Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                 

Azərbaycanda Həcc ziyarəti niyə bu qədər bahadır? - Fantastik qiymətlər
Tarix: 25-02-2015, 16:06 | Çap et
Azərbaycanda Həcc ziyarəti niyə bu qədər bahadır?
Həcc ziyarətinin mühüm şərti ondan ibarətdir ki, bu ibadəti icra edənlər uzun bir yol qət etməli olur, ölkələrini tərk edərək Məkkə şəhərinə səfər edirlər. Bu səbəbdən də Həcc bir qayda olaraq tarix boyu həm də əziyyət tələb edən, bir növ məşəqqətli yolçuluq hesab olunub. Buna görə də günü bu gün də bir çoxları Həcc ziyarətinə gedənlərin həm də əziyyət çəkməsinin şərt olduğunu deyirlər. Azərbaycandan bir qayda olaraq Həcc səfərləri zamanı uzaq yolçuluq, səfər zamanı qeydə alınan çatışmazlıqlar demək olar ki, hər il narazılıqlara səbəb olur. Bir çox zəvvarlar Həcc zamanı yaşadıqları əziyyətləri “təbii” qarşılayıb, bunu ibadətin bir elementi hesab edirlər. Ancaq eyni zamanda tamamilə əksini düşünüb, rastlaşdıqları çətinliklərə görə, təşkilatçıları qınayanlar da olur.

Türkiyədə və Rusiyada qiymətlər bizdən ucuzdur

Ancaq eyni zamanda Həcc səfəri zamanı başqa neqativ məqamlar da ortaya çıxır və bunların günahı konkret adamlardadır. Demək olar ki, hər il zəvvarlar səfərin təşkil olunması, otellərin şəraiti, yemək məsələlərindən şikayətçi olublar. Ona görə də bir çox insanlar Türkiyə, Rusiya və Gürcüstan vasitəsi ilə daha ucuz qiymətə Həccə getməyi seçirlər. Yeri gəlmişkən, qonşu Rusiyada və eləcə də ziyarətin təşkilinin dövlət qurumlarının öhdəsində olduğu İranda qiymətlər Azərbaycanla müqayisədə xeyli ucuzdur. Təyyarə ilə səfər xərci 2 min dollardan bir qədər bahadır.

Türkiyədə də Həcc ziyarətinin qiymətləri Azərbaycandan xeyli ucuzdur. Məsələn, qonşu ölkədə Həcc şirkətləri Həcc səfərləri ilə bağlı müxtəlif proqramlar təklif edirlər. Bu proqramlarda fərq otellərin növünə, eləcə də müqəddəs ziyarətgahlara məsafəsinə görə dəyişir. Məsələn, qardaş ölkədə təklif olunan normal Həcc proqramı paketinə ziyarət müddəti 35-40 gün olmaqla, 24 saat pulsuz xidmət, 5 nəfərlik nömrələrdə gecələmək və gündə iki dəfə yemək daxildir. Bu proqramı seçənlər Həcc səfəri üçün 4590 və 4930 türk lirəsi, yəni 2000-1900 manat arasında pul ödəyirlər.

"Həcc ziyarəti monopoliyadadır"

Azərbaycandan 2012-ci ildə Həcc ziyarətinə gedənər VİR xidmətlər üçün 3850 manat, adi xidmətlər üçün isə 3090 manat xərcləyiblər. Son iki ildə isə nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalan zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalan zəvvarlar isə Qafqaz Müsəlmanları İdarəsinə 4100 manat ödəməli olublar. Statistikadan göründüyü kimi, son illər Həcc ziyarətinin qiyməti artıb. Bu minvalla qiymətlərin bu il də baha olacağı gözləniləndir. Nəzərə alsaq ki, ölkəmizdə manat 33 faiz ucuzlaşıb, o zaman demək olar ki, ən azı Həcc ziyarəti üçün qiymətləri QMİ bu il 30 faiz bahalaşdıracaq. Bu isə Həcc ziyarətinə gedən bir nəfərin təxminən 5 min manat xərc çəkməsi deməkdir. Necə deyərlər, hazırda Türkiyədə təyyarə ilə Həccə getməyin qiyməti 2 min manat olduğu halda bizdə nə az-nə çox, bu rəqəm 5 min manat civarındadır. Yuxarıda qeyd etdiyimiz kimi bu pulun məbləği ilə müqayisədə xidmətlər isə heç də ürəkaçan deyil. Bəs buna səbəb nədir?

Millət vəkili Faiz Mustafa Azərbaycanda Həcc ziyarətinin baha olmasının səbəbini Analitik.az-a belə izah etdi: “Çünki bu ziyarətin təşkili monopoliyadadır. Belə olduğu təqdirdə rəqabət mühiti də yoxdur. Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Başqa hansısa təşkilat bununla məşğul ola bilmir. Məhz ona görə də bizdə qiymətlər Türkiyədən bahadır. Türkiyədə isə Həcc ziyarətini 10-15 təşkilat təşkil edir. Bu baxımdan da rəqabət var. Kim ucuz və keyfiyyətli xidmət göstərirsə, insanlar da həmin təşkilatın vasitəsilə istəklərini həyata keçirə bilirlər. Azərbaycanda da bir QMİ deyil, bir neçə qurum bunu təşkil etsə, ucuz və keyfiyyətli xidmət göstərsə, insanlar həmin təşkilatın xidmətlərindən yararlanacaqlar.”

"Türk qardaşlarımıza deyəndə ki, bizdə Həcc ziyarəti 4 min dollardan baha başa gəlir, onlar dəhşətə gəldilər"

İlahiyyatçı Əkrəm Həsənov da digər ölkələrlə müqayisədə Azərbaycanda Həcc ziyarətinə getmək məqsədilə tələb edilən məbləğin həddindən artıq baha olduğunu təsdiqlədi: “Türkiyədə Həcc ziyarəti üçün elə də çox baha qiymət tələb olunmur. Bunun müxtəlif səbəbləri var. Birincisi budur ki, Türkiyə neçə illərdir Həcc ziyarətlərini təşkil edir, demək olar ki, Məkkədə və Mədinə şəhərində türklərin əvvəldən bütün növ əlaqələri daha sıx olub." Ə. Həsənovun sözlərinə görə, ölkəmizdə Həcc ziyarətinin baha olmasının müxtəlif səbəbləri ola bilər: “Burada daha çox xeyir əldə etmək, yaxud da Məkkədə otellərin baha olması kimi səbəblərin təsiri ola bilər.”

Ötən il Həcc ziyarətində olduğunu deyən ilahiyyatçı, QMİ-nin təşkil etdiyi otellərdə sıxlığın olduğunu, hətta bir otaqda 6-7 nəfərin qaldığını müşahidə etdiyini qeyd etdi: “Ancaq 3-4 nəfərlik otaqda qalmaq üçün daha çox pul ödəməyə məcbur olursan. Hətta Məkkəyə yaxın və uzaq olan otellər də var. Əgər mümkün olarsa Həcc ziyarətinin qiymətlərində güzəştlər edilməlidir. Keçən il türk qardaşlarımıza deyəndə ki, bizdə Həcc ziyarəti 4 min dollardan baha başa gəlir, onlar dəhşətə gəldilər. Onlarda həddən artıq münasib qiymətə Həcc ziyarətləri təşkil olunur. Bu barədə Allahın Rəsulu da insanların ibadət şərtlərini asanlaşdırmağı öz ümmətinə tövsiyə edərək, buyurub ki, “Asanlaşdırın, çətinləşdirməyin...”

Onu da bildirək ki, bu il üçün Qafqaz Müsəlmanları İdarəsindən Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu martın 10-a kimi təxirə salınıb. Verilən məlumata görə, sənəd qəbuluna fevralın 20-dən start verilməsi planlaşdırılsa da, sonradan müəyyən hazırlıqların yekunlaşmamasına və ziyarətin təşkililə bağlı qiymətlərin hələ müəyyən edilməməsinə görə, Qafqaz Müsəlmanları İdarəsi işləri dayandırdığını bəyan etdi. Görünür QMİ rəsmiləri manatın dollar qarşısında ucuzlaşacağını əvvəldən bildiyindən sənəd qəbulunu bir ay gecikdirdilər.

Amma hər bir halda görünən odur ki, Azərbaycanda Həcc ziyarəti üçün tələb olunan qiymətlər həmişə kifayət qədər baha olub, necə deyərlər, yeganə təşkilatçı olan QMİ bu səfərlərdən bizə yaxın ölkələrlə müqayisədə 2-3 dəfə çox qazanc götürüb...

Xatırladaq ki, Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbulu yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən aparılır. Digər ziyarət təşkilatlarına bu işlə məşğul olmağa icazə verilmir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru