Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                 

Müharibəni kim aparacaq?.. - Fazil Mustafa yazır...
Tarix: 4-08-2014, 12:55 | Çap et
Müharibəni kim aparacaq?..
Cəmiyyət içindən müharibə çağırışları daha uca səslə eşidilməyə başlarkən soyuqqanlı şəkildə bizi gözləyən real müharibə tablosü üzərində intensiv düşünməyə başlayırsan. Təbii ki, bu dəfə vətənşivənlərin, bayraqbazların, siyasət qaragüruhçularının söyləntilərinə aldırmadan diqqətlə çözməyə məhkum olduğumuz bir tablodan söhbət gedir. Təsəvvür edin ki, bütün bu kimi sosial şəbəkələrdə və başqa informasiya məkanlarında çağırışlar bitir və müharibəyə başıamaq barədə qərar verilir. İlk sual da buradan başlamalıdır: Müharibəni hansı güc başlayacaq və sonadək aparacaq? Potensial olaraq dünya təcrübəsində olan anoloji variantlar bizdə də keçərlidir. Fikrimizcə, müharibəni dörd güc apara bilər: Birinci dövlət öz hərbi təsisatları ilə, ikincisi dövlətlə xalqın siyasi və praktiki birliyi ilə, üçüncüsü, dövlətə tabe olmayan gerilla-partizan-diversant qruplarla, dördüncüsü isə bizim əvəzimizdən güclü dövlətlərdən biri öz ordusu və ya qeyri rəsmi birləşmələri ilə.
Birinci varianta sonra dönəcəyəm. İkinci variantdan başlayaq: Xalq müharibəni istəyirmi? İstəsə belə uzunmüddətli müharibə apara bilərmi? Erməni xalqının müharibəyə davamlılığı ilə bizimki arasında hansı ciddi fərqlər var? Bəlkə daha başqa sualları da əlavə etmək olar. Təbii ki, müharibə başladığında hər şey xalqın adına istinadla aparılmalıdır, lakin xalqın özünə istinad etmək necə, mümkündürmü? Hər zaman bu sual bizi düşündürməlidir. Azərbaycan xalqı təbiəti etibarilə öz mahiyyətində əsgər xarakteri formalaşdırmamış bir xalqdır. Bunun iki bəsit sübutu 1918-ci ilin hadisələrində və 1988-1993-cü illərin hadisələrində hərbi cəhətdən təşkilatlanma qabiliyyətinin ortaya qoyulmamasını göstərə bilərik. Detallara varılarsa, 1918-ci ildə türk ordusunun, 1988-1992-ci illərin uğurlarında da yabançı birliklərin rolu haqqında müəyyən detalları xatırlatmaq olar. Səbəb, Çar Rusiyası dövründən, ardınca da Sovet dövründən sabit hərbi elita ənənəsinin qurulmaması, səhra və ya dağ sərtliyinin, döyüşkənliyinin böyük çoxluğun xarakterinə yansımaması. Daha çox ticarət zəkasının qabarmasının da kökü burada axtarılmalıdır. Üstəlik də yanlış din anlayışı səbəbinə Vətən uğrunda savaşın İmandan olması, Allah rizası üçün aparılması fəlsəfəsinin Azərbaycan insanın düşüncə sistemində sabit şəkildə yer almaması. Ona görə də bir gün döyüş bölgəsinə təhlükəsiz ezamiyyətə və ya konsertə getmiş hər kəs veteran kağızını tələb etmə yarışının içində görməkdə özünü haqlı sayırdı. Ona görə də hansısa adı, imtiyazı ala bilməyənlərin, yaxud da haqsız alanların ritorikasının içində hərdən müharibədə məğlub olduğumuzu da unuda bilirdik.
Baxın, hələ müharibə başlamayıb, epizodik və məsafəli döyüşlərdə şəhid olan bir neçə hərbçidən sonra xalqın görüşlərini ifadə edən şəxslərdən hansı iradlarını daha çox eşidə bilərsiniz? Ən populyarı budur: Niyə ön cəbhədə varlıların deyil, yoxsulların uşaqları ölməlidirlər? Bu ifadədə həqiqət payı var, çünki səfərbərlik planlaşdırılmasında illər uzunu hansı prinsiplərin işlədiyini gözardı etmək olmaz. Eyni zamanda da bu iradda müharibəyə münasibətdə düşünülmüş bir bəhanə var. Əgər geniş miqyaslı müharibə başlasa, ölənlərin sayı yüzlərlə olsa, o zaman 1992-ci ildə olduğu kimi tabutları gətirib Prezident Aparatının qarşısınamı qoyacaqlar? Müharibə dediyin bir fenomenin yükünü əsasən xalqın passionar hissəsi öz üzərinə götürür, yayınan onsuz da yayınacaq, pulla xəstəlik kağızı düzəldənlər, onsuz da düzəldəcək, xaricə qaçanlar onsuz da qaçacaq. Dövlətin qanunları normal işlərsə bunları minimuma endirmək mümkündür. Lakin bundan sonra da Cəbiş müəllimlərin çox olacağını gözləmək sadəlövhlük olardı. Yəni bəhanə üçün çox-çox səbəblər həmişə mövcuddur, ancaq xalqın içindən kimsə söyləyirsə ki, niyə kasıb uşaqları ölür, bu artıq ən münbit bəhanə üsulu sayılmalıdır. Zənginlərin də sağlam düşüncəli, Vətənə borcunu verməyə hazır övladların olduğunu kimsə inkar edə bilməz. Vətənə sevginin, borcun bu cür differensiyasını əlbəttə, Çeçenistanda aparsan, çoxları gülümsəyib keçər və bunun proletar məzmunlu bir yanaşma olduğuna diqqət çəkər. Eyni zamanda narkomaniyadan, avtoşluqdan, xuliqanlıqdan ölən zəngin uşaqları ilə səngərdə ölən yoxsul uşaqlarının da talelərinin uğurlu və ya uğursuz olması müqayisəsini də aradabir aparın. Açığı bu və ya başqa səbəblərdən dövlətin xalqın resurslarına söykənərək daha genişmiqyaslı müharibə aparmaq imkanlarını görmürəm.
İkinci güc olaraq gerilla-partizan-diversant hərəkətlərinin müharibənin əsas yükünü götürəcəyini düşünmək olardı. Burada da potensialımız xeyli zəif. Hətta ötən günlərdə Kəlbəcərdə tutulan vətəndaşlarımızın fəaliyyəti az-çox ümid yaratsa da, bunun sistemli xarakter daşıdığını son 22 ilin təcrübəsinə dayanaraq söyləmək mümkün deyil. Vaxtilə Qarabağ partizanları adlanan dəstələrin də düşmən arxasında real fəaliyyətdən öncə reklam təşəbbüsləri boşuna adamları həbsxanalara daşıdı. Böyük əksəriyyət adsız qəhrəman olmaq istəmədiyindən, qəhrəman adını almağa üstünlük verdilər və nəticəsi də odur ki, son 22 ildə Ermənistan bir yana dursun, işğal olunmuş ərazilərimizin heç birində ermənilərə zərbə vuracaq ciddi bir diversant hərəkətin şahidi olmadıq.
Başqa dövlətlərin güclərinin də bizim üçün döyüşəcəyi illüziyası da artıq 1993-cü ildə əfqanların gedişi ilə tamamlanıb. Ən yaxın müttəfiqimiz Türkiyə İraqda və Suriyada heç öz prestiji üçün döyüşə bilmir, Qarabağda bizim üçün döyüşəcəyini ancaq NATO sistemindən xəbərsiz sadəlövhlər təsəlli üçün söyləyə bilərlər. ABŞ, Rusiya, İran kimi güclərin isə bizə qarşı döyüşməməsi, bizim üçün ən böyük lütf olardı.
Demək ki, bizi gözləyən müharibəni aparacaq tək bir güc var, birinci variantda qeyd etdiyimiz Azərbaycan dövlətidir. Yəni öz ordusuna, xüsusi təyinatlı qüvvələrinə, daxili və sərhəd qoşunlarına isnad edərək bu müharibəni apara bilər. Təbii ki, əlverişli siyasi şərtlər yaranmadan, dünya gücləri ilə konfliktə girərək dövlətin belə bir qərar alması çox az ehtimal ola bilər. Əslində bu gün hücumdan tez-tez danışsaq da, günün reallığında bizim əsasən müdafiə olunma haqqımız mövcuddur. Çünki Rusiyanın zəifləmə müddətinə qədər ən azı səngərdə daha az itki vermək və düşməni daha çox itkiyə məruz qoyma taktikasına ciddi əməl etməliyik. Buna görə də bütün Azərbaycan vətəndaşları öz dövlətinin müharibə aparacaq real təsisatlarının sağlam zəmində formalaşmasına maraqlı olmalı, öz dəstəyini əsirgəməmlidir. Nöqsanlar boğazdan yuxarı, ancaq kimsə bizlərdən 20 il, 50 il sonrakı nəsillər hansısa nöqsanları soruşmayacaq, niyə məğlub olduğumuzu görə, sadəcə özümüzə və ya qəbrimizə söyəcək.
Müharibəni kim aparır-aparsın, qələbəni mütləq biz götürməliyik- Azərbaycan xalqı! Kasıbı, zəngini, ortababı, şiəsi, sünnisi, türkü, talışı, ləzgisi, avarı, tatı, kürdü birlikdə olan Azərbaycan xalqı!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru