Gümrüdə bu səhər Samvel Karapetyanın "Güclü Ermənistan" müxalifət blokunun ofislərində axtarışlar aparılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, bundan başqa, hüquq müdafiəçisi Karapet Poqosyanın evində də istintaq hərəkətləri aparılır.
Məsələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Bundan başqa, Robert Köçəryanın "Ermənistan" blokunun qərargahı nümayəndələrinin saxlanılması barədə məlumat verib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri keçirilir.








