Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                 

Azərbaycanda vətəndaş-dövlət münasibətlərində inqilab - ŞƏRH
Tarix: 11-02-2015, 11:08 | Çap et
Azərbaycanda vətəndaş-dövlət münasibətlərində inqilab
Fevralın 10-da parlamentin insan haqları komitəsində “Vətəndaşların müraciətləri haqqında” 1997-ci ildə qəbul edilmiş qanuna dəyişiklər müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliklərə əsasən dövlət strukturları vətəndaşların təkcə ərizə formasında, yazılı şikayət və təkliflərinə deyil, həm də şifahi, o cümlədən anonim və qrup halında etdiyi müraciətlərə baxmaq öhdəliyi daşıyacaq.

Virtualaz.org saytı qeyd edir ki, bu qanunvericilik təşəbbüsü prezident İlham Əliyevin göstərişi ilə hazırlanıb və parlamentə göndərilib. KİV-lər bu düzəliş təklifi barədə xəbəri sıradan xəbər kimi yaysalar da əslində söhbət kifayət qədər sensasion, eyni zamanda Azərbaycanda vətəndaş-dövlət münasibətlərində inqilabi dəyişikliklərə gətirib çıxara biləcək qanunvericilik təşəbbüsündən gedir. Əlbətdə, Azərbaycanda məmurların qanunlara nə dərəcədə düzgün əməl etməsi ayrı mövzudur.

Bəs bu qanunvericilik təklifi nəyə görə mühümdür və vətəndaş-məmur, vətəndaş-dövlət münasibətlərində hansı keyfiyyət dəyişikliklərinə səbəb olacaq? Bu düzəliş niyə məhz indi irəli sürülüb və onun ölkədə sosial narazılığı aradan qaldırmağa yönəlmiş siyasətin tərkib hissəsi adlandırmaq olarmı?

Bu suallara cavab tapa bilmək üçün vətəndaşların dövlət strukturlarına müraciətlərinin indiki qanun əsasında necə tənzimləndiyinə dair ümumiləşdirilmiş bəzi nümunələri nəzərdən keçirək. Qanunda nəzərdə tutulur ki, dövlət strukturları, o cümlədən hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri və s. vətəndaşların ancaq yazılı formada, ərizə halında təqdim edilmiş müraciətlərinə, şikayətlərinə baxa bilər. Bu isə dövlət strukturlarına və məmurlara vətəndaşların ən müxtəlif məzmunlu müraciətlərinə məhəl qoymamaq üçün əla imkanlar açır. Üstəlik vətəndaş öz təhlükəsizliyindən narahat olaraq və ya digər amilləri nəzərə alaraq öz şikayətini anonim formada etməyə qərar versə onun müraciəti ümumiyyətlə qəbul edilməyəcək.

İndiki qanun necə işləyir? Tutaq ki, hansısa “X” yaşayış məntəqəsinin sakinləri yollarının bərbad halda olmasından, yaxud digər bu kimi problemlərdən əziyyət çəkdikləri üçün səlahiyyətli məmurlara, icra strukturlarına şifahi formada şikayət edirlər. Həmin məmurun isə şikayətə məhəl qoymamaq və şikayətçiləri başından eləmək üçün əlverişli imkanı var. O, problemin həll edilməməsini əsaslandırmamaq üçün deyəcək ki, vətəndaşın bu barədə yazılı müraciəti olmadığından ona baxılmayıb.

Yaxud hansısa cinayətkarın açıq-aşkar təhdidi ilə üzləşmiş vətəndaş bu barədə təcili olaraq polisə məlumat versə və kömək istəsə onun da müraciətinə baxan olmayacaq. Çünki polis deyəcək ki, vətəndaş ancaq yazılı ərizə ilə müraciət edərsə onun üzləşdiyi təhdidlərlə bağlı araşdırma aparıla bilər.

Məsələn, əməkdaşlarımızdan biri bu yaxınlarda gecə saatlarında telefonla onu narahat edən, hədələyən və kontur tələb edən tanımadığı şəxslə bağlı DİN-in 102 xidmətinə şifahi məlumat verəndə oxşar situasiya ilə üzləşib. 102 xidməti məsələni araşdırmaq üçün Suraxanı rayonunun müvafiq polis bölməsini məlumatlandırıb. Həmin polis bölməsi isə telefonda vətəndaşı təhdid edən şəxsin mobil nömrəsi bəlli olduğu haqda heç bir tədbir görməyib və ancaq yazılı ərizə ilə müraciət edilməsi halında bu müraciəti araşdıracaqlarını bildirib. Nəticədə əməkdaşımız gecə saat 3-də polis bölməsinə gedərək ərizə verməli olub.

Əgər söhbət başqa daha ciddi və real cinayət təhdidindən getsə necə olacaqdı? Onda da vətəndaş analoji cavabla qarşılaşacaqdı və əgər həmin vətəndaş polisə yazılı ərizə təqdim etməyə fürsət tapa bilməsə yəqin ki, cinayət hadisəsi baş verəcəkdi. Görünür Azərbaycanda cinayətkarlığın, xüsusən amansız qətllərin və oğurluq, quldurluq əməllərinin günü-gündən artmasının səbəblərini həm də vətəndaşların müraciətləri haqda indiki qanunda axtarmaq lazımdır. Məhz vətəndaşların müraciətlərinə ancaq yazılı formada baxılmasını nəzərdə tutan bu qanun cinayətlərin qarşısının alınmasına mane olan ciddi amillərdən biridir.

Digər nümunə isə vətəndaşların iş yerlərində üzləşdikləri qanunsuzluqlarla bağlı müraciətlərdir. Əgər vətəndaş işlədiyi hansısa müəssisədə ciddi qanunsuzluqların, korrupsiya əməlinin şahidi olursa onun bu haqda müvafiq dövlət strukturlarını məlumatlandırmaq şansı yox dərəcəsindədir. Çünki həmin vətəndaş müraciətini yazılı formada, kimliyini açıq göstərməklə etməlidir. Bu isə ən azından işdən qovulmaq riski deməkdir.

Yaxud valideyinlər məktəblərdə rüşvət və digər qanunsuz əməllərlə rastlaşdıqları halda Təhsil Nazirliyinə məlumat vermək istəmirlər. Çünki nazirlik ancaq kimliyini göstərən valideyinin müraciətinə baxacaq ki, nəticədə həmin valideyin şikayət etdiyi üçün məktəbdə uşağının sıxışdırılması riski ilə üzləşəcək. Nəticədə hər dəfə məktəblərdə pulyığma kampaniyası başlayanda valideyinlər bu haqda kimliklərini gizlətməklə KİV-lərə danışır, şikayətlər edir. Təhsil Nazirliyinin isə cavabı belə olur: valideyin müraciət etsin, araşdıraq.

Dövlət-vətəndaş münasibətlərində bu kimi nümunələrin sayını artırmaq olar. Ancaq indiki düzəlişlərin qüvvəyə minməsindən sonra vəziyyət radikal şəkildə dəyişəcək. Polis vətəndaşın hansısa cinayət və üzləşdiyi qanunsuzluq, təhdid barədə şifahi, o cümlədən anonim müraciətinə da baxmağa borclu olacaq. “X” qəsəbəsinin sakinləri yığışıb yol problemi haqda KİV-ə şikayət edəndə yerli məmur bu şikayəti vətəndaşların yazılı müraciətini gözləmədən də araşdırmaq öhdəliyini daşıyacaq. Valideyinlər məktəblərdə kütləvi pulyığma kampaniyası haqda Təhsil Nazirliyinin qaynaq xəttinə həm də anonim müraciət edə biləcəklər və s. Məmurların əlindən isə hər gün istifadə etdikləri bəhanə çıxmış olacaq, vətəndaşların dövlət strukturlarına etimadını azaldan ciddi bürokratik əngəl aradan qalxacaq.

Qanunun yeni formada tətbiqi ölkədə sosial narazılığın və hakimiyyətdən narazılığın aradan qaldırılması yönündə ciddi nailiyyət ola bilər. Bu narazılığın kökləri əksər hallarda məmurların vətəndaşların problemlərinə, müraciətlərinə laqeyd yanaşmasındadır və indi prezident İlham Əliyev bu vəziyyəti dəyişir. Prezident bu günlərdə öz nitqində bildirmişdi ki, məmurlar vətəndaşlara münasibətdə laqyedliyə yol verir, özlərini dartır və vətəndaşa yuxarıdan aşağı baxır. Və prezident belə məmurlara xəbərdarlıq edir və onların vətəndaşlar qarşısında məsuliyyətini artırmaq üçün radikal qanun dəyişikliyi təqdim edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru