Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                 

Azərbaycanda nə qədər zəngin var? - TƏHLİL
Tarix: 30-06-2014, 10:22 | Çap et
Azərbaycanda nə qədər zəngin var?
Ölkəmizdə yoxsulların sayını dəqiq müəyyən etmək nə qədər çətindirsə, varlıların da sayını müəyyənləşdirmək bir o qədər mürəkkəb məsələdir. Düzdür, rəsmi olaraq deyilir ki, yoxsulluq 5,3 faiz səviyyəsindədir. Həqiqətən də son 10 ildə əhalinin sosial və dolanışıq səviyyəsi müqayisəolunmaz dərəcədə yaxşılaşıb. Bununla belə, yoxsulların sayını dəqiq söyləmək çətindir. O səbəbdən ki, bizdə bunu ölçmək üçün istifadə olunan vasitələr və yaxud istinad meyarları düzgün deyil.

Yaşayış minimumu 125 manat müəyyən edilən ölkədə kasıbların sayını necə hesablamaq olar? Düzdür, aylıq gəlirləri bu məbləğə uyğun və yaxud ondan aşağı olan vətəndaşların sayı 5,3 faiz ola bilər. Ancaq 200 manata qədər əməkhaqqı və pensiya alanları varlı saymaq olarmı? Təbii ki, yox...

Məsələ bundadır ki, aylıq gəliri 200 manat təşkil edənləri heç orta təbəqə də saymaq düzgün deyil. O səbəbdən ki, bazarda ən zəruri qida məsullarının qiymətlərinə nəzər salsaq, ayda 200 manata yalnız minimum istehlak səbətini doldurmaq olar ki, o da çox çətinliklə... Yəni, inkişaf etmiş ölkələrdəki kimi deyil.

Odur ki, sual yaranır: bəs, varlılarımızın sayını necə hesablamaq olar? Azərbaycanda məgər, “Forbes” jurnalında adları çəkilən varlılar kimi milyoner və milyarderlər yoxdurmu? Varsa, neçə nəfərdirlər?

İş ondadır ki, ölkədə yoxsulluğu aşkarlamaq üçün Milli Məclis tərəfindən hər ilin əvvəlində müəyyən edilən qeyri-real sayılsa da yaşayış minimumu göstəricisi var. Amma əhalinin digər hissəsinin yaşayış səviyyəsini müəyyənləşdirmək üçün isə istinad üçün heç bir amil mövcud deyil.

Düzdür, Dövlət Statistika Komitəsinin (DSK) verdiyi məlumatına əsasən, 2013-cü ildə Azərbaycanda varlı ailələrin sayının ümumi ailələrin 5,2 faizini təşkil etdiyi deyilib. Bakıda yaşayan hər 9 ailədən birinin isə varlı olduğu qeyd edilib.

Bu zaman ailədə adambaşına aylıq gəlir 300 manatdan çox götürülüb ki, paytaxt əhalisinin 11,1 faizinin adambaşına aylıq gəliri bundan çox sayılıb. Bu da, ötən ilkdəkindən 6 faiz yüksək olub. Bu da təbiidir. Ona görə ki, ölkənin iqtisadi potensialıın çox hissəsi Bakıda yerləşir. Təsadüfi deyil ki, dövlət büdcəmizin 95 %-dən çoxu paytaxtımızdan əldə edilən gəlirlər hesabına formalaşır. Ümumiyyətlə, büdcənin formalaşmasında regionlardan gəlirlərin pay səviyyəsi çox aşağıdır. Məsələn, 2013-cü ilin əvvəlində cəmi 3 % ətrafında təşkil edirdisə, bu il dövlət büdcəmizin yerli gəlirlərinin 779 milyon manat olacağı gözlənilir ki, bu da gəlirlərin 4,2 %-i deməkdir. Sözümüz bunda da deyil.

Sual yaranır ki, 200 manata qədər əməkhaqqı və pensiya alanları, başqa sözlə desək, aylıq gəliri 200 manat təşkil edənləri heç orta təbəqə də saymaq mümkün deyilsə, 300 manatdan çox gəliri olanlar varlı hesab oluna bilərlərmi?

Yaxud, ölkədə istər dövlət, istərsə də özəl təşkilatlarda çalışanların əksəriyyətinin əmək haqqı səviyyəsi respublika üzrə orta aylıq göstəricidən – 436,7 manatdan aşağı olduğu halda, əhalinin orta gəlirli hissəsi neçə faiz təşkil edir? Vətəndaşların 5,3 faizi yoxsul, 5,2 hissəsi isə varlıdırsa, deməli, qalan 90 faizə yaxını orta səviyyədə dolanır? Bu həqiqətənmi belədir? Şübhəsiz ki, yox...

Azərbaycanda bu gün orta təbəqə yoxdur və yaxud da çox cüzi hissə təşkil edir desək, səhv etmərik. Çünki orta təbəqə varlılar ilə kasıblar arasında “ərimiş” vəziyyətdədir. Bu isə o deməkdir ki, varlılarımız ilə kasıblarımızın sayı əslində, daha çoxdur. Və onların hər biri bir neçə təbəqəyə bölünür.

Ölkədə büdcədən maliyyələşdirmədə əhalinin nominal gəlirlərinin aşağı və yuxarı hədləri arasında kəskin fərq aradan götürülməlidir. Üstəlik, gəlirləri dövlət büdcəsinə bağlı olmayanlar da vardır ki, ölkəmizdə əksəriyyətin əməkhaqqı səviyyəsi respublika üzrə orta aylıq göstəricidən aşağı olsa da, bir qrup adamın gəlirləri bundan 10-15, hətta 20-30 dəfə artıq təşkil edir. Odur ki, orta təbəqə tamamilə yox olub.

DSK-nın məlumatına əsasən, keçən il adambaşına ayda 100-200 manat alanlar ilə 200-300 manat alanlar arasındakı nisbətdə dəyişiklik olub. Belə ki, 2012-ci ildə adambaşına ayda 100-200 manat qazananlar 75,3 təşkil edirdisə, ötən il 65,6 faizə düşüb. Adambaşına ayda 200-300 manat qazananlar isə 2012-ci ildəki 19,4-dən 23,1 faizədək artıb.

Bu, əhalinin dolanışıq vəziyyətinin yaxşılaşdığını göstərir. Ancaq bütövlükdə bu məbləğ (200-300 manat) ətrafında və ondan çox qazananlar yoxsul təbəqədir. Belə ki, Azərbaycanda yoxsullar bizcə əsasən, 3 təbəqəyə - ifrat, orta və nisbətən yoxsul təbəqəyə bölünürlər. Aylıq gəlirləri 125 manatdan aşağı - yaşayış minimumu göstəricisindən az olanlar ifrat, 300 manatadək olanlar orta, bundan yuxarı və yaxud 300-1000 manat arası olanlar isə nisbətən yoxsul sayılırlar.

Varlılara gəldikdə isə, onları da 3 təbəqəyə bölmək mümkündür. 1000-2500 manat gəliri olanlar nisbətən, ayda 5000 manata qədər alanlar orta, bundan yuxarı gəlirlilər isə ifrat varlı təbəqəyə mənsubdurlar.

Söhbət, varlıların ümumi sayından gedərsə, bilavasitə büdcə təşkilatlarında göstərilən rəqəmlər səviyyəsində əməkhaqqı alanların kimlər olduğu bəllidir. Lakin ölkəmizdə iqtisadiyyatda özəl sektorun payı 80 faiz təşkil etdiyindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da var. Və üstəlik, bu da məlumdur ki, ölkədə bütün növ fərdi gəlirlər tam olaraq heç də lРµqР°l С…Р°rакtРµr dР°şımır və özəl sекtРѕrdР° ona qarşı dövlət tərəfindən kifayət qədər kəskin mübarizə aparıldığına rəğmən, iРєili əməРєhР°qqı sistРµmi hökm sürür. Sözümüz bunda deyil.

Statistikaya əsasən, əhalinin dolanışıq vəziyyətində yaxşılaşma varsa, deməli, varlıların da sayı və qazancları artmaqdadır. Dünyada hər il varlıların sayları və sərvətləri artır. Təkcə, keçən il onların sayı 17 faiz artıb. Çünki dünya iqtisadiyyatı böyüyür. Azərbaycanda da belədir.

Lakin bizdə bunu əyani müşahidə etmək mümkün deyil, ona görə ki, gəlirlərin deklarasiya sistemi fəaliyyət göstərmir. Bayaq da qeyd etdik ki, fərdi gəlirlərin heç də hamısı uçota alınmır. Söhbət, təkcə, onun hansısa növündən getmir: özəl sektorda bir çox halda maaşlar gizlədilir.

Belə olan halda isə, diqqəti yalnız istehlak bazarına və ondan satış həcminə yönəlmək qalır ki, bilavasitə varlıların sayını təxmin etmək üçün dəyəri 100 mindən başlayaraq 500 minə yaxın olan avtomobillərin alışına və ölkədə daşınmaz əmlak sahəsində qiymətlərin səviyyəsinə nəzər yetirmək kifayət edir.

Bu sahədə ötəri müşahidə isə qətiyyətlə deməyə əsas verir ki, ölkəmizdə hətta adları “Forbes” jurnalında çəkilənlərdən də varlı olanlar var. Yəni, nəyinki milyonerlərimiz, milyarderlərimiz də az deyil. Ümumiyyətlə, ölkəmizdə ifrat varlı ailələrin sayı bizcə, 100-dən az təşkil etmir. Orta varlılar isə daha çoxdur. Nisbətən varlı olanlarımız isə gələcəkdə orta təbəqəni təşkil edə bilərlər ki, onların sayının artması daha çox diqqət mərkəzində saxlanılmalıdır. Ancaq təəssüf ki, bu, belə deyil və onlar çox az təşkil edir.

Sözün qısası, varlıların sayını dəqiq müəyyən etmək istəyiriksə, birinci növbədə ölkədə yoxsulluğa dair münasibəti və yanaşma tərzini, başqa sözlə desək, onun səviyyəsini ölçmə üsulunu dəyişməyilik. Bütün vətəndaşlar üzrə gəlirlərin deklarasiya sistemini işə salmaq lazımdır. Yeri gəlmişkən, məmurların gəlirlərinin deklarasiyası haqda qanun çoxdan qəbul edilsə də, bu sahədə tələb olunan forma hələ də təsdiqlənməyib.

Ancaq bizcə, söhbət təkcə, məmurlardan getməli deyil. Hər kəs maddi gəlirləri barədə hesabat verməli və qazancını gizlətməməlidir. Varlıların sayının çox olması zərərli deyil, səmərəlidir. Sadəcə, onların gizli qalması dövlət üçün itkidir...
Pərviz Heydərov
AzVision.az üçün










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru