlik sayırlar. Başqasına yuxarıdan aşağı baxmaq əxlaq məsələsidir".
Psixoloq mövzunu başqa səbəblərlə də əsaslandırır: "Əvvəllər ailədə bir neçə uşaq olurdu. Böyüklər kiçiklərin qayğısına qalırdı ki, bu da qarşılıqlı yardım, bölüşmək, bir-biri qarşısında məsuliyyət hissinin inkişafı demək idi. Uşaqlar daha müstəqil olur və istəklərini özləri əldə etməyə cəhd edirdilər. İndi ailələrdə bir və ya iki uşaq olur ki, onlar hərtərəfli qayğı, həddən artıq qoruma, cəzasızlıq mühitində böyüyürlər. Bu isə uşaqda ərköyünlüyə, kaprizliyə gətirib çıxarır".
A.Kərimovun sözlərinə görə, bu məsələdə valideynlərin dünyagörüşünün aşağı olması da ciddi rola malikdir: "Əslində bu, varlı-kasıb məsələsi deyil. Hazırkı cəmiyyətimizdə böyük əksəriyyətin dünyagörüşü aşağıdır. İncəsənət, ədəbiyyat, teatr, sərgi salonları yoxdur, bəziləri isə yenə də imitasiya edir. Bu isə uşağın mənəvi inkişafının, onun özünü müxtəlif sahələrdə sınamağının qarşısını alır. Bizdə varlı ailələrin uşaqları xüsusi məktəblərdə oxuyur, maşınla hərəkət edir, ancaq öz mühitinə aid ailələrin uşaqları ilə görüşür. Onların isə adətən eyni söhbətləri, eyni maraqları olur. Bu, xaricdə də var. Lakin valideynin dünyagörüşünün yuxarı olması uşağın müxtəlif sahələrdə inkişafına imkan yaradır".
Ekspert Müşfiq Şükürov varlı, vəzifəli ailələrin övladlarının qudurğanlığını görməmişliklə əlaqələndirdi:"Birdən-birə böyük və asan əldə olunan pullara sahib olublar, başlarını itiriblər. Nümayiş etdirdikləri bahalı geyimlər, interyerlər, maşınlar... hamısı mənəvi kasıblığın sübutudur. Ölkəsinin müəllim və həkimləri (yəni əhalinin ən savadlı kəsimi) dilənçi maaşı alan ölkədə pulları ilə öyünmək - acın qarşısında ziyafət düzəltmək kimi bir şeydir".
Ekspert bu təbəqənin nümayəndələrini reallıq hissini itirmiş adamlar sayır: "Ölkə insanlarının əksəriyyətinin nə ilə və necə yaşadıqlarından xəbərsizdirlər. Niyə insanların bu hallara təpkisi təsirli deyil? Ona görə ki, vəzifədə olan azərbaycanlının düşüncəsi ilə vəzifədə olmayan azərbaycanlının düşüncəsi arasında elə bir fərq yoxdur.
Daxildə belə bir lal ictimai razılaşma var ki, "adam vəzifəyə yemək üçün gedər də". Ona görə də paxıllıqla yanaşı, içəridə bir həsəd də var. Daxili bir həmrəylik var, ölkənin varlıları və acları arasında. Buna görə də cəmiyyət ortalığa bu hallara qarşı effektiv mübarizə qoya bilmir". Musavat.com


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33 |
|
|
|
| • “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29 |
|
|
|
| • Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18 |
|
|
|
| • “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17 |
|
|
|
| • Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14 |
|
|
|
| • Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10 |
|
|
|
| • Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05 |
|
|
|
| • Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01 |
|
|
|
| • Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00 |
|
|
|
| • Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55 |
|
|
|
| • "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42 |
|
|
|
| • Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40 |
|
|
|
| • Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36 |
|
|
|
| • Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25 |
|
|
|
| • "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22 |
|
|
|
| • "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19 |
|
|
|
| • Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09 |
|
|
|
| • Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03 |
|
|
|
| • “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
| • Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34 |
|
|
|
| • Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26 |
|
|
|
| • ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24 |
|
|
|
| • Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14 |
|
|
|
| • Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09 |
|
|
|
| • NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
| • Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45 |
|
|
|
| • Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44 |
|
|
|
| • Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39 |
|
|
|
| • Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37 |
|
|
|
| • Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34 |
|
|
|
| • Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30 |
|
|
|
| • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26 |
|
|
|
| • Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04 |
|
|
|
| • Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
| • Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40 |
|
|
|
| • Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34 |
|
|
|
| • Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24 |
|
|
|
| • “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22 |
|
|
|
| • Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56 |
|
|
|
| • ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55 |
|
|
|
| • Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52 |
|
|
|
| • Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51 |
|
|
|
| • "Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46 |
|
|
|
| • ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43 |
|
|
|
|