“ABŞ hansısa səhvə yol versə, İranın qəti reaksiyası və sərt zərbəsi ilə qarşılaşacaq”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin müavini Rəsul Sənairəd ABŞ ilə danışıqları şərh edərkən deyib.
“Amerikalılar hələ də əvvəlki yanlış təsəvvürləri və fərziyyələri əsasında hərəkət edirlər, çoxsaylı tələblərindən geri çəkilmirlər, reallıqları qəbul etməyə hazır deyillər. Bu məsələ onlar üçün dalana çevrilib.
İran qarşı tərəfin əvvəlki danışıqlardakı qeyri-müəyyən davranışlarını, vədlərini pozması şakərini və prosesdən sui-istifadə taktikasını nəzərə alaraq tam hazırlıqlıdır. Əgər Amerika hansısa səhvə yol versə, İranın qəti reaksiyası və sərt zərbəsi ilə qarşılaşacaq”, - o bildirib.










