“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                 

Kütlənin qaynar payızı və iqtidarın soyuq duşu
Tarix: 30-09-2014, 10:52 | Çap et
Kütlənin qaynar payızı və iqtidarın soyuq duşu
Ermənistan polisinin rəisi Vladimir Qasparyan ölkə müxalifətinin bu payızda fəallığını aktivləşdirəcəyi və hakimiyyətə "qaynar payız" vəd etməsi ilə bağlı səslənən bəyanatlarla açıqlamalara özünəməxsus tərzdə cavab verib.
V.Qasparyanın Yerevandakı iqtidarın ən yöndəmsiz, qaba və kobud məxluqlarından biri olduğunu nəzərə alsaq, onun diplomatik tərzdə danışacağına və ya müxalifətin açıqlamaları ilə bağlı hakimiyyətin məntiqli cavabını səsləndirəcəyinə ümid çox azdı.
Belə də oldu və Qasparyan həmişəki ampluasına sadiq qalaraq mədəniyyətsizliyini bir daha sübut elədi.
"Müxalifətçilər deyirlər ki, ay nə bilim qaynar payız, radikal çıxışlar... Ayılsınlar, özlərinə gəlsinlər. Onların qaynar payızına bizim soyuq duşumuz var. Hədlərini aşmasınlar", - bu sözlər Ermənistan polisinin rəhbərinin rutin çıxışlarından biri də sayıla bilərdi.
Ermənistan müxalifətinin lideri olduqlarını bəyan edən Erməni Milli Konqresi, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun, "Çiçəklənən Ermənistan" və İrs partiyalarının yaratdıqları "Dördlük" bu açıqlamadan qeyzlənərək V.Qasparyanı vəzifə səlahiyyətlərini aşmaqda suçlayıb, onun istefasını tələb edib.
"Dördlük" Yerevanda birgə mitinqin təşkilatı ilə bağlı məsələləri və onun vaxtını müzakirə etmək niyyətindədir. EMK-nin mətbuat katibinin həmin müzakirələrdən əvvəl V.Qasparyanla bağlı çıxış etməsi və tələbi səsləndirməsi maraqlı olaydır.
Çünki "Dördlük" bu minvalla görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri barədə bildirişi hakimiyyətin nəzərinə çatdırıb.
Beləcə, "qaynar payız" vədlərinin puç olacağı indidən bəllidir. Aprel ayında hökumətin istefasını tələb edən və yeni baş nazirin təyin olunmayacağı təqdirdə, Yerevan küçələrinə çıxaraq kütləvi aksiyalar keçirəcəyini vəd edən erməni müxalifətçilər sonradan istədiklərinə çatdıqlarını, iqtidarın onların qarşısından geri çəkildiyini dedilər.
Axı baş nazir Tiqran Sarkisyan vəzifəsindən kənarlaşdırıldı, onun yerinə Ovik Abramyan təyin olundu.
Zahirən hökumət başçısının dəyişdirilməsi müxalifətçilərin tələblərindən sonra olduğu üçün kütlə üçün yeni erzas-təbliğat, habelə təşviqat vasitəsi vardı.
Halbuki, müxalifətçilərin radikallıq və qətiyyətlə bağlı sözləri boşboğazlıq, cəfəngiyyatdı.
Tiqran Sarkisyan Yerevandakı rejimi yox, Rusiyanı artıq təmin etmədiyindən Moskva bu fiquru arzuolunmaz saymışdı və Ermənistan prezidenti Serj Sarkisyan da aldığı əmri çox qısa müddətdə reallaşdırmışdı.
Ermənistanın sabiq baş nazirinin "vurulması"nın səbəbi isə onun İrandan Ermənistana təbii qaz nəqlinin artırılmasını nəzərdə tutan müqaviləni yeniləmək və saziş imzalamaq niyyəti idi. Bu isə Ermənistana təbii qaz satışları ilə yanaşı, ölkə daxilində "mavi yanacağ"ın paylanması şəbəkəsinə tam nəzarətə can atan Rusiyanın "Qazprom" konserninin maraqlarına zidd məsələ idi.
"Qazprom" Rusiyada dövlət içində dövlət olduğundan "hansısa" T.Sarkisyanın "sərsəm" fikirlərinə və niyyətlərinə dözə bilməzdi.
Moskva mövqeyini Serj Sarkisyana çatdırdı və Ermənistan prezidenti də belə şəraitdə inadın siyasi ölümə bərabər olacağını anladığından devrilmək istəmədi, Tiqran Sarkisyanı işindən kənarlaşdırdı.
Onun yerinə isə namizədliyi aylar əvvəl bəlirlənərək ehtiyat variant qismində görülən Ovik Abramyan təyin olundu.
Zahirən hökumətin başçısı dəyişdi, batində isə dəyişən heç nə olmadı.
Ermənistandakı müxalifətin "lider"ləri situasiyadan maksimum istifadə etmək üçün dərhal çıxışlara və açıqlamalara başladılar ki, ermənilər onların nə qədər radikal, müdrik, qüvvətli və hakimiyyəti ən ciddi dəyişikliklərə vadar edən qüvvə olduqlarını bir daha anlasınlar. Kütlə anlamalıydı, amma anlamadı. Ermənilər onları küçələrə çağıran, mitinqlərə dəvət edən, hakimiyyətə qarşı çıxmağa təşviq edənlərin kim olduqlarını bildiklərindən belə məzhəkələrə alışıblar və deyilən sözləri də növbəti gəvəzəlik kimi qəbul etdilər.
"Dördlük" üçünsə aktual məsələ bu dəfə kimin istefasını tələb etməkdi.
Sabiq prezident Levon Ter-Petrosyanın sözlərindən belə çıxırdı ki, onlar mübarizələrini sonadək davam etdirmək və Yerevandakı mövcud iqtidarın kənarlaşdırılmasına nail olmaq niyyətindədir. Məntiqlə, Tiqran Sarkisyanın gedişindən sonra prezident Serj Sarkisyanın istefası istənilməli, hakimiyyətin bu tələbi yerinə yetirməyəcəyi təqdirdə kütləvi aksiyaların və vətəndaş itaətsizliyinin gerçəkləşdiriləcəyi deyilməliydi.
Deyilmədi.
Axı "Dördlk" tərkibindəki İrs və "Çiçəklənən Ermənistan" partiyaları heç bir halda belə tələblə çıxış etməyəcəkdilər. ÇEP-in sədri Qagik Sarukyan sahibi, sabiq prezident Robert Köçəryanın göstərişi olmadan bir addım da atmır. Köçəryan isə ona S.Sarkisyanın istefası məsələsindəki mövqe ilə bağlı heç bir əmr verməyib.
İrs Partiyasının sədri Raffi Hovvanisyansa son prezident seçkilərindən sonra iqtidarla kuluar sövdələşmələrdə payını alıb və indi həddini aşaraq irəli çıxmaq istəmir. O bilir ki, sövdələşmənin şərtlərini pozarsa, cəzalanacaq, partiyası darmadağın olacaq: İrs Partiyasında hakimiyyətə bağlı olanların sayı heç az deyil və onlar hakimiyyət kuluarlarından göstəriş alan kimi indi guya sədaqətlə xidmət etdikləri liderlərini siyasi məhvə sürükləmək üçün əllərindən gələni edəcəklər.
İstefa tələbi ilə bağlı axtarışlar aparılırdı və sonucda onlar uğurla başa çatdı. "Dördlük" Erməni Polisinin sədri Vova Qasparyanın vəzifədən kənarlaşdırılmasını istəyir. Bu açıqlama isə tələb naminə tələb, fəaliyyət görüntüsü yaratmağa yönələn cəhddir.
Eyni zamanda, müxalifətçilərin liderləri yenə də hakimiyyətin oyun qaydalarına riayət edir, bəlirlənmiş çərçivədən kənara çıxmırlar.
Sirr çox sadədir: Vova Qasparyan bir fiqur təki qudalar Qagik Sarukyanla Ovik Abramyanı çox qıcıqlandıran adamdır. Erməni Polisinin rəisi ÇEP sədri ilə baş nazirin inhisarlarının "normal" fəaliyyətinə imkan vermir, öz biznes-strukturlarını inkişaf etdirməyə çalışır, üstəlik, Yerevanla yanaşı, Ermənistan əyalətlərindəki şirkətlərindən 4-nü O.Abramyana, 3-nü də Q.Sarukyana satmaqdan imtina edir.
Amma V.Qasparyan prezident Serj Sarkisyana sadiq kadr olduğundan ÇEP sədri ilə baş nazir Polis rəisinə qarşısı aşkar hücuma keçməkdən ehtiyatlanırlar.
"Dördlük" liderlərinin istefa tələblərinin təsadüfi olmadığı görünür.
Hakimiyyətinin üst təbəqəsində yeni intriqa və kuluar boğuşmalarının başlandığını hiss edən Serj Sarkisyan da didişən tərəflərin hər ikisinin mövqelərini səbatlı edərək qarşıdurmanı gərginləşdirmək və bununla da potensial narazılar düşərgələrini haldan salmaq üçün V.Qasparyana müxalifət aksiyaları ilə bağlı açıqlama vermək səlahiyyəti verib.
"Soyuq duş"la bağlı açıqlama həm də "Çiçəklənən Ermənistan" Partiyasının banisi və sahibi Robert Köçəyranla baş naziri Ovik Abramyana da üstüörtülü xəbərdarlıq sayıla bilər.
Onlar da, deyəsən, V.Qasparyanı işdən kənarlaşdırmaq və bu "arzuolunmaz fiqur"u zərərsizləşdirmək üçün aşkar mübarizəyə başlamaq niyyətindədirlər. Sistem daxilindəki metodların uğursuzluğa düçar olduğu aşkar görünür.
V.Qasparyan ÇEP sədri və baş nazir üçün indi yox, hələ parlament seçkilərindən əvvəl problemə çevrilmişdi. O dönəmdə O.Abramyan parlament spikeri vəzifəsindən kənarlaşdırılmış, Marqar Ohanyan həbs olunmuş, Ermənistan Polisinin rəisi Alik Sarqsyan postundan qovulmuşdu.
Serj Sarkisyanın əlaltıları onda demişdilər ki, hakimiyyət daxilində Robert Köçəryanın maraqlarını təmin etməyə və 2012-ci ilin parlament seçkilərində ÇEP-ə qələbə qazandırmağa çalışan dəstə ifşa olunub.
O da deyilirdi ki, ifşa əməliyyatına Vladimir Qasparyan rəhbərlik edibmiş...
Elçin Alıoğlu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru