24 iyul 2026-cı il saat 14.00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Neft prospekti 30/68 nömrəli ünvanda “Star Park” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Səhmdar cəmiyyətin 2025-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
2. Müşahidə şurası sədrinin və üzvlərinin seçilməsi.
3. Digər məsələlər.
Xatırladaq ki, ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 943 548 manatdır və qanuni təmsilçisi Asif Yusifovdur.









