3 ayda 3 tona yaxın narkotik: Azərbaycan "qara bazar"a qarşı savaşda .....                     Azərbaycanda ittiham olunrdu, Türkiyədə ƏLƏ KEÇDİ .....                     “Teleradio”ya yeni rəhbər təyin edilib .....                     Sumqayıtda övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşının kassasiya şikayətində .....                     "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" .....                     Moskva və Vaşinqtonun gizli anlaşması .....                     Qumru Məmmədova: rəhbərlik etdiyi qurumda cavabsız qalan suallar .....                     Bakıda tanışı ilə birgə ərini öldürməkdə təqsirləndirilən qadın .....                     Bayrağı təhqir etdiyi üçün evin sahibini öldürən şəxs: .....                     Yeni müharibə riski yoxdur .....                     Naxçıvanda yeni “İMTAHAN TƏLƏSİ” .....                     Dövlət Məşğulluq Agentliyində yeni kadr dəyişiklikləri olub .....                     İdarə rəisi işdən çıxarıldı .....                     AzTV Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film hazırlayıb .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Bakıda “plana düşən ev” .....                     SOCAR "Neftçi" MTK neftçiləri necə aldadıb?! .....                     Ət UCUZLAŞACAQ? .....                     Samvel Karapetyan bir neçə gündən sonra seçkilər haqda nə deyəcək?.. .....                     Ermənistanla ticarət dövriyyəsinin həcmi açıqlanıb .....                     "İnşallah ki, daha haqsızlıq etməz, haqqımı halal etməmişdim" .....                     Röya Azərbaycan musiqisinin qız uşağıdır .....                     “Tərtər işi” ilə bağlı ittiham edilən bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Naxçıvana elə Ceyhun Cəlilov kimi “tendersatan” lazımdır .....                     Məktəb direktoru olan xanım 69 min manat mənimsəyib Türkiyəyə qaçdı: Ölkəyə gətirildi .....                     Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub .....                     Vahid Əhmədovdan sonra Qubanı təmsil etmək asan deyil .....                     “Möcüzə” marketində vaxtı keçmiş məhsul satılır .....                     İnternet yenə bahalaşacaq? .....                     Fərhad Adıgözəlov onu işdən çıxardı .....                     Zəngilanda 27 milyon manatlıq yeni yaşayış məhəlləsi tikiləcək .....                     AAYDA-da DƏYİŞİKLİK DÖNƏMİ: Start düyməsi basıldı... .....                     "Şahdağ Mehmanxana"sı dövlətə borclandı .....                     Rusiya nüvə silahını kosmosa yerləşdirəcək .....                     Süni intellektlə təchiz olunmuş ilk Abrams tank tağımını ABŞ ordusunda xidmətə başlayacaq .....                     “Pilgrim Education”: KÜTLƏVİ NARAZILIQ .....                     "3% vergidən nə qazandınız?" .....                     "Səs yazım qarşınızdadı, onu diqqətlə dinləmək çoxmu çətindir?" .....                     Rusiyada miqrantlarla bağlı sərt qərar .....                     Nazirlik daxilində “müstəqillik” iddiası... .....                 

Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub - MƏQALƏ
Tarix: Bu gün, 09:46 | Çap et

Hər il 15 aprel tarixində Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edir. Ömrünü tibb elminin inkişafına və insan sağlamlığının qorunmasına həsr etmiş bu böyük şəxsiyyətin zəngin elmi irsi Azərbaycan səhiyyəsinin tərəqqisində mühüm rol oynamışdır.

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1947-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur. O, 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlamış və oftalmologiya sahəsində fundamental elmi tədqiqatlar aparmışdır.

Alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizə olmuşdur. Onun bu sahədə əldə etdiyi nailiyyətlər nəticəsində xəstəliyin qarşısının alınmasında mühüm uğurlar əldə edilmişdir. 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası və tətbiq etdiyi müalicə üsulları respublika miqyasında geniş yayılmışdır. Zərifə Əliyeva həmçinin qlaukoma, virus mənşəli göz xəstəlikləri və görmə orqanının peşə patologiyası üzrə mühüm tədqiqatlar aparmışdır. Onun elmi araşdırmaları sənaye sahəsində çalışan insanların sağlamlığının qorunmasına, peşə xəstəliklərinin qarşısının alınmasına və müasir diaqnostika üsullarının tətbiqinə mühüm töhfə vermişdir.

1977-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülən Z.Əliyeva. sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Oftalmologiya kafedrasına rəhbərlik etmişdir. O, 150-yə yaxın elmi əsərin, monoqrafiya və dərs vəsaitlərinin müəllifi kimi dünya oftalmologiya elminə dəyərli töhfələr vermişdir. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının, akademik M.İ.Averbax adına mükafatina layiq görülməsi onun elmi nüfuzunun beynəlxalq səviyyədə tanınmasının göstəricisi olmuşdur.

1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva Azərbaycan tarixində ilk qadın akademik-oftalmoloq kimi elm salnaməsinə adını qızıl hərflərlə yazdırmışdır. O, yalnız alim kimi deyil, həm də pedaqoq və ictimai xadim kimi yüksək nüfuz qazanmış, milli səhiyyə sisteminin inkişafına və ixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr vermişdir.

Zərifə Əliyeva eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası idi. Onun yüksək mənəvi keyfiyyətləri, humanizmi və ziyalılığı Azərbaycan qadınının parlaq nümunəsi kimi yadda qalmışdır. O, həkimlik peşəsinə dair belə deyirdi: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır.” Bu fikir onun həyat və fəaliyyətinin əsas prinsipini əks etdirirdi.

Görkəmli alim 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdir. Bu gün onun məzarı xalqımız tərəfindən ehtiramla ziyarət edilir və əziz xatirəsi daim yad olunur.

Hazırda 2002-ci ildən fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi görkəmli alimin adını daşıyaraq onun zəngin elmi irsini yaşadır. 2023-cü ildə akademikin anadan olmasının 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuş, bu münasibətlə silsilə elmi və ictimai tədbirlər keçirilmişdir.

Akademik Zərifə Əliyevanın həyat yolu Azərbaycan tibb elminin şərəfli salnaməsidir. Onun elmi nailiyyətləri, humanist ideyaları və yüksək mənəvi dəyərləri bu gün də öz aktuallığını qoruyur. Böyük alimin işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və gələcək nəsillərə örnək olaraq qalacaqdır.

Səkinə Sadıxova
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3 ayda 3 tona yaxın narkotik: Azərbaycan "qara bazar"a qarşı savaşda – ŞOK RƏQƏMLƏR
Bu gün, 11:38
Azərbaycanda ittiham olunrdu, Türkiyədə ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Teleradio”ya yeni rəhbər təyin edilib - BUNDAN SONRA
Bu gün, 11:34
Sumqayıtda övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşının kassasiya şikayətində - “Psixoloji vəziyyəti normal deyil...”
Bu gün, 11:29
"Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - Xalq artisti
Bu gün, 11:18
Moskva və Vaşinqtonun gizli anlaşması - Rusiyanın kəşfiyyat şefi sirləri açdı
Bu gün, 11:14
Qumru Məmmədova: rəhbərlik etdiyi qurumda cavabsız qalan suallar - regionda gənclər və idman siyasəti kimə etibar olunub?
Bu gün, 11:09
Bakıda tanışı ilə birgə ərini öldürməkdə təqsirləndirilən qadın 15 il azadlıqdan məhrum edilib
Bu gün, 11:05
Bayrağı təhqir etdiyi üçün evin sahibini öldürən şəxs: - “Onu qətlə yetirmək məqsədim yox idi”
Bu gün, 11:04
Yeni müharibə riski yoxdur - Nikol Paşinyan
Bu gün, 10:57
Naxçıvanda yeni “İMTAHAN TƏLƏSİ” - sertifikasiya, yoxsa təzyiq?
Bu gün, 10:55
Dövlət Məşğulluq Agentliyində yeni kadr dəyişiklikləri olub - BUNDAN SONRA...
Bu gün, 10:51
İdarə rəisi işdən çıxarıldı - ƏMR
Bu gün, 10:48
AzTV Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film hazırlayıb - VİDEO
Bu gün, 10:44
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 10:35
Bakıda “plana düşən ev” - qazanc, yoxsa risk?
Bu gün, 10:32
SOCAR "Neftçi" MTK neftçiləri necə aldadıb?! - BU DA FAKT!
Bu gün, 10:22
Ət UCUZLAŞACAQ? - AKTUAL
Bu gün, 10:15
Samvel Karapetyan bir neçə gündən sonra seçkilər haqda nə deyəcək?.. - "Aysor" nəşri
Bu gün, 10:10
Ermənistanla ticarət dövriyyəsinin həcmi açıqlanıb
Bu gün, 10:08
"İnşallah ki, daha haqsızlıq etməz, haqqımı halal etməmişdim" - Tanınmış aparıcı
Bu gün, 10:02
Röya Azərbaycan musiqisinin qız uşağıdır - Orxan Saffari yazır...
Bu gün, 09:59
“Tərtər işi” ilə bağlı ittiham edilən bir qrup şəxs yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 09:57
Naxçıvana elə Ceyhun Cəlilov kimi “tendersatan” lazımdır - ÇÜNKİ...
Bu gün, 09:53
Məktəb direktoru olan xanım 69 min manat mənimsəyib Türkiyəyə qaçdı: Ölkəyə gətirildi - TƏFƏRRÜAT
Bu gün, 09:49
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub - MƏQALƏ
Bu gün, 09:46
Vahid Əhmədovdan sonra Qubanı təmsil etmək asan deyil - Əlibala Məhərrəmzadə
Bu gün, 09:40
“Möcüzə” marketində vaxtı keçmiş məhsul satılır -Videofakt
Bu gün, 09:37
İnternet yenə bahalaşacaq? - AKTUAL
Bu gün, 09:29
Fərhad Adıgözəlov onu işdən çıxardı - ƏMR
Bu gün, 09:19
Zəngilanda 27 milyon manatlıq yeni yaşayış məhəlləsi tikiləcək
Bu gün, 08:21
AAYDA-da DƏYİŞİKLİK DÖNƏMİ: Start düyməsi basıldı... - kim(lər) YOL ÜSTÜNDƏDİR...
Bu gün, 08:17
"Şahdağ Mehmanxana"sı dövlətə borclandı - külli miqdarda
Bu gün, 08:14
Rusiya nüvə silahını kosmosa yerləşdirəcək - Xəbərdarlıq
Bu gün, 08:12
Süni intellektlə təchiz olunmuş ilk Abrams tank tağımını ABŞ ordusunda xidmətə başlayacaq - KİV
Bu gün, 08:10
“Pilgrim Education”: KÜTLƏVİ NARAZILIQ - vətəndaş NƏ ETSİN?
Bu gün, 07:59
"3% vergidən nə qazandınız?" - partiya sədri SORUŞUR
Bu gün, 07:49
"Səs yazım qarşınızdadı, onu diqqətlə dinləmək çoxmu çətindir?" - ETİRAZ
Bu gün, 07:42
Rusiyada miqrantlarla bağlı sərt qərar
Bu gün, 07:38
Nazirlik daxilində “müstəqillik” iddiası... - yoxsa idarəetmə böhranı?
Bu gün, 07:36
Məryəm Abbasova qanunsuz estetik əməliyyatlar icra edir? - İTTİHAM VAR...
Bu gün, 07:32
Xəstəxanada yerə yıxılan xəstəyə həkimlər kömək etmədi - Göyçayda BİABIRÇI MƏNZƏRƏ
Bu gün, 07:23
“Zaman keçdikcə, insan çalışır ki, gördüyü iş konfliktsiz mühitdə yaransın” - Xalq artisti Ramiz Həsənoğlu
Bu gün, 07:18
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
Bu gün, 07:16
"Yolun çəkilişinə məsul olan insanlar cəzalandırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 07:12
Güneydə Milli Hərəkat davam edəcək? - YOXSA...
Bu gün, 07:07
Sosial Xidmətlər Agentliyinin 5.7 Milyonluq mənzil tenderi dayandırıldı - TƏFƏRRÜAT
Bu gün, 07:06
Nərgiz Məhəmmədinin vəziyyəti kritikdir - Ailəsindən həyəcan təbili
Bu gün, 07:04
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə silah ixracı qaydalarını yumşaldacaq - "Reuters"
Bu gün, 07:01
Rusiya Ermənistanda keçiriləcək seçkilərə daha ciddi hazırlaşır... - FAKT BUDUR!
Bu gün, 06:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru