Bu ilin əvvəlində Azərbaycanda ev təsərrüfatlarında 1 milyon 791 min 467 kompüter olub.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kompüterlərin 771 min 57-si portativ, 671 min 829-u planşet, 348 min 581-i isə stolüstü kompüterlər olub.
Beləliklə, evlərdə olan kompüterlərin təxminən 43 faizi portativ, 37,5 faizi planşet, 19,5 faizi isə stolüstü kompüterlər təşkil edib.
Kompüterlərin 1 milyon 55 min 174-ü şəhər, 736 min 293-ü isə kənd yerlərində olan ev təsərrüfatlarının payına düşüb.
Ölkə üzrə hər 1000 nəfərə orta hesabla 175,2 kompüter düşüb. Şəhərlərdə bu göstərici 189,7, kəndlərdə isə 157,9 olub.
Hər 1000 nəfərə düşən kompüterlərin sayına görə Bakı şəhəri 316,9 ədəd ilə ölkədə ilk sırada qərarlaşıb. Ən az kompüter isə Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda hər 1000 nəfərə düşən kompüterlərin sayı 96,9 olub.










