AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

“Bəzi məsələlər mütləq şəkildə cənab Ramil Usubovla razılaşdırılır”
Tarix: 23-07-2014, 11:36 | Çap et
“Bəzi məsələlər mütləq şəkildə cənab Ramil Usubovla razılaşdırılır”
DİA.AZ “Media forum” saytına istinadən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlovun müsahibəsinin sonuncu bölümünü təqdim edir.

- Daxili işlər naziri Ramil Usubovla tanışlığınız nə vaxtdan başlayır?

- Cənab Ramil Usubovla 1987-ci ildə tanış olmuşuq. O vaxt, dediyim kimi, Naxçıvanda AzTV-nin xüsusi müxbiri işləyirdim. Ramil müəllim isə muxtar respublikanın daxili işlər naziri idi. Peşə fəaliyyətimlə əlaqədar rəhbər vəzifəli şəxslərlə tez-tez ünsiyyətdə olurdum. Həmin il muxtar respublikada kənd təsərrüfatı ilə bağlı irimiqyaslı bir tədbir keçirilirdi. Naxçıvanın demək olar ki, bütün rəhbərləri orada iştirak edirdilər. Mən isə təbii ki, onun işıqlandırılması ilə məşğul idim. Yadımdadır ki, Şahbuz rayonundan başlayan tədbir Ordubadda - Saqqarsu yaylağında yekunlaşdı. Bir neçə il əvvəl sözügedən tədbirdən çəkilmiş fotoşəkil təsadüfən əlimə keçdi. Əlverişli imkan yarananda onu cənab nazirə göstərdim. O isə digər rəsmi şəxslərlə bərabər hər ikimizin də fotokameranın yaddaşına köçürdüyü bu şəklin 1987-ci il avqustun 17-də çəkildiyini yada saldı...

Onu da yaxşı xatırlayıram ki, 1988-ci ilin may ayının 11-də erməni quldurları Qərbi Azərbaycanda Vedibasarın Şirazlı kəndinə hücum edib dinc sakinlərin evlərini yandırmış, əhalini doğma yurd yerindən didərgin salmışdılar. Bir gün sonra Azərbaycan Televiziyasının “Aktual ekran” verilişində o zamanlar respublika prokuroru işləyən İlyas İsmayılov, Yazıçılar İttifaqının sədri Anar və adını unutduğum vəzifəli şəxslərdən biri bu hadisələri təhlil edir, öz münasibətlərini bildirirdilər. Veriliş iştirakçıları çıxışlarında həmin insident zamanı bir neçə nəfərin qətlə yetirildiyini, onlarca soydaşımızın yaralandığını deyirdilər. Təxminən üç-dörd gün sonra cənab nazirlə görüşdük. Dedi ki, oğul istəyirəm həmin kəndə getsin və hadisələri öz gözləri ilə görsün.

Xahiş etdim ki, çəkiliş qrupumuzun Şirazlıya getməsinə yardımçı olsun. O vaxt nazirlikdə əslən Ermənistandan olan Səlimxan adlı milis mayoru işləyirdi. Nazir bizi ona tapşırdı. Mayın 17-də Səlimxanla yola düşdük. Ermənistan ərazisindəki yollarda addımbaşı postlar qoyulmuşdu. Əvvəlcədən planlaşdırmışdıq ki, əgər saxlasalar, əslən vedili olan, həmin günlərdə rəhmətə getmiş Azərbaycan Politexnik İnstitutunun professoru Əli Məhərrəmovun hüzr məclisinə getdiyimizi deyəcəyik.

Onu da deyim ki, o vaxt videokamera yox dərəcəsində idi. Bizim istifadəmizdə “Kinor” tipli kinokamera vardı. Sədərəklə sərhəddə Səlimxanın məsləhəti ilə kameranı onun tanıdığı, Şirazlıdan olan vətənpərvər və qoçaq bir gəncə verdik. Belə danışıldı ki, onunla Şiddi kəndində kolxoz sədri Müseyib müəllimin evində görüşək. Çünki Şirazlıda adam qalmamışdı. Qeyd olunduğu kimi, kəndi yandırıb sakinlərə divan tutmuşdular. Əhali Şiddi kəndinə pənah aparıb Türkiyə ilə sərhəddə sığınmışdı.

Yollarda qoyulmuş postlarda gəlib-gedənləri ciddi şəkildə yoxlayırdılar. Nəhayət, Şiddiyə gəldik. Oradan Şirazlılı gəncin “QAZ-24” markalı avtomobilində dağıdılmış və yandırılmış kəndə getdik. Kənddə yalnız ermənilər qalmışdı. Gizli yollarla küçələrdən keçərək qısa çəkilişlər aparıb tələsik kənddən çıxdıq. Əgər ermənilər kiminsə çəkiliş apardığını bilsəydilər, ona divan tutardılar. Şirazlıdan Müseyib müəllimgilə gəldik. Sonra qərara aldıq ki, Arazın kənarına - sərhəd zolağına sığınmış əhalinin acınacaqlı vəziyyətini də lentə alaq. Mən və operator Ənvər Rəhimov yenə də şirazlılı gəncin avtomaşınının arxa oturacağında gizli şəkildə çəkilişlər apardıq.

Əslində nələrin baş verdiyini öyrənmək üçün həyətlərin birində kənd sakinlərinin bir qrupundan da müsahibələr aldıq. Təsəvvür edin ki, çəkiliş zamanı özümü saxlaya bilməyib hönkürtü ilə ağlayırdım, operatora deyirdim ki, çəkilişi saxla, bir qədər özümə gəlim. Günün sonuna yaxın Naxçıvana qayıtdıq. Şirazlıdan gəlib oraya sığınanlardan da müsahibələr aldıq. Çəkdiyimiz 42 dəqiqəlik süjetin kasetini cənab nazirə təqdim etdim və onun istəyi ilə təcili Bakıya gəlib kaseti AzTV-nin sədri Elşad Quliyevə çatdırdım. İnanın ki, ovaxtkı respublika rəhbərliyinin orada baş verənlərdən xəbəri belə yox idi.


- Həmin süjetin taleyi necə oldu?

- Mənim iştirakımla kasetin bir neçə surətini çıxardılar. Bir nüsxəsini mən Vilayət Partiya Komitəsinin birinci katibi üçün gətirdim. Onun sonrakı taleyindən isə heç bir xəbərim olmadı. O süjet heç bir yerdə yayımlanmadı.

- Sadiq müəllim, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin olunmağınız necə baş verdi?

- 1990-1995-ci illərdə Naxçıvan Ali Məclisinin deputatı oldum. Təvazökarlıqdan uzaq olsa da əhali arasında az-çox hörmətim, nüfuzum var idi. 1990-ci ildə məndən deputatlığa namizəd kimi qeydə alınmağım üçün müraciət etməyimi istədilər. Amma açığını deyim ki, deputat olmaq istəmirdim. Onsuz da əlimdə tribuna, televiziya var idi və işimi də çox sevirdim. Elə oldu ki, üç namizədin arasından böyük səs üstünlüyü ilə deputat seçildim.

Yəqin yaxşı xatırlayarsınız: 90-cı illərin əvvəllərində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Naxçıvana qayıtmışdı. Sonradan ulu öndər Ali Məclisin sədri seçildi. Mənə də o xoşbəxtlik nəsib oldu ki, həmin illərdə bu siyasət dahisinin rəhbərliyi altında işləyim. Həm müxbir, həm də Ali Məclisin üzvü kimi bu böyük şəxsiyyətlə bütün tədbirlərdə iştirak etdim. Yadımdadır, onun İran İslam Respublikasına bir həftəlik rəsmi səfərində azsaylı nümayəndə heyətinin tərkibində mən də vardım. Həmin səfərlə bağlı hazırladığım süjet Naxçıvan televiziyası ilə bir saatdan artıq müddətdə nümayiş etdirilmişdi. Azərbaycan Televiziyası üçün hazırladığım 20 dəqiqəlik süjetin isə cəmi 3 dəqiqəsi efirə verilmişdi.

Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda ali hakimiyyətə qayıtdı. Qısa zamanda cəmiyyət həyatının bütün sahələrində inqilabi islahatlar həyata keçirildi. 1994-cü ilin aprelin 29-da Prezident Administrasiyasında keçirdiyi müşavirədə milli liderimiz cənab Ramil Usubovu daxili işlər naziri təyin etdi. 1995-ci ilin iyununda mətbuat xidmətinin rəisi təyin olundum. Onu da deyim ki, həmin ərəfədə mətbuat xidmətində işləmək və onun rəisi olmaq o qədər də asan məsələ deyildi.

- İşlədiyiniz bu müddətdə nazirin sizə iradı çoxmu olub?

- Təbii ki, iş olan yerdə nöqsanlar da olur. Çalışırıq ki, iradlar az olsun. Bizə göstərilən etimadı var gücümüzlə doğrultmağa çalışırıq.

- Bütün açıqlamalarınızı Ramil Usubovla razılaşdırırsız, yoxsa buna zərurət olmur?

- Bəzi məsələlər mütləq şəkildə daxili işlər naziri cənab Ramil Usubovla razılaşdırılır. Nazirliyin adından yayılan məlumatlar və rəsmi bəyanatlar cənab nazirin tapşırığı ilə verilir. Yeri gəlmişkən, onu da qeyd edim ki, gün ərzində mətbuat xidmətinə çoxsaylı müraciətlər, telefon zəngləri, müxtəlif sorğular daxil olur. Çalışırıq ki, heç bir müraciəti cavabsız və diqqətdən kənarda qoymayaq.

- Nazir Ramil Usubov Azərbaycanda mətbuata açıq məmurlardan biri idi. Amma son illər istər tədbirlərdə jurnalistlərin suallarını cavablandırmağı və istərsə də ayrıca müsahibələr verməyi azalıb. Bu nə ilə bağlıdır?

- Sualın qoyuluşu ilə razı deyiləm. Cənab nazir hər zaman mətbuata açıq olub, jurnalistlərin suallarını cavablandırıb, media təmsilçiləri ilə ünsiyyətdən heç vaxt qaçmayıb. Bu, indi də belədir. Sadəcə olaraq indi müasir informasiya texnologiyaları o qədər inkişaf edib ki, DİN-ə aid olan məsələlərlə bağlı, demək olar ki, bütün informasiyalar hər gün yenilənən saytımızda yerləşdirilir. Jurnalistlər isə fəaliyyətimizlə bağlı məlumatları həm nazirliyin internet saytından, həm mətbuat xidmətindən, həm də ilkin mənbədən almaq imkanlarına malikdirlər.

- Bəzən fikirlər səslənir ki, Azərbaycan polisi kobuddur, insanlarla mədəni, sivil formada davranmır. Küçədə, nəqliyyatda gedəndə, ictimai yerlərdə olanda insanlardan belə fikirləri tez-tez eşidirsiniz? Belə olanda nə reaksiya verirsiniz?

- Azərbaycan polisinin kobud olması fikri ilə qətiyyən razı deyiləm. Keçirilən rəy sorğularında respondentlərin təxminən 70 faizi polisin işindən razılıq edir. Təbii ki, narazılar da var. Əgər il ərzində təkcə inzibati hüquqpozmalarla bağlı 1 milyondan artıq vətəndaş barəsində protokol tərtib olunursa, onların arasında polisdən narazılıq edənlər də tapılacaq. Ölkəmizdə mövcud olan sabitlik, demək olar ki, heç bir dövlətdə yoxdur. Hətta bunu Azərbaycana gələn xarici ölkələrin rəsmi nümayəndələri, burada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri də etiraf edirlər. Təbii ki, cəmiyyət olan yerdə cinayət də olur. Amma bizdə qeydə alınan cinayətlərin sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Azərbaycanda təhlükəsizliyin qarantı olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, sabitlik olmayan yerdə hər hansı inkişafdan, tərəqqidən söhbət belə gedə bilməz. Sabitlik var ki, inkişaf da var. Məhz bu dayanıqlı sabitliyin nəticəsidir ki, respublikamız indi bir çox beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edir.


- Jurnalist və polis dostdurmu? Yoxsa onlar bir-birini təqib edən iki təbəqədir? Sizcə, bu iki peşə sahiblərinin münasibətləri necə tənzimlənməlidir? Gəlin kütləvi aksiyaları yadımıza salaq...

- Polis nəinki jurnalistin, bütün xalqın dostudur. Əgər jurnalist icra strukturları ilə razılaşdırılmış, hətta razılaşdırılmamış aksiyalarda öz peşə borcunu yerinə yetirirsə, polis ona heç bir maneçilik törətmir, əksinə, şərait yaradır. Amma fərqləndirici gödəkcədə ola-ola təxribat xarakterli hərəkətlərə yol verirsə, özünü qanunsuz aksiyaların iştirakçısı, hətta təhrikçisi kimi aparırsa, sizcə, polis ona qarşılıq verməməlidirmi? Kimliyindən, cəmiyyətdəki mövqeyindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs qanun qarşısında bərabərdir. Ölkəmizdə hər şey qanunla tənzimlənir. Və bundan sonra da belə olacaq. Amma bəzən polis əməkdaşları arasında vəzifə səlahiyyətlərini aşanlar, vətəndaşlarla rəftarda kobudluğa, işində nöqsanlara yol verənlər, asayiş keşikçilərinin şərəfli adına kölgə salanlar da olur. Belələri ilə bağlı lazımi tədbirlər görülür və mediaya vaxtaşırı bu barədə açıqlamalar verilir.

- Aksiyalarda jurnalistin çəkiliş aparmasına, informasiya toplamasına imkan verməyən polisləri görəndə qəlbən kimin yanında olursuz?

- Bu tip məsələləri bizim Mətbuat Şurası ilə birgə yaratdığımız və səmərəli fəaliyyət göstərən komissiya tənzimləyir. Öz peşəsi ilə məşğul olan jurnalistə heç bir polis maneçilik törətməz. Hamı qanuna tabe olmalıdır.

- Mətbuatın mövcud durumunu necə qiymətləndirirsiz?

- Mənim jurnalistikaya gəldiyim illərdə ölkədə barmaqla sayılacaq qədər bir neçə qəzet və cəmi bir televiziya vardı. İndi isə görün nə qədər media quruluşu, o cümlədən elektron KİV fəaliyyət göstərir. Jurnalist adına layıq olanlar, bu peşənin şərəfini və məsuliyyətini çiyinlərində daşıyanlar çoxdur. Təəssüf ki, bu ada layiq olmayanlar daha çoxdur. Məsuliyyətli, vicdanlı, xalqını, dövlətini sevən, qərəzsiz və obyektiv olan qələm sahibi istənilən şəraitdə işinin öhdəsindən layiqincə gələcək, əsas missiyasını - vətəndaşları doğru-dürüst informasiya ilə təmin etməyə çalışacaq.

- Sadiq müəllim, jurnalist işləmək asandır, yoxsa jurnalistlərlə işləmək?

- Jurnalistlərlə işləmək həm asandır, həm də çətindir. Polislərin gecəli-gündüzlü ağır, lakin istənilən cəmiyyət üçün gərəkli olan fədakar xidməti ilə bağlı obyektiv, qərəzsiz və dolğun informasiyalar yaymaq, məlumatlar hazırlamaq, bir sözlə, bu şərəfli peşəni təbliğ eləməyin özü ikiqat məsuliyyətdir. Təəssüf ki, hərdən elə hadisələrlə rastlaşırsan ki, onlar səni bir vətəndaş kimi qəlbən ağrıdır. Amma həmin hadisələri də paylaşmaq məcburiyyətində qalırsan. Bu səbəbdən sualınıza cavab vermək bir qədər çətindir.

- Siz respublikanın əməkdar jurnalistisiniz, eyni zamanda, ali təhsilli hüquqşünas, polis polkovnikisiniz. Ailənizdə bu iki peşədən birini davam etdirən varmı?

- Bir qızım Dövlət Dillər Universitetinin, digəri isə Bakı Dövlət Universitetinin məzunudur. Yaxın qohumlarımdan daxili işlər orqanlarında xidmət edənlər də var. Polis olmaq isə qeyd etdiyim kimi, həm çətin, həm də şərəflidir...

Fürsətdən istifadə edib Azərbaycan Jurnalistikası Günü münasibətilə sizi və təmsil etdiyiniz media qurumunun yaradıcı heyətini, bütün həmkarlarımızı, jurnalist peşəsinin şərəfini uca tutanların hər birini bu bayram münasibətilə təbrik edir, yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru