Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                 

Azərbaycan ABŞ-Rusiya davasında episentrə gəlir - İDDİA
Tarix: 30-03-2015, 09:46 | Çap et
 Azərbaycan ABŞ-Rusiya davasında episentrə gəlir
Krımın işğalına görə Rusiya ilə Qərb (ABŞ) arasında başlanmış “soyuq savaş” yavaş-yavaş “qaynar” mahiyyət qazanmaqdadır. Söhbət təkcə postsovet məkanından getmir. İki qlobal güc arasında ziddiyyətlər Ukrayna, Suriya (Yaxın Şərq) ilə yanaşı, son olaraq Yəmən böhranına yanaşmada da özünü qabarıq şəkildə büruzə verib.

Havaların istiləşməyə, Avropanın Rusiya qazından asılılığının müvəqqəti azalmağa üz tutması ilə Rusiya-Qərb rəqabətinin keyfiyyətcə yeni fazaya keçəcəyi şübhə doğurmur. Bu rəqabətdə cəbhə xəttinin yaxınlaşdığı bölgələrdən biri də Güney Qafqaz, daha dəqiq desək, karbohidrogen ehtiyatları ilə zəngin, Avropa üçün energetik və geosiyasi dəyəri böyüməkdə olan Azərbaycandır.

Ötən həftə şimaldan, eləcə də okeanın o tayından gələn bəyanatlar, təkliflər və xəbərdarlıqların mahiyyətinə nəzər salmaqla ölkəmizin iki qlobal gücdən ötrü vazkeçilməz önəminə əminlik hasil etmək olar.

Məsələn, Kremlin “danışan dilləri”ndən sayılan Vladimir Jirnovsoki haqqin.az-a müsahibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq etinasızlıqla, hədələyici tonda bildirib ki, Dağlıq Qarabağ probleminin ən yaxşı həll yolu separatçı bölgəyə rus ordusunun yeridilməsi və bölgənin birbaşa Moskvaya tabe etdirilməsi ola bilər (Bu yerdə yada vaxtilə Dağlıq Qarabağda mövcud olmuş və bölgənin Azərbaycandan bir az da uzaqlaşmasına gətirmiş Arkadi Volskinin xüsusi idarəçiliyi düşür - biz bu yolu deyəsən bir dəfə keçmişik axı...)

Söz düşmüşkən, ötən ilin sonunda Bakıda yüksək səviyyədə, təmtəraqla qarşılanan Jirinovskinin ərazi bütövlüyümüzə hörmətsizliyinə, əslində isə növbəti fitnəkar mövqeyinə hakimiyyət yetkililərindən hələ ki, hər hansı reaksiya olmayıb. Halbuki, təkrar edirik, bu adam Rusiyanın sıradan siyasətçisi deyil. “Putinin beynində tutduğu Jirinovskinin dilindədir” - belə bir deyim məhz Vladimir Volfoviç haqdadır.

Maraqlıdır ki, təxminən eyni tarixdə məşhur amerikalı politoloq və sovetoloq, Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bzejinski Azərbaycan üçün şok sayıla biləcək proqnoz verib.

Ukraynadakı proseslərin mümkün inkişaf ssenarilərindən çıxış dən nüfuzlu analitik bəyan edib ki, prezident Putinin növbəti hədəflərindən biri məhz Azərbaycan ola bilər. Sitat: “Putin çətin ki, öz aqressiv siyasətini Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri qismində Baltikyanı ölkələr, Moldova, Gürcüstan, Azərbaycan və hətta Polşa ola bilər... Mən peyğəmbərlik edib qara ssenarilər haqda proqnoz söyləmək istəmirəm, amma həqiqətən risk var ki, Rusiya təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Bunu Putinin ardıcıl şəkildə seçdiyi yolun analizi göstərir”.

Bzejinski əmindir ki, situasiyanın bundan sonrakı inkişafı Ukraynadakı konfliktin gedişatından asılı olacaq: “Əgər Ukraynadakı müharibə Rusiya üçün asan hərbi uğur və qələbə ilə nəticələnsə, o zaman bənzər şeylərin Baltikyanı ölkələrdə mümkünlüyü diqqətə alınmalıdır. Növbəti qaynar nöqtələr Moldovada, Gürcüstanda, Azərbaycanda, Polşada peyda ola bilər. Rusiya indi ekspansiya siyasəti yürüdür və təəssüf ki, istənilən ssenari realdır...”

Şimaldan və okeanın o tayından səslənən xəbərdarlıqlar, həmçinin, təhdidlər fonunda son həftədə Rusiya-Qərb konfrontasiyası çərçivəsində Azərbaycana dəxli olan daha iki simmetrik hadisə yaşanıb: ölkəmizin də üzv olduğu GUAM-ın digər iki ölkəsi - Ukrayna və Gürcüstana SSRİ dağılandan sonra ilk dəfə ABŞ-in zirehli maşınları gətirilib.
Amerika hərbi texnika vahidləri ortaq təlimlər adı ilə gətirilsə də, aydındır ki, əsas hədəf ipə-sapa yatmayan, yaxın qonşularına qarşı aqressiv siyasətini davam etdirən Rusiyaya bölgədə “əzələ nümayiş” etdirmək, ona sərt xəbərdarlıq xarakterli mesajlar çatdırmaqdır. Burdaca qeyd edək ki, Birləşmiş Ştatlar, NATO Rusiyanın başqa perimetləri boyu (Baltikyanı ölkələr) da eyni xarakterli intensiv preventiv tədbirlər görməkdədir.

Rusiyaya ünvanlı belə xəbərdarlıq siqnallarından növbəti birisi ötən cümə ABŞ Senatında son oxunuşda qəbul edilən yeni qanun layihəsi hesab oluna bilər. Sənəddə prezident Barak Obamaya bir sıra ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi hüququnun verilməsi nəzərdə tutulur. Qeyd edilir ki, ABŞ və NATO Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Hersoqvina, Makedoniya, Çernoqoriya və Serbiya Silahlı Qüvvələrinə yardım edəcək, bu ölkələrin təhlükəsizliyini təmin edəcək. Bundan əlavə, ABŞ Ukraynaya NATO-ya üzv olmadan müttəfiq statusu verib. Ukraynadan başqa Gürcüstan və Moldova da ABŞ-ın müttəfiqləridir. Bu da o anlama gəlir ki, bu ölkələr hücuma məruz qalarsa, ABŞ qoşunları müdaxilə edə bilər.

***
Son bir həftə-on gün ərzində Azərbaycan ətrafında gedən proseslərdə özünü göstərmiş, yuxarıda toxunduğumuz yeni gəlişmələr ehtimal eləməyə əsas verir ki, ölkəmiz böyük güclərin geosiyasi davasında, biz istəməsək belə, tədricən episentrə gəlməkdədir. Keyfiyyətcə tam yeni situasiyaya hazırlıqlı olmaq, milli maraqlarımızı qlobal güclərin qarşıdurmasından itkisiz çıxarmaq isə ayrı bir yazının mövzusudur.
\\ musavat.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru