"Zorlanan aktrisa" danışdı: "Çəkinmədən çəkildim"
Tarix: 3-11-2014, 11:37 | Çap et
 DİA.AZ aktrisa Vəfa Babayevanın milli.az-a verdiyi müsahibəsini təqdim edir:
Vəfa xanım, tamaşaçılar sizi hazırda yayımlanan “Qisas” serialından yaxşı tanıyırlar. Necə oldu ki, baş rola təsdiqləndiniz? - Yaxın bir rəfiqəmin tanışı rejissordur. Mənimlə söhbət zamanı dedi ki, səni onunla tanış edəcəm. Hansısa bir filmə, ya da seriala uyğun bilsə, səni də çəkər. Bizi görüşdürdü. Elə oldu ki, həmin rejissor məni birbaşa baş rolda görmək istədiyini dedi. Razılığa gəldik, mən də tərəddüd etmədən təklif olunan rolu qəbul etdim.
- Həmin serialda bir təcavüz səhnəsi var. Sözügedən səhnəni Azərbaycan tamaşaçısı üçün kifayət qədər açıq-saçıq hesab etmək olar. Bu cəsarət sizdə haradan yarandı ki, həmin səhnəyə çəkilməyi qəbul etdiniz? - Əgər mən özümə aktrisa deyirəmsə, deməli, mənə həvalə olunan hər bir rolu oynamağı bacarmalıyam. Açıq-saçıq səhnəyə çəkinmədən çəkildim. Bunun KİV-də, eləcə də tamaşaçılar tərəfindən birmənalı qarşılanmayacağını da yaxşı bilirdim. Hər şeyi nəzərə almışdım. Amma mən bu sənətin vurğunuyam. Bacardığım qədər bu sənətdə özümü göstərməyə çalışıram.
- Sizcə, bu sizdə yetərincə alınıb? - Hesab edirəm ki, mən hələ heç nə etməmişəm. Yolun başlanğıcındayam. Amma belə getsə, bir neçə ildən sonra istədiklərimə tam şəkildə nail olacağımı düşünürəm.
- İndi əksər gənc aktrisalar işləmək üçün xarici ölkələrə, xüsusən də Türkiyəyə getməyə can atırlar. Siz də bu niyyətdə olanlardansınız? - Türkiyədə yaşamaq, işləmək mənim çoxdankı arzularımdan biridir. İmkan yaranan kimi İstanbula üz tutacağam.
- Niyə məhz İstanbula? - Sevirəm oranı. Çünki çox gizli şəhərdir.
- Məxfiliyi bu qədər çox xoşlayırsınız? - Bəli, qapalılığım var. Hər sirrini bölüşən insanlardan deyiləm.
- İnsan vətənsiz yaşaya bilməz. Bəlkə, sizi təngə gətirən seriallarımızın bir o qədər də inkişaf etməməsi, yaxud da müəyyən “qayda pozuntuları”dır? Bəlkə, ona görə burada işləmək istəmirsiniz? - Bircə onu bilirəm ki, bizdə qabağa getmək asan məsələ deyil. Bu gün bir çox rejissorlar öz maddi və mənəvi mənafelərini güdürlər. Özlərinə nə sərf edirsə, onu da edirlər.
- Yəqin ki, tanış-bilişi, qohumu və s. seriallara çəkməyi nəzərdə tutursunuz. Özü də qonorarsız. - Bu amil də var. Bu da vacib məsələlərdən biridir. Buna görə bir çox istedadlı aktrisa və aktyor kölgədə qalır. Kimisi öz qonşusunu çəkir, kimisi qohumunu, kimisi də “sevgili”sini.
- Siz belə hallarla qarşılaşmısınız? Hansısa rejissordan ədəbsiz təklif almısınız? - Bəli, bir dəfə olub. Həmin rejissorun adını çəkməyəcəm, amma məni filmə çəkmək üçün mənə belə təklif etdi. Mən də ona məni başqaları ilə səhv saldığını deyib otaqdan çıxdım.
- Ananız əməkdar artistdir. Maraqlıdır, siz sənətə onun arzusu ilə gəldiniz, yoxsa öz seçiminiz oldu? - Anam mənim aktrisa olmağımın qətiyyən əleyhinə idi. Məni heç bir səhnədə, filmdə, serialda görmək istəmirdi. Ancaq mən qərarımı artıq vermişdim. Allahdan başqa heç kim məni tutduğum yoldan döndərə bilməzdi. İndi peşman deyiləm, nə yaxşı ki, aktrisa oldum.
- Bəs təcrübəli bir aktrisa kimi sizin çəkildiyiniz açıq-saçıq səhnəyə necə münasibət bildirdi? - Məncə, anam nə o vaxt, nə də indi heç bir açıq epizodda çəkilməzdi. Ancaq o mənə inanır. O yaxşı bilir ki, həmin səhnədə Vəfa yox, hansısa bir obraz “zorlanır”. Bu baxımdan, mənə xeyir-dua verdi və dəstək oldu.
- “Qisas” serialından öncə, yaxud da sonra hər hansı bir teatrdan iş təklifi alımısınız? - Uşaqlıqda bir neçə tamaşada səhnəyə çıxmışam. Bir neçə müddət bundan öncə isə Akademik Milli Dram Teatrında “Danışan gəlincik” adlı tamaşada rol aldım. Sözün düzü, ondan sonra heç bir teatr səhnəsində çıxışım olmayıb. Ancaq hər şeyi zaman göstərər. Hələ ki, öz üzərimdə ciddi səylə çalışıb, sənəti daha da dərindən mənimsəmək istəyirəm.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
|