Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                 

Dövlət sifarişlərini alan yüzlərlə şirkət niyə kütləvi şəkildə ləğv edilir? - Fazil Məmmədova qarşı ittiham
Tarix: 28-03-2015, 13:46 | Çap et
Dövlət sifarişlərini alan yüzlərlə şirkət niyə kütləvi şəkildə ləğv edilir?
Vergilər Nazirliyinin mətbu orqanı olan “Vergilər” qəzetinin fevral və mart buraxılışlarında yüzlərlə şirkətin ləğv edilməsi haqda elanlar dərc olunub.

Dövlət satınalmalarında fəal iştirak etmiş həmin şirkətlərin sanki bir mərkəzdən idarə olunurmuş kimi bir barmağın işarəsilə ləğvinə qərar verilməsi çoxlu suallar doğurur.
Turan İA-nın öncəki araşdırmaları ilə müəyyən olunub ki, Azərbaycanda bu tipli şirkətlər böyük neft pulları dövlət büdcəsinə axmağa başladıqdan sonra “yağışdan sonra göbələk kimi” yaranmağa başlayıb. Həmin şirkətlər əsasən xüsusi ixtisas tələb etməyən mal, iş və xidmətlərin təchizatı üçün istifadə olunur. Sifarişçi qismində isə demək olar ki, bütün dövlət qurumları, təhsil şöbələrindən tutmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunadək əksər büdcə təşkilatları çıxış edir. Təəccüblüdür ki, eyni bir şirkət həm təsərrüfat mallarının və avadanlığın təchizatçısı, həm də avtomobil yolunun təmirçisi kimi xidmətlər göstərir. Və heç kəs təminat verə bilməz ki, bu satınalma müqavilələri büdcə vəsaitlərinin ciblərə axıdılması üçün gözdən pərdə asmaq funksiyası daşımır.
Dövlət büdcəsinin istifadəsinə nəzarət edən Hesablama Palatası və Maliyyə Nazirliyti, eləcə də dövlət satınalmalarının həyata keçirilməsinə nəzarət edən Satınalmalar üzrə Dövlət Agentliyi indiyədək bir dəfə də olsun bu “təsadüfləri” sezə bilməyib. Söhbət on, bəlkə də yüz milyonlarla manat dövlət vəsaitlərinin yuxarı səviyyələrdə himayə olunan mütəşəkkil dəstələr tərəfindən talan edilməsindən gedir.
Bu ilin fevralında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaratmaqla 2011-2013-cü illər ərzində 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaya dair məlumat yaymışdı (http://taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=995&lang=). Həmin məlumatda İlkin Cahangir oğlu Abbasovun qısa müddətdə 106 şirkət təsis etdiyi bildirilir. Nazirliyin cinayətin izinə neçə düşdüyü açqılanmır, amma deyilir ki, cinayətkar dəstənin üzvlərinə qarşı ümumi məbləği 6,6 milyon manat təşkil edən mülki iddia ittiham aktı ilə təsdiq olunması üçün Respublika Baş Prokurorluğuna göndərilib. Nazirliyin məlumatında müqavilə öhdəliklərinin yerinə yetirilib-yetirilməməsi barədə də bir kəlmə deyilmir.
Qeyd edək ki, bir qayda olaraq bu şirkətlər regionlarda, kiçik kəndlərdə yaradılır. Hansısa bir şəxs hüquqi ünvanları müxtəlif olan yüzlərlə şirkətə direktor təyin olunur. Kommersiya hüquqi şəxslərin dövlət reyesrtinin təqdim etdiyi kasad məlumatların təhlili göstərir ki, bu ünvanlar bir-biri ilə hörümçək toru kimi bağlıdırlar. Belə ki, bir ünvanda ayrı-ayrı şəxslərin direktoru olduqları müxtəlif şirkətlər qeydə alınır. Həmin şirkətlər bağlandıqdan sonra bu ünvanlar daha neçə-neçə şirkətlər üçün qeydiyyat yeri olur. Məsələn, Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, ev 64, mənzil 5/6 ünvanında indiyədək müxtəlif şəxslərin (Teymur Əliyev, Elxan Ağayev, Rəşadət Məmmədov, Ağarəhim Məmmədov) direktor olduqları bir neçə yüz şirkət qeydə alınıb və hələ də qedə alınmaqdadır.
Ləğv edilməsi haqda qərar verilən 200 şirkətə adı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən kriminal işlərdə hallandırılan 30 yaşlı Ağarəhim Qəribşah oğlu Məmmədov rəhbərlik edib. 2013-cü ilin avqust ayının 30-dan 2014-cü ilin aprel ayının 12-dək təsisçisi bizə məlum olmayan şəxs və ya şəxslər tərəfindən yaradılan bu şirkətlərin bir çoxu güman ki, tender və kotirovka sorğularında 3 iddiaçıdan ibarət süni yetərsay yaradılması üçün marionet rolunda çıxış ediblər. Lakin aralarında “qalıblər” də az olmayıb: Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatlarına əsasən, bu şirkətlər 2013-2014-cü illərdə ölkənin bir çox şəhər və rayonlarında 124 satınalma müqaviləsilə 2 milyon manatdan yuxarı məbləğdə müxtəlif işlər görmüşlər. Maraqlıdır ki, həmin şirkətlərib bir çoxu təsis olunarkən direktorları başqa şəxslər (Rabil Sabir oğlu Əməşov və Elçin Murad oğlu Quliyev) idi. Sonradan hansısa səbəbdən vəzifələrinin Ağarəhim Məmmədova təhvil veriblər.
Ləğv edilən şirkətlər arasında Əlirza Kərimovun təsisçisi olduğu kommersiya qurumları da var. Bu şəxsin kimliyi barədə dəqiq məlumat yoxdur. Əvəzində onu bilirik ki, vaxtilə “Caspian Fish Co-Azərbaijan” MMC-yə rəhbərlik edən, inidi isə Salyan rayonunun icra başçısı olan Tahir Kərimovun qardaşıdır. Onun sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox - 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edir. Bu qədər tenderdə iştirak etmək və qalib gəlmək, satınalma müqavilələrini icra etmək, dövlət orqanları qarşısında mütəmadi hesabatlar vermək üçün nə qədər böyük inzibati potensiala sahib olmaq lazım gəldiyini demək qrtıq olardı. Biz hələ ilkin maliyyə imkanları və texniki və kadr potensialını demirik.
İşgüzar aləmdə tanınmayan Miskin İbrahim oğlu Hümbətov ləğv edilən daha 108 şirkətin direktorudur. Bu şirkətlərin 99%-i kommersiya qurumlarının təsisçiləri barədə məlumatların konfidensial elan edildiyi 2012-ci ildən sonra yaradılıb və buna görə də onun kimin kimin maraqlarına xidmət etdiyi məlum deyil. Təkcə bir şirkətin (“Olimp –SV” MMC) təsisçisinin Vüqar Qəzənfər oğlu Qəhrəmanov olduğu rəsmi sənədlər təsdiq olunur. Biznes bilikləri haqda məlumatımız olmasa da, rəhbərlik etdiyi şirkətlərin təxminən 2 milyon manatlıq 91 tenderdə qalib gəlməsi çox məqamlardan xəbər verir.
Qeyd edək ki, tenderlərin yekunları barədə açıqlanan məlumatların təhlili göstərir ki, bir qayda olaraq dövlət satınalmalarında adı heç nə ifadə etməyən şirkətlər qalib elan edilir. Bu şirkətlərin bir çoxu növbəti illərdə iz buraxmadan itir, onların yerini isə yeniləri tutur.
Azərbaycanda tenderlərin formal xarakter daşıdığı barədə yerli KİV-lər illərdir yazırlar. O da iddia edilir ki, tender məbləğinin əhəmiyyətli hissəsi korrupsiyanın yeminə çevrilir. “Saxta şirkətlər” məhz bu münbit mühitdə əl-qol açırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru