Qarabağda ermənilərə qarşı partizan müharibəsi təklifi
Tarix: 17-07-2014, 16:15 | Çap et
 20 ildən çoxdur Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli rayonları tam və ya qismən işğaldadır. Qazax rayonunun 7 kəndi, Naxçıvan Muxtar Respublikasının 1 kəndi zəbt olunub. Sülh danışıqları nəticə vermir, yeni müharibəni isə böyük güclər əngəlləyir. Belə bir çıxılmaz durumda işğal zonasında partizan müharibəsi aparmaq effekt verə bilərmi? Buna gərək varmı? İşğal olunmuş torpaqlarda partizan müharibəsi aparmaq mümkündürmü, bunu kim təşkil etməlidir?
“Media forum” saytı bu suallarla Qarabağ müharibəsi veteranı Rey Kərimoğluya və müdafiə nazirinin döyüş əməliyyatları üzrə keçmiş müavini, mühacirətdə yaşayan polkovnik İsa Sadıqova müraciət edib.
Rey Kərimoğlu:
- Partizan müharibəsi bütün dövrlərdə işğalçıya qarşı aparılan çox effektli bir mübarizə üsuludur. Torpaqlarımızın işğalından sonra haqlı olaraq bu məsələ tez-tez gündəmə gəlir. Amma biz partizan müharibəsinin tam mahiyyətinə varsaq, görərik ki, bu, bir qədər başqa anlayışdır. Daha dəqiq desək, partizan müharibəsi - yerli əhalinin düşmənə qarşı apardığı silahlı mübarizə üsuludur və bu prosesdə dövlət də iştirak edir. İndiki şəraitdə vəziyyət bir qədər fərqlidir, çünki ermənilərin işğal etdiyi ərazilərdə azərbaycanlı yaşamır.
Amma partizan müharibəsinə bənzər başqa formalar da var. Nə qədər ki torpaqlarımız işğal altındadır, adını nə qoyuruqsa qoyaq, bütün mümkün variantlardan istifadə edib ərazimizi azad eləməliyik. Adını nə qoyuruqsa qoyaq, biz müharibə etməliyik. Məncə, bu işi əsasən xüsusi hazırlıq keçmiş köçkünlərdən ibarət kiçik qruplarla görmək olar. İndi mən tam detallara varmaq istəmirəm. Amma dəqiq bilirəm ki, bunun öhdəsindən gəlmək olar. İnanın, bu yolla həm Ermənistanın, həm də onun havadarlarının dizini yerə qoyarıq. Ancaq bu işi dövlət üstünə götürməlidir. Müharibədə özfəaliyyət bəri başdan məğlubiyyət deməkdir. Buna yol vermək olmaz.
İsa Sadıqov:
- Hazırkı hökumət 20 il ərzində torpaqların azad edilməsi istiqamətində bir addım atmayıb. Əksinə, vəziyyət daha da kritik həddə gəlib çatıb. Uzun illər torpaqların qaytarılması üçün çox gözəl imkanlar vardı. Amma təəssüf ki, hökumət bu imkanlardan yararlanmadı.
İndi ölkədə elə vəziyyət yaranıb ki, hazırda müharibədən söhbət belə gedə bilməz. Əhalinin xeyli hissəsi bir tikə çörək dalınca dünyaya səpələnib, müharibə veteranı hamının gözü qarşısında özünü yandırır, şəhid ailələrinin çoxu ehtiyac içində yaşayır. Bunları görən adam ailəsini qoyub müharibəyə getməz. Məmurlara da müharibə sərf eləməz, rahat qazanıb rahat yemək imkanı əllərindən çıxa bilər.
Məncə, bizim ölkəmiz hələ müharibəyə hazır deyil. Müharibə variantını indilik unutmaq lazımdır. Əgər torpaqları doğrudan qaytarmaq istəsək, heç kəs, o cümlədən də iri güclər bizə maneçilik törədə bilməz. Ancaq hazırkı hökumətlə müharibədə uğur qazanmaq mümkün deyil.
Qarabağ kimi ağır problemi partizan müharibəsi ilə həll eləmək mümkün deyil. Bunun effekti də olmaz. Partizan müharibəsi döyüş əməliyyatlarının yalnız bir hissəsi ola bilər. İşğal olunmuş ərazilərdə bizimkilər yaşamadığı üçün geniş partizan hərəkatı təşkil etmək də mümkün deyil.
Vaxtilə Heydər Əliyev rəsmi qaydada müharibədən imtina edib məsələnin sülh yolu ilə həllinə üstünlük verdi. Amma bu müddətdə çox işlər görmək olardı, ölkədə hər bir sahə üzrə güclü islahatlar keçirib erməniləri cəlb etmək olardı. Onlara göstərmək olardı ki, baxın, bizimlə daha yaxşı yaşayacaqsınız, qayıdın gəlin. Ermənilər də gec-tez hər şeyi başa düşəcəkdilər. Amma bunun əvəzində hökumət nə edir? Əhalini ölkədən didərgin salırlar, sərvətləri talayırlar, xalq yoxsulluq içində yaşayır, insan haqları pozulur. Erməninin başını kəsənə qəhrəman adı verib bunu dövlət səviyyəsində toy-bayram eləyirlər. Bu, çox səriştəsiz bir siyasətdir. Partizan müharibəsinə gərək yoxdur. Onsuz da atəşkəs müddətində 5 mindən çox əsgərimiz həlak olub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39 |
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25 |
|
|
|
| • Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21 |
|
|
|
| • Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19 |
|
|
|
| • Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16 |
|
|
|
| • Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11 |
|
|
|
| • Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07 |
|
|
|
| • Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21 |
|
|
|
|