Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                 

Azərbaycan böhrandan necə çıxsın? - ANALİZ
Tarix: 19-03-2015, 12:06 | Çap et
Azərbaycan böhrandan necə çıxsın?
Dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar yaranmış maliyyə qıtlığı problemlərə yol açır. Xüsusilə, dövlət büdcəsinin icrasında yaranmış çətinliklər, qiymətlərin kəskin bahalaşması, ixtisarlar, manatın ucuzlaşması vətəndaşları narahat edir. Neftin qiymətinin qalxmayacağı, yaxud da daha da ucuzlaşacağı halda atılacaq addımlarla bağlı ekspertlərin rəyləri də ürəkaçan deyil. Belə ki, vəziyyətdən çıxış yolu kimi investisiya xərclərinin azaldılması və dövlət strukturlarının sayının azaldılaraq, ixtisarlar aparılması təklif olunur. Bu addımların hər ikisi nəticədə işsizlərin sayının artmasına səbəb ola bilər.

Ümid partiyasının sədri, deputat İqbal Ağazadə bizimyol.info saytına bildirib ki, bu variantların heç biri çıxış yolu deyil.

"Hesab edirəm ki, bunların heç birini həyata keçirməyə ehtiyac yoxdur. Çünki büdcənin 50 faizdən artığı Dövlət Neft Fondundan transfertdir. Yerdə qalan hissəsi - gömrükdən daxil olma 18 faiz, vergidən daxil olma 38 faiz və sairdir. İnvestisiya qoyuluşunda həmin xərclər yenə daxil olacaq. Burada əsas məsələ növbəti il üçün strategiya hazırlamaqdır. İndiki mərhələdə əhali, büdcə itirə bilər, manat qiymətdən düşər, bu, ayrı bir siyasətdir. Söhbət büdcəyə münasibətdən gedirsə, neftin qiymətinin aşağı düşməsi 250-300 milyon manat vəsaitin itirilməsi demək olacaq. Bu rəqəm neftin indiki qiymətinə uyğun olaraq belədir. Çünki neftdən gələn gəlir büdcəyə birbaşa daxilolma deyil. Yəni ilk olaraq Neft Fonduna daxil olur, sonra büdcəyə transfert edilir. Ona görə də indi uzunmüddətli strategiya qurmaq istəyirlərsə, Azərbaycan yeni iqtisadi doktrina qəbul etməlidir. Bu doktrinanın mahiyyəti başqa olmalıdır. Azərbaycanın neftdən asılılığını azaltmaq üçün yeni, gerçək istehsal sahələrinə keçilməli və həvəsləndirmə metodlarından istifadə edilməlidir" - deyə deputat vurğuladı.

"Xaricdən məhsulu gətirib Azərbaycanda qablaşdırmaq daxili istehsal deyil"

İqbal Ağazadə əlavə etdi ki, Azərbaycanda qiymətlərin qalxmasının sadə səbəbi var: ölkədə istehsal olunan məhsulun miqdarı göstərilən qədər deyil. Məhsul yarımfabrikat şəkildə Azərbaycana gətirilir və burada ancaq qablaşdırma həyata keçirilir. Bunu isə Azərbaycan məhsulu kimi təqdim etsələr də, elə deyil. Ona görə də Azərbaycan məhsullarının tam istehsalını və dövlət sifarişli, qismən dövlət tənzimləməli məhsulların istehsalını həyata keçirmək lazımdır. Bu, həm də bazarın qorunması baxımından lazımdır. Məsələn, kənd təsərrüfatı məhsulları istehsal və ixrac edənlərə dövlət tərəfindən 18 faiz güzəşt edilməlidir. Dövlət büdcəsindən ərzaq təminatı alan strukturların yalnız daxili bazardan məhsul almasını formalaşdırmaq üçün dövlət sifarişi həyata keçirilməlidir. Məsələn, gündəlik 300.000-dək şəxs dövlət büdcəsindən ərzaq təminatı alır. Bura ordu, həbsxana, xəstəxanalar, qocalar evləri və s. aiddir. Bu adamların ərzağının sifarişi yerli bazara olmalıdır. Amma hazırda o məhsulların heç biri yerli bazarın deyil. Ət məhsullarından tutmuş, kartofa, yağa, mərciməyə qədər hamısı xaricdən alınır. Yaxud yarımfabrikat şəklində alınaraq burada qablaşdırılır. Bunlar daxili istehsala yönəldilərsə, normal iş yeri və qazanc mənbələri əldə olunar. Bundan sonra büdcəyə əlavə daxilolmalar olacaq və büdcədən asılılıq yavaş-yavaş aradan qaldırılacaq. Sənayenin fərqli sahələrini inkişaf etdirmək üçün də yeni layihələr ortaya qoymaq olar. Hazırkı layihələr ancaq Azərbaycanın daxilinə hesablanıb. Məsələn, kənd təsərrüfatı sahəsi üzrə Belarusla müqavilə imzalanıb, bütün ehtiyyat hissələrini gətirərək, burada yığırlar. Ancaq bu traktor istehsalı deyil. Elə məhsul istehsal etmək lazımdır ki, daxili bazarla yanaşı, yaxın ölkələrə, Gürcüstan, Türkiyə, yeri gələndə İran bazarına da çıxa bilsin. Bunun üçün daha çox Avropa mənbələrinə üz tutmaq lazımdır. Azərbaycan hökuməti bununla bağlı ciddi strateji planlar ortaya qoya bilmir".

İqbal Ağazadə azad rəqabət mühiti yaratmağın vacibliyini qeyd edir: "Rəqabət Məcəlləsi işə düşməlidir, monopoliya aradan qalxmalıdır, manatın təbii qiymətinin müəyyən olunması məsələsi ortaya çıxmalıdır. Süni manat qiyməti müəyyən etmək, yaxud da "sən qiyməti qaldırma" deyib antiinhisar komitəsinin kimisə cəzalandırması, valyutadəyişmə məntəqəsinə basqı göstərmək ki, "sən bunu bu qiymətə satacaqsan" və sair, belə siyasət olmur və nəticəsi də yoxdur".

Manatın dəyəri neftin qiymətindən asılıdır

Əhalini ən çox narahat edən məsələlərdən biri də manatın yenidən kəskin ucuzlaşması ilə bağlı verilən proqnozlarla bağlıdır. Bu barədə ekspertlər, deputatlar manatın kəskin şəkildə olmasa da, mərhələli şəkildə devalvasiya ediləcəyini bildirirlər. Mərkəzi bankın sədri Elman Rüstəmovun dediyi fikirlər də dəqiq nəticəyə gəlməyə əsas vermir. O, bildirib ki, situasiyaya uyğun olaraq hərəkət ediləcək. "Bu məsələ təkcə bizdən yox, tərəfdaş olduğumuz ölkələrdən, onlarla həyata keçirdiyimiz layihələrdən, o cümlədən neftin qiymətindən asılıdır. Situasiya bu cür davam edərsə, manatın kursunda ciddi dəyişiklik olmayacaq" deyə baş bankir bildirib. Bu isə o deməkdir ki, neftin ucuzlaşmasına uyğun olaraq manatın yenidən ucuzlaşması mümkündür.

İqbal Ağazadə hesab edir ki, Azərbaycan manatı neftdən asılıdır. "Azərbaycan neftinin dəyəri dünya bazarında necə olacaqsa, manatın da dəyəri elə olacaq." - deyə İ.Ağazadə bildirdi.

"Manatın ucuzlaşması banklara ciddi zərbə vuracaq"

Elman Rüstəmov parlamentdəki çıxışında həmçinin bəzi bankların bağlanacağı ilə bağlı xəbərlərə münasibət bildirərək Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirməyən banklarla xüsusi kapitallaşma proqramı imzalandığını bildirib. O, qeyd edib ki, belə bir həssas məqamda bankların bağlanması ilə bağlı qərar bazara mənfi təsir edə bilərdi: "Bəzən bankların batacağı ilə bağlı fikirlər səsləndirilir. Bu fikirlər populist, məsuliyyətsiz fikirlərdir. Bank sistemində heç bir problem yoxdur. Banklarda kifayət qədər kapitallaşma gedib. Biz sabitləşdirici tədbirlər görmüşük və bu siyasəti davam etdirəcəyik" - deyən baş bankir manatın ucuzlaşması ilə bağlı yaranmış vəziyyətdə, dollarla kredit götürənlərə güzəşt edilməsi məqsədilə banklara kreditlərin vaxtını uzatmağı və faiz dərəcələrini aşağı salmağı məsləhət görüb.

Deputat İqbal Ağazadə isə hesab edir ki, manatın ucuzlaşması müəyyən problemlərə səbəb olacaq. "Problemli kreditlər olacaq. Bu, bir faktdır, amma onu nə dərəcədə tənzimləmək olacaq? Bankların müştəriləri azalacaq, bank kreditlərinin verilməsində ciddi problemlər yaranacaq. Çünki iş olmayanda əhali də kredit götürməyə meylli olmur. Çünki ölkənin maliyyə bazarı sabit deyilsə, iş adamı pulu necə götürsün? O bilmir ki, riski nə qədərdir. Ona görə də banklara müraciətlər çox az olacaq. Banklar bunu düşünməli və tənzimləmənin yollarını aramalıdırlar. Xarici valyuta ilə kreditverilmə faizləri aşağı salınmalıdır. İndiki halda xarici valyuta ilə kreditlər 18-26 faizlə verilirsə, bu faiz 8-10 faizə endirilməlidir" - millət vəkili bildirdi.

Azər Mehtiyev: "Bank faizlərinin aşağı salınması gözlənilmir"

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev isə Elman Rüstəmovun çıxışına münasibət bildirərkən deyib ki, banklara göstəriş, təklif verməklə, xahiş etməklə nəyəsə nail olmaq, mühiti dəyişmək mümkün deyil. İqtisadçı qeyd edib ki, bankların öz resurslarını necə əldə etməsi reallığını dəyərləndirmək lazımdır: "Kommersiya banklarının resurslarının dəyərinin nəyə bərabər olduğuna diqqət etmək lazımdır. Ona da diqqət etmək lazımdır ki, bunun müqabilində onlar krediti hansı faizlə verə bilərlər.

Ölkədə əmanətlərin cəlb edilməsinin ən aşağı dərəcəsi 12 faizdir, bunlar da sığortalanan əmanətlərdir. Sığortalanmayan əmanətlərin faiz dərəcələri isə daha yüksəkdir.

Belə vəziyyətdə banklar heç bir halda öz gəlirini də bunun üzərinə qoyaraq kredit təqdim etməz" - deyə ekspert modern.az-a bildirib.

O, faiz dərəcələrinin aşağı salınması üçün yeganə mənbənin büdcə olduğunu diqqətə çatdırıb: "Mərkəzi Bankın mərkəzləşdirilmiş şəkildə bu il banklara təqdim etdiyi kredit resurslarının həcmi böyük deyil. Əgər Mərkəzi Bank özü daha ucuz faizlərlə kommersiya banklarına kredit resursları təqdim edərdisə, bunun təsir imkanı olardı. Nəticədə kommersiya banklarının qarşısına hansısa tələbləri qoymaq olardı.

Bu gün Azərbaycanda kredit faizlərinin aşağı salınmasına imkan verən yeganə mənbə dövlət büdcəsindən güzəştli kreditlər üçün ayrılan vəsaitlərdir. Bunların da həcmi məhduddur və bank kreditlərində xüsusi çəkiyə malik deyil. Bu baxımdan qarşıdan gələn inflyasiyalı dövrdə bank faizlərinin aşağı salınmasını gözləməyə dəyməz".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru