Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi .....                     Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                 

Dövlət Neft Fondunun 50 milyonluq itkisi mübahisələrə yol açdı - Şahmar Mövsümov yenidən hədəfdə
Tarix: 8-08-2015, 10:35 | Çap et
Dövlət Neft Fondunun 50 milyonluq itkisi mübahisələrə yol açdı
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov yeni tənqidlərin hədəfinə çevrilib. Buna səbəb ARDNF-in Moskvada aldığı əmlakdır.

Məsələ burasındadır ki, 2014-cü ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən Dövlət Neft Fondunun investisiya portfelinin 87,5%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 6,5%, 2,9%, 3,1%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarətdir. Ötən il ARDNF-nin vəsaitlərin idarə olunmasından əldə edilən gəlirləri 493,7 milyon dollar təşkil edib və nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub.
Amma bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb. Bunun başlıca səbəblərindən biri də Dövlət Neft Fondunun daşınmaz əmlaka (bu portfel London şəhərinin Seynt Ceyms 78, Paris şəhərinin Vandom meydanı 8, Moskva şəhərinin Tverskaya 16 və Seul şəhərinin Ecuro 203 ünvanında yerləşən 4 aktivdən ibarətdir) yönələn investisiyalarından əldə edilən gəlirlərin aşağı düşməsidir. Belə ki, Neft Fondu tərəfindən 2012-ci ildə 133 milyon ABŞ dollarına alınan Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis ticarət mərkəzinin dəyərini ötən ilin sonunda müstəqil qiymətləndirmə şirkətləri 5 milyard 687 milyon rubl qiymətləndirib ki, bu da hazırkı məzənnə ilə 88,6 milyon ABŞ dollarına bərabərdir. Yalnız Moskvadakı əmlakın dəyərsizləşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb.
Məsələ ilə bağlı özünün facebook sosial şəbəkəsində yazan tanınmış iqtisadçı-ekspert Qubad İbadoğlu maraqlı məqamlara toxunub. O bildirib: “Dəfələrlə Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd edib, Fondu ordakı vəsaitlərini geri çəkməyə çağırsaq da təəssüf ki, buna hələ də əməl edilmir. Beləliklə də, Dövlət Neft Fondunun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində ARDNF-nin Rusiya bazarındakı əməliyyatlardan itkilərinin səviyyəsi daha yüksək olacağı gözlənilir. Son məlumatlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz ucuzlaşıb və bu tendensiya il ərzində davam edəcək”.
Bir sözlə, ARDNF-nin Moskvada aldığı ofis ticarət mərkəzi ilə bağlı itkilərinin məbləğinin çoxalması istisna olunmamalıdır.
3 il bundan qabaq 133 milyon dollara alınan “Qalereya Aktyor” ofis ticarət mərkəzinin hazırkı qiymətinin 88,6 milyon dollara düşməsi və ortada təxminən 50 milyon dollarlıq itkinin yaranması isə qarşıdakı günlərdə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun ünvanına tənqidlərin daha da güclənməsinə gətirib çıxaracaq. Söhbət ondan gedir ki, bir sıra müstəqil ekspertlərin Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd edib, Dövlət Neft Fondunu oradakı vəsaitlərini geri çəkməyə çağırmasına baxmayaraq, belə çağırışların ARDNF tərəfindən reaksiyasız buraxılması sırf Mövsümovun ayağına yazılmalıdır. Çünki icraçı direktor olaraq o, ölkənin nüfuzlu iqtisadçılarının uzun müddət əvvəldən gördüyü və haqqında xəbərdarlıq etdiyi təhlükəni görməli, rəhbərlik etdiyi Fondun vəsaitlərini risk altında buraxmamalı idi.
Onu da deyək ki, ARDNF Moskvadakı sözügedən əmlakı alarkən bu birmənalı qarşılanmamışdı. Hələ o vaxt bu yöndə ilk və rəsmi olmayan məlumatlar yayılarkən - daha dəqiq desək, 2012-ci ilin sonlarında, - millət vəkili, iqtisadçı Vahid Əhmədov aznews.az-a bildirmişdi ki, Dövlət Neft Fondunun vəsaitinin hansı istiqamətlərə xərclənməsi ilə bağlı prezidentin təsdiqlədiyi Əsasnamə var və ona uyğun olaraq da fəaliyyət göstərilməlidir: “Fondun vəsaitinin xərclənmə istiqamətləri barədə dövlət başçısının Əsasnaməsi var. Həmin Əsasnamədə vəsaitin xərclənmə bəndləri göstərilib. O sahələrə də vəsait xərclənə bilər”.
Deputat onu da əlavə etmişdi ki, Dövlət Neft Fondunun vəsaiti hesabına xaricdə hansısa daşınmaz əmlak alınması nəzərdə tutulmayıb: “Əsasnamədə göstərilməyib ki, Dövlət Neft Fondunun vəsaiti hesabına xaricdə hansısa daşınmaz əmlak alına bilər. İndi bu haradan çıxıb, mən bilmirəm. Xaricdən yalnız Dövlət Neft Fondunun vəsaiti hesabına qızıl alınır ki, bu da dövlətin ehtiyatını artırmaq üçündür”.
Göründüyü kimi, Şahmar Mövsümovun icraçı direktoru olduğu ARDNF-nin “xaricdə əmlak” siyasəti artıq ilkin neqativ nəticələrini doğurmağa başlayıb. Bu da qarşıdakı günlərdə sözügedən mövzu ətrafında müzakirə və mübahisələrə təkan verəcək.
Onu da deyək ki, iqtisadçı ekspertləri Dövlət Neft Fondunun xaricdə əmlak sahib olması məsələsində narahat edən daha bir önəmli məqam həmin əmlakların alınması zamanı şəffaflıq prinsiplərinə nə qədər əməl edilib-edilmədiyidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09
Bu gün onun anım günüdür
Dünən, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru