"Şikayətim çox bəyəndiyim "AccessBank Azerbaijan"dandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nicat Quliyev adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Deməli, mobil tətbiqlərimdə problem olub. Mən mobil nömrəyə balans vurmag istəyəndə heç bir komanda vermədi. Sonra yenidən yoxladım, gördüm ki, pul çıxdı...
Ondan bir az sonra balansımdan 5 dəfə 12 manat çıxdı. Mobil operator deyir ki, Banka deyin. Bank da mənim məlumatımı alıb, amma heç bir məlumat da vermir!
Mən necə edim? Məsləhət görün! Problem aradan qalxmasa, məhkəməyə verəcəm!"








