Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                 

Mədət Quliyevin karyerasında "Lamiyə" dolanbacı...
Tarix: 11-02-2015, 09:39 | Çap et
Mədət Quliyevin karyerasında "Lamiyə" dolanbacı...
…İndi hamını bir sual düşündürür: Lamiyə Quliyeva uşağı necə doğub??? Halbuki hamını Lamiyə Quliyevanın necə doğması yox, kimdən doğması maraqlandırmalıdır. Bu sual isə hələki açıq qalır.
Bəli, ölkə KİV-lərinin gündəmini və manşetini zəbt etmiş bu qız günün qəhrəmanına çevrilib. Əslində, məqsədli şəkildə çeviriblər. Axı söhbət hansısa məhbus xanımın türmədə necə hamilə qalması, uşağı hansı doğum evində doğması yox, onun burada kimdən və hansı şəraitdə hamilə qalması, yekunda isə kimdən uşaq doğmasından getməlidir. İndiyədək qadın məhbusların türmədə uşaq dünyaya gətirməsi halları çox olub. Apardığımız kiçik bir araşdırma və dəqiqləşdirməyə istinad edərək onu diqqətə çatdıra bilərik ki, bu iki halda baş verir: qadın barəsində hökm çıxana kimi hamilə olur… Ya da qadın həbsxanada olduğu dövrdə qanuni əri ilə ünsiyyətdə olur… Lamiyədə isə bunların heç biri olmayıb. Elə isə nə baş verir?

Mətbuatımız əsas mövzudan, sanki qəsdən yaxasını kənara çəkir…

Dünən aparıcı KİV və saytların Lamiyə Quliyeva mövzusu ətrafında yazılarının məzmununu nəzərdən keçirdik… В«Yeni MüsavatВ» bir gündə iki mövzunu qələmə alıb. В«Onlar da anadır, Lamiyə də...В» və В«Lamiyə Quliyevanın dəhşətli hekayəsi anasının dili ilə...В», В«Aslan Aslanov nələr etmiş, nələr...В» başlıqlı, В«AzadlıqВ» qəzeti isə “Aslan Aslanov bizi bədbəxt elədi”, В«Lamiyə Quliyevanın anası В«AzadlıqВ»a danışdı…», В«QafqazinfoВ» isə “ANS-dən gəlmişdilər, müsahibə vermədim...” В«Lamiyənin anası onun adından yayılan müsahibənin saxta olduğunu, bunu Aslan Aslanovun yaydırdığını iddia etdiВ» başlıqlı… yazılarla çıxış ediblər… Hətta ANS isə Mir Şahinin В«Lamiyə azad oldu: doğdu!В» icmal çıxışını verməkdən əlavə, bazar günü efirə gedən həbtəsonu proqramını məhz Lamiyə mövzusu ilə açdı… Və bütün digər KİV və ya saytlar da bu sırada.
Mən heç kimi necə və ya nədən yazmaqda qınamaq fikrindən uzağam. Amma diqqəti çəkən bir məqam var ki, onu deməliyəm. Söhbət yenə də Lamiyədən gedir, amma onun uşağını necə doğmasından yox, türmədə kimdən doğmasından… Ən maraqlısı budur ki, hamı, bilmirəm bilərəkdən, ya bilməyərəkdən, əsas məsələni atıb bir kənara, Aslan Aslanovun günahından, yaxud da günahsızlığından… yazır. Son bir aydı yuxumuzu ərşə çəkdirmiş Lamiyənin bu formada gündəmə gəlməsinin əsas baiskarları isə yaddan çıxıb. Həmçinin Penitensiar Xidmətin rəhbərliyi və Xidmətin İstintaq Təcridxanasında baş vermiş bəlli olay-Lamiyənin hamilə qalması…

Həbsxanada kəbinsiz-atasız uşaqdoğma ənənəsi…

Diqqətimi həm də bir məsələ çəkdi: Belə ki, həbsxanada ana olması ilə gündəmə gələn Lamiyə Quliyeva təxminən bir həftə əvvəl vəkili Fəxrəddin Mehdiyevin vasitəsilə ictimaiyyətə müraciət etmişdi. Vəkil bidirmişdi ki, 4 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Lamiyyə Quliyeva ona zəng edərək bu fikirlərini ictimaiyyətə çatdırmağı xahiş edib. Lamiyə deyirdi: В«...Dəfələrlə yazılan məlum hadisəyə görə mən 15 yaşımdan məhkumluq həyatı yaşayıram. Uzun illərdir azadlığa çıxacağım günləri həsrətlə saymışam. Lakin vaxt keçdikcə qərəzli açılan yeni-yeni cinayət işləri azadlığı məndən uzaqlaşdırıb. İki il bundan əvvəl mənə qarşı ücüncü dəfə açılan cinayət işinin (bundan əvvəl Lamiyə Quliyevanın məhkumluğu bir dəfə 5 il 6 ay artırilmışdı - red.), ittihamın qarşısını Xətai rayon Məhkəməsi bəraət hökmü ilə dayandırdı. Məhkəmənin bu dəfəki ədalətli qərarı məndə azadlığa çıxmaq ümidləri yaratdı. Lakin prokrorun apellyasiya şikayəti əsasında Bakı Apellyasiya məhkəməsi Xətai rayon Məhkəməsinin qərarını ləğv etdı və mənə daha 6 il 6 ay azadlıqdan mərhumetmə cəzası kəsdi. Apellyasiya məhkəməsinin bu qərarı mənim yaranan ümidlərimi, azadlıq arzularımı puç etdi. Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depresiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi. Apellyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır. Mən Təhqiqat Şöbəsinin əməkdaşına bu şəxs barədə yazdığım ifadədə bildirmişəm, adını və soyadını da yazmışam. DNK test nümunələrini də təqdim etmişəm. İndi mən məhbəsdə analıq ömrümü yaşayıram. Məhbəsdə analıq amansız taledir. Bundan sonra bu taleni uşaqla yaşamalıyam. Xahiş edirəm bütün bunlara görə məni qınamayın və mühakimə etməyin”.

Mədət Quliyevə yersiz sual: Lamiyənin uşağının atası olan məhbusdan nigahı olmuşdumu?

…Lamiyənin bu cümləsinə diqqət yetirin: «…Apellyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır…».
Bildiyiniz kimi, Lamiyə Quliyevanın bu açıqlamasından sonra В«TəzadlarВ» kiçik bir araşdırma apardı və həm ayrı-ayrı vəkillərin, hüquqşünasların rəylərini, həm də В«Azərbaycan Respublikasının Cəzaların İcrası MəcəlləsiВ»nin tələblərini təqdim etdi… Birmənalı olaraq inkar olunurdu ki, əvvəla, Bakı İstintaq Təcridxanasında hansısa qadın və yv kişi məhbusun (həmçinin təqsirləndirilən şəxsin) nəinki digər məhbusla sıx ünsiyyətinə, həmçinin fərqli cinsdən olan məhkumla görüşünə icazə verilmir… Müxtəlif cinslilərin, konkret halda, Lamiyə Quliyevanın hansısa bir məhbusla bir yerdə qalıb yaşaması, hətta ondan hamilə qalması… ümumiyyətlə, absurd iddiadır. Düzdür, həyatda bir ölümə çarə yoxdur. Nə demək istədiyimizi yəqinki anladınız. Amma Lamiyə Quliyeva kim idi ki, istintaq təcridxanasında onun hansısa bir tanımadığı məhbusla əylənib, hələ bir intim görüşünün baş tutmasına şərait yaradılsın? Özü də KİV-lərin özünün yazdığı kimi, nəzərə alsaq ki, Lamiyə Quliyeva Aslan Aslanovun tamamilə nəzarətində imişвЂ¦
***
Bu yerdə В«AzərbaycanВ» qəzetində bu mövzuya həsr olunmuş bir məqaləni yada salmamaq mümkün deyil. Müəllif yazır: «…Aslan Aslanov Lamiyənin həbs müddətini necə artıra bilər? Kənd təsərrüfatı nazirinin müavini Lamiyənin həbsxanadan çıxmasına necə mane ola bilər? Cinayət törədilib, qadın boynuna alıb və buna görə ona cəza veriblər. Sonradan içəridə qeyri-qanuni olaraq, uşaq dünyaya gətirib. Bu mövzuda qəribə nə var ki, qəzetlər hər gün bundan yazır. Ağıllarına gələn versiyaları hallandırırlar. Sanki başqa mövzu tapmırlar… O yazıların biri pulsuz yazılmır. Hamısının sponsoru var. Aslan Aslanovun yarasını təzələyirlər. Məhkəmə işə sübutlar əsasında baxıb. Bu gün bu hadisə niyə gündəmə gətirilib? Hamısı 5-3 manatın dərdindən iş-güclərini kənara qoyublar. Çox mənəviyyatsız bir mövzu ilə məşğuldurlar. Bunlar pul alıblar ki, mövzunu gündəmdə saxlasınlar. Pul verən də deyir ki, Aslan Aslanovun adını çəksəniz çox pul verəcəm. Cəmiyyət üçün əhəmiyyətsiz mövzunu gündəmdə saxlayan mətbuat orqanlarının yazıları sifarişlidir"
Əgər rəsmi qəzetdə-Milli Məclis orqanında məhbus qadının istintaq təcridxanasında tanımadığı bir məhkumdan hamilə qalması kimi cinayətə В«Sonradan Lamiyə içəridə qeyri-qanuni olaraq, uşaq dünyaya gətirib. Bu mövzuda qəribə nə var ki, qəzetlər hər gün bundan yazır?В» kimi mövqe bildirilirsə, daha başqa sözümüz yoxdur… Halbuki В«AzərbaycanВ» özü həbsxanada doğulan uşağın qanunsuzluq, qeyri-qanuni olduğunu yazır. Buna başqa nə ad verək?

Mədət Quliyevin Lamiyənin В«işiВ»ndən yazan KİV-ləri qınaması əsassızdır, çünki…
Beləliklə, bu gün В«AzərbaycanВ» qəzeti Aslan Aslanovun müdafiəsinə hesablanmış yazısında, hətta Lamiyənin həbsxanada uşaq doğmasını qeyri-qanuni adlandırır, digər KİV-lər isə Lamiyənin anasından müsahibə dərc edir, uşağın həbsxanada doğulduğunu, 3 aylıq olduğunu, koppuş, qəşəng uşaq olmasından yazır, atasının kimliyindən həvəslə söz açılır, amma heç kim bu koppuş, qəşəng uşağın həbsxanada nigahsız-sənədsiz, naməlum və məchul bir məhbusdan-atadan necə əmələ gəlməsini yazıb axırına çıxmır… Bu tərəfdə isə bütün bu baş verənlərə birbaşa cavabdehlik daşıyan Mədət Quliyev isə mövzudan yazan KİV-ləri qınayır, bunda məqsədin kimdənsə pul almaq, təmənna güdmək olduğunu deyir… Generala yaraşmayan qabaqdangəlmişlik!!!

Mədət Quliyev mətbuatı ittiham etməkdə haqlıdır, çünki…
вЂ¦İş o yerə çatıb ki, hətta bütün baş verənlərdə günahı olan rəsmi şəxs-ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev neçə gün əvvəl saytların birinə müsahibə verərək jurnalistin В«Son günlər məhkum Lamiyə Quliyeva məsələsi fonunda sizinlə bağlı mətbuatda tənqidi məlumatlar yayılır… Sizcə, Lamiyə Quliyeva məsələsinin pərdəarxasında hansı məsələlər durur?В» sualına belə cavab verir: «…Hər şey aydınlaşacaq… Allaha şükür ki, artıq Baş Prokurorluq bu məsələ ilə məşğul olur. Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu adi bir haldır. Belə şeylər ola bilir…».
İstər-istəməz soruşmalı oluruq: cənab general, hazırda Lamiyənin uşağının yaşı 3 aylıqdır. Siz isə deyirsiniz ki, В«Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsinВ». Deməli, Siz bunu ən azı 9 ay + 3 ay =1 il bundan əvvəl bilmisiniz… Bəs bu müddətdə bu uşağın həbsxanada kəbinsiz qadından və kimdən doğulmasını niyə araşdırmamısınız? Şəxsən, mən hesab edirəm ki, burada belə bir şübhə və ehtimal var ki, siz bunu araşdırmısınız, amma uşağın atasının kim olduğu məlum olanda В«hələlik susmaq qızıldırВ» məntiqi ilə hərəkət etmisiniz… Yoxsa, bu ata sıravi bir şəxs olsaydı, indi türmələrimizdə bir mərəkə qopmuşdu ki, gəl görəsən… Və Lamiyəyə adi bir çaynik davasına görə 5 il 6 ay verilmişdisə, bu qanunsuz doğuşa görə ona ən azı ömürlük verilməli, bir neçə nəfər isə əməkdaşınız cəzalandırılardı… Bunlar baş verməyibsə, icazə verin şübhələnək ki, bu uşağın atasını elə rəhbərlik etdiyiniz qurumda axtaraq!

В«Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılanВ»ları axtaran general uşağın məchul atasını axtarsa yaxşı olar…

Bu hələ harasıdır, jurnalistin В«Mədət müəllim, bu məsələyə görə mətbuatda sizi də tənqid edirlər. Qeyd edilir ki, uşağın atası müəyyənləşdirilməyənə qədər bütün məsuliyyəti siz daşıyırsınızВ», sualına cənab general belə cavab verir: «…Heç belə bir şeyi yazmaq və düşünmək olar? Belə yazı yazmaq olar? Kim nə yazır-yazsın. Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır… Mənə qarşı olan qara kampaniya kimlərinsə tərəfindən formalaşdırılır. Bunlar heç kimin qanını qaraltmamalıdır. Çünki demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs istədiyi fikri yaza bilər. Narahat olmağa heç bir əsas yoxdur. Hər şey yaxşıdır…».
Anlamadıq, nədən В«Hər şey yaxşıdır?В». Türmədə naməlum adamdan uşaq doğulur, Mədət Quliyev isə deyir ki, hər şey yaxşıdır! Mən hələ demirəm ki, cənab general В«Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan…»ları axtarınca, əvvəlcə uşağın məchul atasını axtarıb tapsa yaxşıdır… İkincisi isə, çox yaxşı olar jurnalistlərin arasında satqın, xəyanətkar axtarınca, rəhbərlik etdiyi qurumda qanunlarımıza xəyanət edənləri axtarıb aşkar etsin… Qanunlarımızda isə açıq şəkildə yazılır:
В«Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi
Maddə 81. Məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşü
81.1. Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir.
81.2. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir.
81.3. Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər.
81.4. Məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır.
81.5. Görüşlərin sayı və növləri bu Məcəllə ilə müəyyən edilir.
81.6. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan yaradılır.
81.7. Hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir.
81.8. Məhkumlarla bu Məcəllənin 81.7-ci maddəsi ilə müəyyən edilmiş görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməklə həyata keçirilir. Belə görüşlər bu Məcəllə ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir.
81.9. Vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilirВ».
***
Bax belə. İndi məlum oldumu ki, Lamiyə Quliyevanın (hətta anasının belə dilə gətirmədiyi, danışmaq istəmədiyi) uşağının atasını harada axtarmaq lazımdır??? Və ata bizə məlumdur, amma bəzi nüansları nəzərə alıb yaza bilmirik… Amma arxayın olun ki, həmin əsil ata Lamiyə azadlığa çıxandan az sonra bəlli olacaq-üzə çıxacaq. Çıxmasa, Lamiyə özü bunu açıb deyəcək. Lap hind filmlərində olduğu kimi…
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru