Qosqoca neft şirkətinin mətbuatla körpüsü niyə sınıq-salxaqdır?
Tarix: 1-04-2015, 14:24 | Çap et
 Müasir dövrdə hər hansı qurumun mətbuatla əlaqə şöbəsi onun ən vacib struktur bölmələrindən biridir. Dövlət qurumlarının mətbuatla əlaqəli şəxsləri isə ümumiyyətlə müstəsna bir vəzifədir. Çünki, Kütləvi İnformasiya Vasitələrinin sayının gündən-günə artması, sosial şəbəkələrin əhalinin bütün təbəqələrini özündə birləşdirməsi nəticəsində cəmiyyət onu maraqlandıran sualları, narahat edən məsələləri açıqlamağa daha çox imkan əldə etmiş olur. Yəni, əvvəllər hər hansı bir qurumun fəaliyyəti ilə bağlı yalnız televiziya və qəzetlərdən məlumat toplanılırdısa, indi yüzlərlə veb-resurs, internet televiziyalar, habelə sosial şəbəkələrin aktiv istifadəçiləri cəmiyyətin bütün sahələrindən məlumat almağa can atır. Məhz belə bir şəraitdə daha çevik, daha peşəkar mətbuat xidməti olan dövlət qurumlarının fəaliyyəti cəmiyyətin rəğbətinə səbəb olur. Azərbaycanda da son illər vətəndaş məmnunluğu istəqimətində aparılan islahatların əsas hissəsi cəmiyyətin güzgüsü olan mətbuatla işə yanaşmanın dəyişməsi, elektron sorğu sistemlərinin tətbiq olunması və sairdir.
Di gəl ki, bütün bu yeniliklər, müsbət dəyişikliklər deyəsən Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) yan keçir. SOCAR mətbuat xidməti XXI əsrin ikinci onilliyində də Sovet İttifaqı dövründəki praktika ilə fəaliyyətini davam etdirməkdədir. Bu hansısa bir kiçik struktura aid olsaydı bəlkə də nəzərəçarpan dərəcədə olmazdı. SOCAR isə öz fəaliyyətinə görə Azərbaycanın ən genişmiqyaslı dövlət strukturu kimi cəmiyyətin həyatında müstəsna rol oynayır. şirkətin həyata keçirdiyi layihələr həcminə və önəminə görə ölkənin taleyüklü məsələlərinin həllinə yönəlib. Şirkət ölkənin strateji ehtiyyatlarından əldə etdiyi gəliri sosial, ekoloji, idman layihələrinə yatırmaqla cəmiyyət həyatına təsir edən işlər həyata keçirir. Bu səbəbdəndir ki, SOCAR layihələri daima mətbuatın diqqətindədir. Nizaməddin Quliyevin rəhbərliyi altında SOCAR mətbuat xidməti isə mətbuat üçün əlçatmaz bir struktura çevrilib. Və yaxud, daha dəqiq desək, müəyyən mətbu orqanlardan başqa digər sayt, portallar onun heç cür diqqətini cəlb etmir. Belə görünür ki, Nizaməddin müəllim mətbuatla iş deyərkən "Kommunist" qəzetində məqalələrin dərc olunması, keçirilən tədbirlərə isə 3-4 mətbuat nümayəndəsinin çağırılması ilə öz peşə vəzifəsinin yerinə yetirdiyini sanır. Belə olmasaydı mətbuat nümayəndələrinin əksər sorğularına "məlumatım yoxdur", "eşitməmişəm" kimi cavablar verməzdi. Müasir dövrdə sosial şəbəkələrin tirajladığı məlumatdan xəbərsiz olmaq heç bir mətbuatla işləyən mütəxəssisə baş ucalığı gətirə bilməz. Ələlxüsus da nəzərə alsaq ki, mətbuat şöbəsi kimi böyük struktura malikdirsə.
Nizaməddin müəllimin neft sahəsində bilgilərinə şübhə ola bilməz, adam illərini neft sahəsinə həsr edib. Lakin, mətbuat sözçüsün əsas vəzifəsi vətəndaşların mətbuat vasitəsilə ünvanlanan suallarını cavablandırmaqdır. Bunun üçün isə neft istehlakının mürəkkəb mexanizmini deyil, təmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdən xəbərdar olmalı, gündəmi maraqlandırandan məsələlərə dərhal reaksiya verilməlidir. Buna digər bir misal kimi onu qeyd etmək olar ki, Nizaməddin müəllim həmçinin cəmiyyətin idman sahəsində əsas diqqətinin yönəltdiyi futbolda da məlumatlı, operativ olmağa məhkumdur. Çünki o, eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentinin də sözçüsüdür axı. Dünən "Neftçi" klubunun həyatında mühüm hadisə olan konfransa dəvət olunanların siyahısı sosial şəbəkələrdə geniş yayıldı. Və ordan da aydın olan odur ki, Nizaməddin Quliyev üçün ya neftlə bağlı konfrans, ya futbolla bağlı konfrans eyni əhəmiyyətə malikdir - yenə də əsas fəaliyyət istiqaməti siyasət və iqtisadiyyat olan standart saytlar və TV-lər... Halbuki, son illər Azərbaycanda idman, xüsusən də futbol üzrə ixtisaslaşmış onlarla oxunan saytlar mövcuddur.
P.S. SOCAR bu ildən etibarən rebrendinq edib, loqotipini dəyişib. Lakin görünən odur ki, mətbuatla iş forması elə ötən əsrdən miras kimi necə qalıbsa elə də davam edir...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
| • "Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52 |
|
|
|
| • Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42 |
|
|
|
| • Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36 |
|
|
|
| • Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28 |
|
|
|
| • Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22 |
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51 |
|
|
|
| • Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42 |
|
|
|
| • Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38 |
|
|
|
| • “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33 |
|
|
|
| • Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24 |
|
|
|
| • Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22 |
|
|
|
| • 25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17 |
|
|
|
| • Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14 |
|
|
|
| • Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10 |
|
|
|
|