11 iyun 2026-cı il saat 10:00-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin balansında olan nəqliyyat və xüsusi texnika vasitələri təkrar hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, hərraca Chevrolet Traverse, Isuzu D-max, TVEX EK-12, Nissan Sunny, Chevrolet Colorado və DT-75D kimi müxtəlif illərə aid (2006–2011) texnika və avtomobillər daxildir.
Start qiymətləri 3 600–13 500 manat arasında dəyişir, iştirak üçün 10% beh ödənilməsi tələb olunur. Nəqliyyat və xüsusi texnika vasitələri 2-ci dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.










