Quba rayonunda fəaliyyət göstərən "ŞAHDAĞ MEHMANXANA" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə böyük məbləğdə vergi borcu olduğu məlum olub.
32gun.az xəbər verilir ki, "ŞAHDAĞ MEHMANXANA" MMC-nin hazırda dövlət büdcəsinə 274 369.35 manat məbləğində vergi borcu mövcuddur. Müəssisənin qanuni təmsilçisi 1989-cu il təvəllüdlü Qənbər Aydın oğlu Rəhmanlıdır.
Şirkətin hüquqi ünvanı Quba rayonu, Quba şəhəri, Y. Qasımov küçəsi, ev 66 olaraq qeydiyyata alınıb.








