Surət Hüseynovla Abbas Abbasovun yeni təşkilatdan gözləntiləri var - Belə deyirlər...
Tarix: 6-08-2015, 11:42 | Çap et
 Ötən saylarımızın birində manşetdən dərc etdiyimiz “İmranov-Abbasov-Hüseynov” triosu Azərbaycana qarşı təhlükəli oyunda" sərlövhəli yazı dərc etmişdik. Söhbət keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiya Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri İlqar Qasımovun Azərbaycanda “Avrasiya Hərəkatı” yaratmalarından, bu quruma daha çox siyasi-hərbi keçmişi olan şəxsləri toplamasından gedirdi.
Azərbaycan mətbuatı bu hərəkatı birmənalı olaraq Rusiyanın ölkəmizə qarşı növbəti provokasiyası kimi təqdim edir. Xatırladaq ki, 2013-cü ildə Moskvada Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) adlı təşkilat yaradılmışdı. Bu təşkilatın Kremlin iradəsi ilə yaradıldığı haqda iddialar sonrakı proseslərdə özünü tam doğrultdu. Sonradan mətbuatın “Milyarderlər İttifaqı” adı verdiyi təşkilat prezident seçkisində öz namizədi ilə iştirak edib hakimiyyəti götürməyi planlaşdırırdı. Artıq Rusiyanın bu plandan əl çəkdiyi və daha təhlükəli bir planın icrası yönündə addımlar atıldığı göz önündədir. Rusiyanın Azərbaycanda keçirilən hər seçki öncəsi rəsmi Bakı ətrafında gərginlik yaratmaq kursu illərdir ki, davam edir. Parlament seçkiləri öncəsi “Avrasiya Hərəkatı”nın elan olunması da təsadüfi deyil. “Milyarderlər İttifaqı” da prezident seçkiləri öncəsi yaradılmışdı.
Maraqlı olan odur ki, “Avrasiya Hərəkatı”nın elan etdiyi Rusiyaya yaxınlaşma prinsiplərini hərbçilərin çiynində, onların vasitəsi ilə gerçəkləşdirmək istəyir. Və bunu Azərbaycan mətbuatı yazarkən fikir bildirməyə, əksini sübut etməyə belə cəhd etmirlər. Qiyamçı eks baş nazir Surət Hüseynovun, baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun da yeni hərəkata qoşulması haqda yazılanlara reaksiya verməmələri də sual doğurur.
Görünür, S.Hüseynov və A.Abbasov susmaqla yazılanlarla razı olduqlarını cəmiyyətə çatdırmaq istəyirlər. Yeni hərəkatdan gözləntiləri var. Təkzib etməməklə gözləntilərinin gerçəkləşəcəyi günü gözləyirlər. Alınmayacaqsa, çıxıb heç nə olmamış kimi təkzib verəcəklər. Hələliksə susurlar...
Qeyd edək ki, vaxtilə Abbas Abbasovun kuratoru olmuş N.İmranovun bu gün də Surət Hüseynovla əlaqələrinin olması haqda məlumatlar var. Sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov ömrünü Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-KQB) divarları arasında keçirib. 1992-ci ilin yazında, fəxri təqaüdə çıxmasına 6 ay qalmış doğma DTK divarları onu sıxmağa başlayıb. 24 il 6 aylıq xidmətdən sonra N.İmranov istefa verib və Azərbaycana gəlib.
N.İmranovun bu hərəkətinin vətənpərvərlik hisslərindən qaynaqlandığını deyənlər az keçmədi ki, yanıldıqlarını başa düşdülər. Hərbi xidmətdə olanlar səbirsizliklə sakit və qayğısız həyatlara başlamalarını gözləyirlər. Belə bir imkan isə 25 illik xidmətdən sonra verilir. N.İmranov Azərbaycana xidmətinin bitməsinə 6 ay qalmış qayıdıb, üstəlik, istefa verməklə, özünü təqaüddən məhrum etməklə. Ölkədə siyasi gərginliyin olduğu bir vaxtda N.İmranovun dönüşü haqda o dövrün siyasi hakimiyyəti,
AXC iqtidarı da məlumatlı olub. Bu dönüşün heç də yaxşı nəticələr verməyəcəyini təxmin etsələr də, lazımi addım atmağa tələsməyiblər. Hakimiyyətdəkilər qərar qəbul etməyə tələsmədikləri bir vaxtda N.İmranov gözlənilənlərin əksinə olaraq Gəncəyə yollanıb. Milli hakimiyyət devrildikdən sonra məlum olur ki, N.İmranov qiyamçı polkovnik Surət Hüseynovun əsas məsləhətçilərindən olub. Yeri gəlmişkən, S.Hüseynovla N.İmranovun qohumluq əlaqələrinin olması haqda da məlumatlar var.
Nəriman İmranovun gözlənilmədən ictimai-siyasi fəaliyyətə başlaması yeni və daha təcrübəli kadrların Azərbaycan uğrunda mübarizəyə qoşulması kimi də qiymətləndirilir. Görünən odur ki, Rusiya siyasi dairələri Azərbaycanı öz nüfuz dairəsinə qaytarmaq üçün yeni oyuna başlayıblar. Bu oyunun harada və hansı sonluqla bitəcəyi Azərbaycan hakimiyyətinin səriştəsindən, xalqın öz müqəddəratını həll etmək kimi ağır bir sınaqdan necə çıxacağından asılı olacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04 |
|
|
|
| • Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
| • Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40 |
|
|
|
| • Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34 |
|
|
|
| • Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24 |
|
|
|
| • “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22 |
|
|
|
| • Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56 |
|
|
|
| • ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55 |
|
|
|
| • Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52 |
|
|
|
| • Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51 |
|
|
|
| • "Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46 |
|
|
|
| • ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43 |
|
|
|
| • Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41 |
|
|
|
| • Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11 |
|
|
|
| • Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08 |
|
|
|
| • Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05 |
|
|
|
| • CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53 |
|
|
|
| • Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49 |
|
|
|
| • Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46 |
|
|
|
| • Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40 |
|
|
|
| • “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35 |
|
|
|
| • Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32 |
|
|
|
| • “Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25 |
|
|
|
| • “Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23 |
|
|
|
| • Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16 |
|
|
|
| • Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13 |
|
|
|
| • Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11 |
|
|
|
| • “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51 |
|
|
|
| • Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25 |
|
|
|
| • Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23 |
|
|
|
| • Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21 |
|
|
|
| • Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31 |
|
|
|
| • Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29 |
|
|
|
| • Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15 |
|
|
|
| • Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45 |
|
|
|
| • Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09 |
|
|
|
| • Bu gün onun anım günüdür
Dünən, 13:07 |
|
|
|
| • Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
| • 24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55 |
|
|
|
| • Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53 |
|
|
|
| • Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49 |
|
|
|
| • AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45 |
|
|
|
| • SOCAR-da yeni təyinat - Foto
Dünən, 12:33 |
|
|
|
| • ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Dünən, 12:25 |
|
|
|
|