Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                 

Maştağa çıldağını Nazarbayevin oğlu ilə nə bağlayır - İLGİNC
Tarix: 11-02-2015, 10:43 | Çap et
Maştağa çıldağını Nazarbayevin oğlu ilə nə bağlayır \
Kimi qırxı çıxmamış uşağının yastığını, kimi həyat yoldaşının köynəyini, kimi də 12 ildir xəstə oğlunu götürüb bura gəlir. Bədnəzərini, qorxuluğunu götürmək, yaxud da bədənindəki cindən, ruhdan azad olmaq üçün. Bu, iki əsr əvvəl yazılmış əsərdən çıxarış deyil. Dövr: XXI əsr, məkan: Bakı, Maştağa kəndi, Ağasəlim Çıldağın ocağı. Bu ocaq Şıx Əlidən qalıb, vaxtilə Ağasəlim Çıldağın nənəsi burada çıldağlıq edib. Onun nəslindən olanlar indi bu işi davam etdirir. Çıldağ ailənin oğul övladına miras verilir.

Publika.az məlumat verir ki, bu ocaqda 4 evdə bu işlə məşğul olurlar. Hər bir evdə kişilər və qadınlar ayrı - ayrılıqda çıldağ edilir.

Çıldaqlar bir-birinin çörəyinə bais olmamaq üçün aralarında növbəli sistem qurublar. Hər həftə bir qrup işləyir. Bu zaman digər çıldaqlar qapılarını bağlı saxlayır.

Kənd sakinlərinin köməyi ilə məşhur ocağı tapa bildik. Həqiqətən də, iş günü olmayan digər ocaqların qapısı bağlı idi. Nə qədər qapını döysək də, açan olmadı.

Bu gün növbə Sevil Nurəliyeva və qaynınındır. Qaynı evdə olmadığına görə, Sevil xanımla danışmalı oluruq. Elə girişdəcə, azyaşlı övladı ilə çıldaqdan çıxan Aytən adlı bir qadınla qarşılaşırıq. Deyir ki, övladı tək qalmaqdan qorxur, yuxudan ağlayaraq oyanır. Belə narahatlıq olanda həmişə uşağı bura gətirir.

Ocaqdan parçanı heç kimə vermək olmaz Sevil Nurəliyeva deyir ki, ailələrində çıldağa inam olsa da, əvvəllər bu işlə məşğul olmayıb.

“Gəlin gələndə bu evin ocaq olduğunu bilirdim, qayınanam da çıldağ edirdi. Onun yanında yavaş-yavaş bu işi öyrəndim. 10 ildən çoxdur çıldağ edirəm. Qadınları mən, kişiləri qaynım edir. Qayınanam mənə miras qoyub, mən də gəlinimə verəcəm. Qızlarıma isə düşmür, onlara topladığımız puldan pay verə bilirik”.

Çıldağlıq miras kimi nəsildən-nəslə ötürülür. Həm də bu işi hər kəs görə bilmir.

“Bakıda, bölgələrdə bu işi görənlər çoxdur. İnsanlar həmin çıldaqlara getsələr də, həmişə razı qalmırlar. Sonra araşdırıb, bura gəlirlər. Mənim övladlarımın da əli yüngüldür. Bu iş onlara da miras kimi ötürülüb. Bəzən gələnlər parça istəyirlər ki, evdə özləri etsinlər. Amma razı olmuram. Çünki qayınatam mənə vəsiyyət edib ki, ocaqdan parçanı heç kimə vermək olmaz”.

Ruh çıxarıram

Müsahibim ancaq çıldağ etmir, həm də bəd nəzəri də götürür, ruh tutanlara kömək edir. Hər dərdin də müalicəsi fərqlidir.

“Ruh tutan adamlar ölmüş yaxınlarının gözlərinə göründüyünü deyirlər. Mən də ruhu çıxarıram, bu zaman kənardan kiminsə baxdığını deyir. Ondan sonra xilas olur, daha gözünə görünmür. Gələnlər onları narahat edən məqamları deyir, mən də dərdini bilirəm. Baş ağrısı bəd nəzər əlamətidir. Bunun üçün həmin adamın boyunun arxasında xüsusi damarları tutub, sıxıram. Bununla da bəd nəzər gedir”.

Sevil xanım ürək, mədə xəstəliklərini də türkəçarə ilə müalicə edir.

“Bəzən deyirlər ki, qorxudan ürəyim düşdü. Həmin vaxtdan sonra mədədə ağrılar başlayır. Çünki ürək sanki mədəyə düşür və həmin gündən mədə uzanır. Adam yeməkyemək istəmir, ağrılar olur. Bu narahatlığı olanlar həkimə gedir, dərman qəbul edirlər. Amma onun çarəsi bizdədir. Həmin adamlara məsləhət görürük ki, pirləri, ocaqları gəzsin, çıldağa getsin. Belə adamlar bizə gələndə ürək-göbəyini çəkirəm. Bunun üçün xəstə yemək yemədən gəlməlidir. Parçanın arasına daşı qoyuram, sonra onu mədənin üstünə bağlayıram. Möhkəm sıxıram, mədənin qalxdığını hiss edir. Yemək yeyəndən bir saat sonra daşı açıb, dörd yol ayrıcına atmalıdır. Bundan sonra, ağrılar hamısı aradan qalxır.

Dəfələrlə ürəyində ağrısı olanlara həkimlər əməliyyat məsləhət görüb. Mən çıldağ edəndən sonra həkim əməliyyata ehtiyac olmadığını deyib. Dəfələrlə qucaqda bura gətirilən adamları sağaltmışam, ayağa qalxıblar. Belə möcüzələr də olub”.

Bəs çıldağ necə edirsiniz?

Deyə sual vermişdim ki, müsahibim bir qara parçanı yandırıb, prosedura başlayır. Baş, qol, dirsək, ayaqlar və topuqdakı sinir uclarına vurur. Sanki parçanın bədənimi yandırmasından həzz alırmış kimi, hər dəfə daha möhkəm basdırır. Bir az yanma olsa da, qısa zamanda ağrı aradan qalxır. Bu proses üç dəfə təkrar olmalıdır. Amma uzaq yoldan gələnlər üçün alternativ variant tapılıb. Hər prosedurdan sonra, qapıdan çıxıb, yenidən daxil olub təkrar edilərək 3 dəfə tamamlanmış olur. Bərk qorxu olanda parça özündən sönür.

Qeyd edim ki, çıldağı ancaq kətandan etmək məsləhət görülür. Başqa parçadan edəndə yandırır. Müsahibim də Maştağadakı satıcıların bundan məlumatlı olduğunu deyir. Çıldağ parçası deyən kimi verirlər.

İnanmayan da olur

Amma XXI əsrdə çıldağa inam kütləvi deyil. Yəqin ki, inanmadan, sınamaq üçün gələnlər olur. Müsahibim bu fikirlə razılaşsa da, inanmayanların nəticəni görəndən sonra fikirlərindən daşındığını deyir. Həm də gəlib nəticəsini görənlər başqalarına da deyir. Beləliklə, inam artır. Bəzən qorxu sümüyə işləyir, onda heç nəyi hiss etmir. Həmin adamların əvvəlcə, ayaq barmaqlarına vurub, sinirləri oyadır, sonra çıldağ edir.

Amma çıldağ yalnız bakılılar arasında dəb deyil. Digər rayonlardan da bura qorxudan xilas olmaq üçün gəlirlər. Biz orada olanda da, Neftçala, Hacıqabul, Şamaxıdan gələnlərlə qarşılaşdıq. Kimi nəvəsi, kimi də özü üçün gəlmişdi. Müsahibim Naxçıvandan, Moskvadan, digər xarici ölkələrdən gələnlərin olduğunu deyir. Bakıdan ancaq yerli sakinlər deyil, rusdillilər də bura gəlir.

Əlində əsa çətinliklə hərəkət edən Kərbəlayi Züleyxa Hacıqabuldan gəlib.

“Biz özümüz ocağıq, bilirik ki, harada kimə inanmaq olar. İki nəvəmdə də qorxuluq var. Tək qala bilmirlər, gecə yuxuda qorxublar. Heç bir həkimə aparmadım, çünki çarəsi çıldağdır. Uşaqlıqdan belə görmüşük, həmişə də nəticə yaxşı olub”.

65 yaşlı Səkinə nənə özü üçün gəlib. Şikayəti isə ürək sıxıntısı, nəfəs almada çətinlikdir. Nənədən buna görə ürək həkiminə gedib-getmədiyini soruşuram. Amma həkimlərdən daha çox çıldağdan xeyir gələcəyinə inandığını deyir. Aylardır getmədiyi çıldağ qalmayıb, bura son ümididir.

Bəs bu işin qarşılığında nə qədər ödəniş olur?

Öyrənirik ki, hər çıldağın öz qiyməti var – 2 manat. Bura gələnlər qiymətləri yaxşı bilir.

“Bəzən 5, 10 manat qoyanlar da olur. Amma bir dəfənin ödənişi 2 manatdan az deyil. Amma bir manat verən olsa, etiraz etmirik”.

Müsahibim məndə böyük bədnəzər olduğunu deyir. Bunun göstəricisi daim baş ağrılarının olmasıdır. Amma ömrünü bu işə həsr etmiş, türkəçarəni həyat devizinə çevirmiş birinə “baş ağrılarımın səbəbinin bəd nəzər yox, bütün günü kompyuter qarşısında olmağımdır” deməyim çox yersiz görünür. Mənim ağlımdan bu cavab keçərkən, o, hər gün evə gedəndə bir balaca pambıq yandırmağımı, sağ ayaqqabımı başıma fırlayıb ayaqqabının burnunu kürəyimə vurmağımı, son məqamda tüpürüb yerə atmağımı məsləhət görür.

Qadın çıldağında işimizi bitirib əsas ocağa baş çəkirik. Burada kişilər çıldağ edilir. Mənim kimi balacaboy adamın əyilərək içəri keçdiyi bu tikilinin 500 il yaşı var. Biz burada olanda kişiləri çıldağ edən şəxsin əvəzində, oğlu Ələmdar idi. Atasının cin çıxarmaq üçün getdiyini deyir. Bununla da məkanda həm də cin çıxarmaq xidməti göstərildiyini öyrənmiş oluruq. Ələmdar bu işi bacarmadığından prosesi müşahidə edə bilmirik. Peşə sirri olduğundan bu barədə ətraflı danışmaq istəmir. Amma cin tutanların adətən normal yeriyərək gəzmədiyini deyir. Öyrənirik ki, çıldağa ancaq sadə vətəndaşlar deyil, məşhurlar da gəlir. Məsələn, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni ildə bir dəfə, bəzən altı aydan bir çıldağ etdirməyə gəlir. Təəssüf ki, Ələmdar həmin kürəkənin adını xatırlaya bilmir. Bundan başqa, yerlilərdən Eyyub Yaqubov, Əlibaba Məmmədov da tez-tez çıldağı ziyarət edənlər arasındadır.

Qeyd edim ki, Sevil xanımın prosedurlarından sonra başağrım keçmişdi. Amma bu çox çəkmədi, avtobusda başağrım yenidən başladı. Deyəsən, müalicənin təsir müddəti bir neçə saatlıq idi. -










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru