Meyvə tərəvəzin yaxşısını da ruslara göndəririk... - PROBLEM
Tarix: 5-09-2014, 14:23 | Çap et
 Son vaxtlar Azərbaycan bazarlarına keyfiyyətsiz aqrar məhsulların çıxarılması mətbuatda geniş müzakirə olunur. Bunun əsas səbəbi isə keyfiyyətli kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılmasıdır. Mətbuatın geniş yer ayırdığı və ictimaiyyətin ciddi narahat olduğu məsələ ilə bağlı isə bir çox aidiyyatı qurumların, əlaqədar nazirliklərin hər hansı əhəmiyyətli müdaxiləsinin şahidi olmuruq. Elə bu məqam da cəmiyyətdə narazılıq yaradır. Dünən bu mövzu ilə bağlı danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycan bazarında keyfiyyətsiz məhsulların satılmasının üç səbəbinin olduğunu deyib. O qeyd edib ki, ən yaxşı məhsullar Rusiya bazarına tədarük edilir. Ekspertin sözlərinə görə, tədarükçülər məhsullarını Rusiya bazarında qısa müddətə satıb, pullarını toplaya bilirlər: “Bakı şəhərində böyük tutumlu maşınların yükünü qısa müddətə realizə etmək mümkün deyil. Böyük tutumlu maşınlar kənd təsərrüfatı məhsulu yükü ilə Bakı bazarlarına buraxılmır. Nəticədə ən yaxşı məhsullar Rusiya bazarına çıxarılır və keyfiyyəti aşağı olan məhsullar isə Azərbaycan bazarında istehlakçılara təklif olunur”. Ekspertin sözlərinə görə, ikinci səbəb Azərbaycanda alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Məhərrəmov bununla bağlı problemin yaranmasını qiymətlərin baha olması ilə əlaqələndirir: “Keçən il 1 manata 2-3 kiloqram normal üzüm almaq olardısa, indi həmin qiymətə bunun yarısını almaq mümkündür. Nəticədə satıcının əlində qalan digər hissə özünə alıcı tapmır, keyfiyyəti pisləşir və nəticədə xarab olur. Alıcılıq qabiliyyətinin aşağı olması bazarda mal dövriyyəsinə də ciddi təsir edir. Bu da tədarükçülər və satıcılar üçün problemlər yaradır, onlar satış üçün bazara gətirdikləri məhsulun bir hissəsi satışa çıxarılmadan xarab olur. Digər hissəsinin isə əmtəə görünüşü korlanır və həmin məhsulu nisbətən ucuz qiymətə təklif etmək məcburiyyətində qalırlar. Bu gün bazarlarda xaos yaranıb. Problem aidiyyatı orqanlar tərəfindən həll olunmalı, qiymətlər qanunauyğun şəkildə tənzimlənməlidir. Qiymət siyasəti müəyyənləşdirilməlidir, idxal-ixracla bağlı məsələlər qanunla həll olunmalıdır”. Ekspert həmçinin hesab etdiyini bildirib ki, aidiyyatı qurumların qarşısında duran əsas vəzifə digər bazarlara mal ixrac etmək yox, daxili bazarı təmin etməkdən ibarət olmalıdır. Məhərrəmov vurğulayıb ki, əvvəlcə Azərbaycan əhalisinin tələbi ödənilməlidir: “Artıq məhsul istehsal olunarsa, o halda həmin məhsulun digər ölkələrə çıxışını təmin etmək istiqamətində yollar araşdırılmalıdır. Bu gün yaranmış vəziyyətdən işbazlar məharətlə istifadə edirlər. Bunun da əziyyətini fermerlərimizlə yanaşı istehlakçılarımız çəkirlər”. Vahid Məhərrəmova görə, bazarda keyfiyyətsiz məhsulların çoxalmasının digər səbəbi əldə olunan məhsulun keyfiyyətinin aşağı olması ilə bağlıdır. O, hesab edir ki, bu il Azərbaycanda əkinçiliyə ciddi fikir verilməyib: “Fermerlərimizin həm suvarma suyuna olan tələbatı ödənilmədi, həm də bitkilərə vaxtı-vaxtında mineral və üzvi gübrələrin verilməsi, aqro-texniki qaydalara əməl olunmasında bir sıra problemlər öz həllini tapmadı. Aidiyyatı orqanların fermerlərin problemlərinə laqeyd olmaması da problemlərin artmasına şərait yaratdı”. Göründüyü kimi, yaranmış durumda əlaqədar qurumların məsuliyyəti kifayət qədərdir. Xüsusilə Heydər Əsədovun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyi, Şahin Mustafayevin rəhbəri olduğu İqtisadiyyat və Sənaye Nazirliyi işbazlar qarşısında acizlik nümayiş etdirməməli və ictimaiyyəti ciddi narahat edən problemin yoluna qoyulması üçün əməli addımlar atmalıdır. Eyni zamanda bu nazirliklər fermerlərin problemlərinə biganə münasibətlərini də dəyişməlidirlər. Əks halda haqqında danışılan problemin qarşıdakı dövrdə daha da kəskinləşməsi, əlavə fəsadlar doğurması əsla istisna edilməməlidir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Bu gün, 16:42 |
|
|
|
| • Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Bu gün, 16:38 |
|
|
|
| • XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Bu gün, 16:37 |
|
|
|
| • Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Bu gün, 16:26 |
|
|
|
| • Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Bu gün, 16:25 |
|
|
|
| • Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Bu gün, 16:21 |
|
|
|
| • "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Bu gün, 16:18 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Bu gün, 16:09 |
|
|
|
| • Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Bu gün, 16:07 |
|
|
|
| • Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Bu gün, 16:03 |
|
|
|
| • Ramil Əmənova vəzifə verildi - FOTO
Bu gün, 16:01 |
|
|
|
| • Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:55 |
|
|
|
| • WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Bu gün, 15:53 |
|
|
|
| • Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36 |
|
|
|
| • S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34 |
|
|
|
| • SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30 |
|
|
|
| • Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21 |
|
|
|
| • Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11 |
|
|
|
| • Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03 |
|
|
|
| • Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51 |
|
|
|
| • Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43 |
|
|
|
| • “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39 |
|
|
|
| • Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29 |
|
|
|
| • Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20 |
|
|
|
| • Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17 |
|
|
|
| • “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11 |
|
|
|
| • Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54 |
|
|
|
| • Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43 |
|
|
|
| • Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41 |
|
|
|
| • Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33 |
|
|
|
| • Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23 |
|
|
|
| • Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21 |
|
|
|
| • Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16 |
|
|
|
| • Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09 |
|
|
|
| • “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06 |
|
|
|
| • “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03 |
|
|
|
| • Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01 |
|
|
|
| • "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58 |
|
|
|
| • Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49 |
|
|
|
| • “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45 |
|
|
|
| • Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44 |
|
|
|
| • "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42 |
|
|
|
| • Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32 |
|
|
|
| • Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08 |
|
|
|
| • Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
| • Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50 |
|
|
|
| • Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47 |
|
|
|
| • AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45 |
|
|
|
| • Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
|