170 saylı məktəbdə bayram pulu yığılır - İttiham var...
Tarix: 17-03-2015, 11:55 | Çap et
 Cəmiyyətimizin rüşvət və korrupsiyadan təmizlənməsi ilk növbədə bu təzahürlərin ölkəmiz üçün necə bir bəla olduğunu aydın dərk edən və eyni zamanda özləri bu mərəzlərə hələ tutulmayan yeni, gənc nəslin formalaşmasını tələb edir. Əlbəttə ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Belə olduğu halda isə bu tədris müəssisələrində şagirdlərdə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq yaradılması, korrupsiya mərəzinin onların şüuruna və qanına yeridilməsi, cəmiyyətimiz üçun məsum bir gəncin narkotik maddələrə alışdırılması qədər və bəlkə də daha çox təhlükəlidir. Təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Redaksiyamıza daxil olan məlumatlarda da vurğulanır ki, bu kimi yığımların xüsusi intensivliyi ilə seçilən tədris müəssisələrindən biri də Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbdir. Qəzetimizin ötən saylarında biz 170 saylı məktəbdə müşahidə olunan bir çox neqativ hallara dair aldığımız məlumatlar əsasında hazırlanmış tənqidi materiallar dərc etmişik.Cəmiyyətimizin heç bir üzvü üçün sirr deyil ki, ölkədə fəaliyyət göstərən əksər orta məktəblərin direktorları rəhbərlik etdikləri müəssisələri tam avtoritar rejimdə idarə edərək özlərinin şəxsi kommersiya obyektləri səviyyəsinə çatdırmışlar. Bu baxımdan 170 saylı orta məktəbdə cərəyan edən hadisələr də bu tip müəssisələrdə yer almış özbaşnalıqlar və ciddi qanun pozuntuları haqda deyilənləri bir daha təsdiq edir. Ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz göstərmişdik ki, Nuranə Mirzəyevanın rəhbərlik etdiyi bu məktəbdə baş verən qanunsuzluqlar, şagird və valideynlərin hüquqlarının mütəmadi olaraq kobud şəkildə pozulması faktları bu müəssisənin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, direktor bu məktəbə qəbul edilən hər uşağa görə valideynlərdən 200-250 manat məbləğində pul tələb edir. Əgər bu ilkin mərhələdə valideynlər hər hansı narazılıq və ya güzəşt tələbləri irəli sürmürlərsə, deməli gələcəkdə də onların bütün “ödənişləri” dinməzcə həyata keçirəcəklərini gözləmək olar. Sonrakı yığımlara gəlincə isə, mənbələrin iddialarına görə 170 saylı məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün bu məbləğ artaraq 8-10 manat civarında müəyyənləşir. Həmçinin burada məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ təxminən 5-6 min manata çatdırılır.Qeyd olunduğu kimi, bu gün ölkənin təhsil sistemində müşahidə olunan geriləmələr orta təhsil sistemində yer almış bir çox özbaşınalıqlarda da öz təzahürünü aydın tapır. Təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Təbii ki, bu vəziyyət heç də islahatlar paketinin effektsizliyi ilə şərtlənmir. Əksinə, bu istiqamətdə atılması nəzərdə tutulan addımlar az müddət ərzində Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çatdırmağa sərrast hesablanmışdır. Lakin müəyyən subyektiv səbəblər bu prosesləri ləngidir. Eyni zamanda da, islahatların geniş tətbiqini əngəlləyən qüvvələr bununla məhz dövlət tədbirlərinin zəifliyini vurğulamaq istəyirlər. 170 saylı məktəbin fəaliyyətində müşahidə olunan nöqsanlar da məhz belə qüvvələrin müdaxiləsinin bariz nümunəsidir.Məktəbdə 8 martda kimlərin pul yığıb direktora çatdırmaları barədə redaksiyamıza yeni məlumatlar daxil olmuşdur. Eyni zamanda Novruz bayramında məktəbdə və rayonda keçiriləcək tədbirlər adıyla da pul yığılır. Ona görə də daha ətraflı növbəti sayımızda oxuya biləcəksiniz.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
| • "Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52 |
|
|
|
| • Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42 |
|
|
|
| • Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36 |
|
|
|
| • Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28 |
|
|
|
| • Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22 |
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51 |
|
|
|
| • Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42 |
|
|
|
| • Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38 |
|
|
|
| • “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33 |
|
|
|
| • Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24 |
|
|
|
| • Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22 |
|
|
|
| • 25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17 |
|
|
|
| • Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14 |
|
|
|
| • Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10 |
|
|
|
| • AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01 |
|
|
|
| • "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52 |
|
|
|
| • Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50 |
|
|
|
| • “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49 |
|
|
|
| • İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46 |
|
|
|
| • Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
| • Cəsarətli siyasət - RƏY
Dünən, 11:37 |
|
|
|
|