Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi .....                     Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                 

Azərbaycanlı “siyasi mühacirlər” Avropanı necə aldatmaq istədi... - İlginc
Tarix: 7-08-2015, 11:51 | Çap et
Azərbaycanlı “siyasi mühacirlər” Avropanı necə aldatmaq istədi...
BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı İdarəsinin məlumatına görə, 2013-cü ildə 2425 Azərbaycan vətəndaşı Avropaya siyasi sığınacaq üçün müraciət edib.

Bu rəqəm artmaqda davam edir, çünki bu ilin ilk 6 ayı ərzində həmin rəqəm artıq 1145 nəfərdir. Yəni ölkəni siyasi motivlərlə hər il tərk edənlərdən iki siyasi partiya toplamaq olar.

Beləliklə, elə təəssürat yaranır ki, ölkəmiz rejimə qarşı mübarizlərlə doludur və onlar ən ağır məşəqqətlərə tab gətirməyərək vətəni tərk edərək canlarını xilas etməyə çalışırlar. Və bu cəhətdən müraciətlərin sayına görə Azərbaycan dünyada 35-ci yerdədir.

Bizdəkindən daha çox müraciət Eritreyadan olunur, bizdən daha az isə parça-tikə olunmuş, vətəndaş müharibəsinin davam etdiyi Liviyadan.

Bu günlərdə hüquq müdafiəçisi Eldar Zeynalov öz bloqunda azəri “siyasi mühacirlər”in Avropa məhkəmələrində sığınacaq üçün çəkişmələrini ümumiləşdirərək çoxsaylı faktlar əsasında geniş bir məqalə yerləşdirib. Onun “azulant fenomeni”nə həsr etdiyi yazıdakı çeşidli faktların hamısı ilə müəllifin bloqunda oxuya bilərsiz, mən isə cəmisi iki faktı təsvir edəcəyəm.

Onları oxuyandan sonra belə bir təəssürat yaranır ki, həmin şəxslərin taleyi Hollivud filmləri üçün hazır ssenaridir, bu talenin daşıyıcaları isə mövcud rejimə qarşı son damla qanlarına qədər vuruşmağa hazır olan partizanlardır. Yaxud onlar son 10-15 il ərzində Azərbaycanda siyasi mübarizəni çiyinlərində daşımış nəhənglərdir. Lap Kisa Vorobyaninov sayağı “demokratiyanın ataları və fikir titanlarıdır”.

Belədirmi? Əlbəttə, yox. Həmin adamlara görə yalnız xəcalət çəkmək, ya da onları patoloji yalançılar cərgəsinə salmaq olar.

Ancaq xalq öz “qəhrəmanları”nı tanımalıdır. Odur ki, Eldar Zeynalovun bəhs etdiyi çoxsaylı “siyasi mühacirlər” ordusundan cəmisi ikisi ilə tanış olmaq da yetərlidir ki bilək - onların siyasətə də, mübarizəyə də heç bir dəxilləri yoxdur.

***

Beləliklə, birinci fakt: “A.H. İsveçə qarşı” işinə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində baxılıb. A.H. orada başına gələn məşəqqətləri bu cür təsvir edir: 1971-ci ildə doğulub, əvvəlcə “talış separatçıları”na qoşulub, 1994-cü ildən isə Demokrat Partiyasının (ADP) fəal üzvünə çevrilib. İddia edir ki, “rejimə qarşı nümayişlərin təşkili ilə məşğul olub”.

Bundan sonrası isə əsl detektiv romandır. Belə ki, 2001-ci ildə onu dəfələrlə həbs ediblər, işgəncələr veriblər və Ələkrəm Hümbətova qarşı ifadə verməyini tələb ediblər (həmin vaxt Hümbətov artıq çoxdan həbsdə idi). Sonra polis idarələrindən birinin zirzəmisinə salıblar, burada təxminən 1 il saxlayıblar, dəfələrlə döyüblər, ancaq nədənsə məhkəmə önünə çıxarmayıblar (!).

2002-ci ilin mayında o, xəstələnib və “MTN-in hospitalı”nda (!) bir neçə ay müalicə olunub. Burada ona atası ilə bərabər ADP-nin sədri Sərdar Cəlaloğlu baş çəkib. Sərdar bəy ona gizli şəkildə ADP-nin üzvlük biletini və sürücülük vəsiqəsi verib.

Hələ bu harasıdır! Sərdar bəy onun hospitaldan qaçışını təşkil edib - rüşvət müqabilində təbii ki. Və bizim “qəhrəman” da hərbi forma geyinərək bir hərbçinin yardımı ilə hospitaldan qaçıb.

Elə həmin gecə A.H. Azərbaycandan Rusiyaya keçib və bir neçə gün sonra saxta Hollandiya pasportu ilə İsveçə gələrək sığınacaq üçün müraciət edib.

Sonralar bəlli olub ki, o, hələ 1995-ci ildə Almaniyada olarkən də siyasi sığınacaq istəyib, 6 ay orada qalıb, ancaq rədd cavabı alaraq deportasiya olunub.

Tezliklə “qəhrəman”ın qardaşı da İsveçə gəlib və həmçinin sığınacaq istəyib. Sən demə, A.H. Azərbaycanda axtarışa verilib, üstəlik atası da oğlu qaçandan iki ay sonra həbs olunub...

İsveçin miqrasiya orqanları tərəfindən aparılan araşdırmalarda yalnız bircə fakt (A.H.-nın ADP üzvü olması) təsdiqini tapıb, qalanlar isə uydurma çıxıb. Sərdar Cəlaloğlu da bu adda şəxsi tanımadığını bildirib. Azərbaycan DİN bu adda adamı heç vaxt həbs etmədiyini və axtarışa vermədiyini açıqlayıb. İsveç hakimiyyət orqanları A.H.-nın siyasi motivlərlə təqib olunduğunun və siyasi fəal olduğunun yalan olduğunu nəzərə alaraq ona sığınacaq verməkdən imtina edib.

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi də onun Azərbaycana deportasiyasını düzgün sayıb.

***

Digər “azulant”ın işində isə ADP-nin yox, Müsavat Partiyasının adı keçir. “R.K. İsveçə qarşı” (16 may, 2008-ci il) adlanan işdəki “qəhrəman” 1998-ci ildə Müsavat Partiyasına üzv yazıldığını (bu, təsdiqini tapıb) və partiyanın Füzuli rayon təşkilatında katib kimi fəallıq göstərdiyini söyləyir.

O, mitinq və nümayişlərdə iştirak etdiyini, üstəlik “Yeni Müsavat” qəzetində çoxsaylı siyasi məqalələr yazdığını bildirir. Məqalələr o qədər kəskin olub ki, R.K.-nı hakimiyyət təqib etməyə başlayıb. Sonra o, “Reytinq” qəzetini yaradıb və buradan hakimiyyətin tənqidini davam etdirib.

2003-cü ilin mayında o, prezident Heydər Əliyevin xəstəliyinə dair kəskin məqalə yazıb və bu məqalədən dərhal sonra hakimiyyət nə az, nə çox - “Yeni Müsavat” qəzetini də, Müsavat Partiyasını da bağlayıb (!).

Məlum oktyabr hadisələri zamanı Norveçin Azərbaycandakı səfiri “qəhrəman”ı onu gözləyən təhlükələrdən xəbərdar edib və səfirlik binasına çağırıb. R.K. gecəni səfirlikdə qalıb, sonra isə şahid qismində ifadə vermək üçün məhkəməyə çağırılıb.

2004-cü ilin 16 sentyabrında o, “müsavatçılar”ın məhkəməsində ifadə verərək etirazçıları nümayişə məhz özünün çağırdığını söyləyib, ancaq həbs olunmayıb. Həmin ilin oktyabrında təzyiq və təqiblərə dözməyərək ailəsini də götürüb İsveçə gəlib və siyasi sığınacaq istəyib.

İsveç hakimiyyət orqanları R.K.-nın söylədiklərinin sübuta yetmədiyini əsas götürərək ona sığınacaq verməyib. Üstəlik, bəlli olub ki, o, heç vaxt partiyada rəhbər vəzifələr tutmayıb, siyasətlə məşğul olmayıb və fəaliyyəti yalnız qəzetdə məqalələr yazmaqdan ibarət olub. Nəticədə R.K.-ya sığınacaq verilməyib.

***

Burada cəmisi iki misal nəzərdən keçiirildi. Digər “siyasi triller nümunələri” ilə buradan tanış ola bilərsiniz - http://eldarzeynalov.blogspot.com/2015/08/blog-post_5.html

Məmməd Süleymanov

Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09
Bu gün onun anım günüdür
Dünən, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru