Kimlər nazir müavinləri ola biləcək? .....                     "35 il əvvəl, mən KVN oynayanda məni də dəstəklədilər" .....                     Qatilin fəryadı .....                     Bakı Şəhər İcra Hakimiyyəti 23,9 milyon xərcləyəcək .....                     Hicran Əyyubova burda da narazılıq yaradır... .....                     Əvəz Qocayevin taleyi İPDƏN ASILIDIR .....                     Budaqov “Qarant İnşaat”ı durdura biləcəkmi? .....                     Müştərini heyvan yerinə qoymaq... .....                     İran və Rusiya nə deyəcək... .....                     Azərbaycan özünün milli anti-PUA strategiyasını hazırlamalıdır .....                     Azərbaycan-ABŞ: strateji tərəfdaşlar və... başqaları .....                     Vens Azərbaycan və Ermənistana 20 hərbi təyyarədə nə gətirib? .....                     Şəxs özü məlumatları paylaşırsa,... .....                     “Bu qədər pul bunlarda haradandır?” .....                     Veysəl Rzayev bıçaqlanandan sonra .....                     ABŞ komandanlığı Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır .....                     Daha bir müğənnidən qalmaqallı təklif .....                     Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb .....                     Nazirlik Abid Şərifovun qızından 35 min manata ofis icarəyə götürüb .....                     Azərbaycan üzərindən ixrac marşrutu Ermənistan biznesi üçün açıqdır .....                     Yanvarda Azərbaycan vətəndaşları içki və siqaretə 259 milyon manat xərcləyiblər .....                     “Halfmoon Project” şirkəti “Nardaran İnvest” ilə birləşdi, .....                     İcra başçısına yeni müavin təyin olundu .....                     "Var gücü ilə qaldırıb yerə çırpdı" .....                     Eks-deputatlar olan ata-oğulun bitməyən torpaq qovğası .....                     Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir .....                     Budaqovla bağlı YENİ İDDİA... .....                     İrəvanda "Solovyov qırğını" .....                     Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır .....                     Ramin Rzayev Fariz Babayevə vəzifə verdi .....                     “Aqrarkredit” pəncərə və qapısını 52 min manata dəyişdirir .....                     Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır .....                     Azərbaycanda əsgərliyi pulla almaq mümkün olacaq? .....                     Xəbərdarlıq edirəm: Ermənistan bu ərazini itirir .....                     Biləsuvarda kişi qardaşı arvadının ağzını partlatdı .....                     Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır .....                     Parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanması mümkündür .....                     "Gətirdiyi qadınlar həyətdə çılpaq gəzirdi" .....                     Azərbaycanda ən çox bu sahələrə investisiya yatırılıb .....                     “Papanin hospitalı”nın rəisi işdən çıxarıldı .....                 

Boşanma üçün cərimə istəyən müğənniyə hüquq müdafiəçilərindən ETİRAZ
Tarix: Dünən, 14:25 | Çap et

Son illər Azərbaycanda boşanmaların sayının artması cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib.

Ailə institutunun zəifləməsi, sosial şəbəkələrin münasibətlərə təsiri və tərəflər arasında anlaşmanın azalması barədə müxtəlif fikirlər səsləndirilir. Bu həssas mövzu ilə bağlı müğənni Eldəniz Məmmədovun səsləndirdiyi təklif isə diqqət çəkib.

O, Türkiyədə boşanmalara görə tətbiq olunduğunu iddia etdiyi yüksək məbləğli cərimə modelinin Azərbaycanda da tətbiqini təklif edib: “50 min dollar cərimə yazsınlar, onda görün hamısı necə yola gedir”.

Belə bir maliyyə cəzası hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, nikah necə azad iradə ilə bağlanırsa, onun pozulması da eyni şəkildə şəxsin seçim hüququna bağlıdır:

“Boşanmaya görə yüksək məbləğdə cərimə tətbiqi ilk baxışda ailəni qorumaq kimi təqdim oluna bilər. Ancaq hüquqi və sosial baxımdan yanaşdıqda, bu, ciddi risklər yaradır. Ailə könüllülük prinsipi üzərində qurulan bir institutdur. Nikah necə azad iradə ilə bağlanırsa, onun pozulması da eyni şəkildə şəxsin seçim hüququna bağlıdır.

Boşanmanı maliyyə cəzası ilə çətinləşdirmək faktiki olaraq insanın şəxsi həyatına müdaxilə və qərarvermə azadlığının məhdudlaşdırılması deməkdir. Xüsusilə qadınlar üçün bu məsələ daha həssasdır. Cəmiyyətimizdə boşanma qərarını verən qadınların əhəmiyyətli hissəsi bunu zorakılıq, psixoloji təzyiq, xəyanət, iqtisadi asılılıq və ya təhlükəsizlik səbəbilə edir.

Əgər boşanma yüksək məbləğli cərimə ilə “cəzalandırılarsa”, bu, bir çox qadının təhlükəli və sağlam olmayan münasibətdə qalmasına səbəb ola bilər. Nəticədə ailə qorunmur, sadəcə problem ört-basdır edilir”.

O qeyd edib ki, ailəni gücləndirməyin yolu məcburiyyət deyil:

“Davamlı və sağlam ailə münasibəti qarşılıqlı hörmət, emosional təhlükəsizlik, iqtisadi sabitlik və psixoloji hazırlıq üzərində qurulur. Cərimə mexanizmi isə qorxu və məcburiyyət yaradır ki, bu da uzunmüddətli perspektivdə daha dərin sosial problemlərə gətirib çıxara bilər.

Bu baxımdan, boşanmaya görə yüksək məbləğli cərimə tətbiqi insanların azad seçim hüququnu məhdudlaşdıra, xüsusilə həssas vəziyyətdə olan qadınlar üçün əlavə risk faktoru yarada bilər. Ailə institutunun qorunması üçün hüquqi cəza deyil, maarifləndirmə və sosial dəstək mexanizmləri daha effektiv və ədalətli yanaşmadır”.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva isə bildirib ki, uzun illərdir qadın hüquqlarının müdafiəsi ilə məşğul olanlar həm xanımların, həm də bəylərin problemləri ilə yaxından tanışdır:

“Təcrübəmizə əsasən deyə bilərik ki, boşanmaların səbəbləri çoxşaxəli və mürəkkəbdir. Son illər boşanmaların sayının artması bizi də ciddi narahat edir. Müğənni Eldəniz Məmmədovun boşanmalara görə 50 min dollar cərimə tətbiq edilməsi ilə bağlı səsləndirdiyi fikir isə reallıqdan uzaq və bir qədər absurd görünür.

Sual yaranır ki, bu cərimə kimə və hansı halda tətbiq olunacaq? Boşanmaya müraciət edən tərəfəmi, yoxsa qarşı tərəfəmi? Reallıq ondan ibarətdir ki, boşanma üçün müraciət edən qadınların əksəriyyəti məişət zorakılığına məruz qalan, istər psixoloji, istərsə də fiziki şiddət görən xanımlardır.

Kişilər arasında da boşanmaya müraciət edənlər var ki, səbəb kimi ailədaxili anlaşılmazlıq, qeyri-etik davranış və ya sevginin bitməsini göstərirlər. Yəni hər bir boşanmanın özünəməxsus səbəbi var və bu məsələyə vahid yanaşma tətbiq etmək mümkün deyil. Qeyd etmək lazımdır ki, boşanma prosesinin özü də müəyyən xərclər tələb edir.

Mediasiya mərhələsi, dövlət rüsumları və digər prosedurlar var. Bəzi xanımlar hətta bu ödənişləri etməkdə çətinlik çəkirlər. Buna baxmayaraq, onlar həyatları ilə bağlı ağır və ciddi qərar verərək son nəticəyə çatmaq istəyirlər. Belə bir vəziyyətdə yüksək məbləğdə cərimənin tətbiqi daha çox zərərçəkən tərəfi çətin vəziyyətə sala bilər”.

Onun sözlərinə görə, Azərbaycan demokratik ölkədir və ailə münasibətləri cəza, yüksək məbləğli maliyyə sanksiyaları ilə tənzimlənməli sahə deyil:

"Əslində biz nəticə ilə mübarizə aparır, boşanma baş verdikdən sonra səbəbləri araşdırmağa başlayırıq. Halbuki əsas diqqət səbəblərin aradan qaldırılmasına yönəlməlidir.

Azərbaycan xalqı mənəvi dəyərlərə sahibdir. Biz hər zaman ailə institutumuzla, qadınlarımızın əxlaqı, kişilərimizin qeyrəti ilə fəxr etmişik. Bəs nə baş verdi ki, bu gün belə bir mənzərə ilə üz-üzəyik? Səbəblər müxtəlifdir.

Televiziya verilişləri, sosial şəbəkələrdə təbliğ olunan yanlış həyat tərzi modelləri, sosial problemlər, xüsusilə bölgələrdə işsizliyin artması, insanların kütləvi şəkildə Bakıya köçməsi ailə münasibətlərinə təsir göstərir. Kənddə yaşayan ailə şəhərə köçdükdə fərqli mühitlə qarşılaşır.

İnsanlar ətrafındakı həyat tərzinə baxaraq öz həyatlarını müqayisə etməyə başlayırlar. Bu isə ailədaxili narazılıqlara, mübahisələrə səbəb olur”. Z. Mustafaye qeyd edib ki, problemlərin böyük əksəriyyəti sosial xarakter daşıyır:

“Bölgələrdə kiçik biznes sahələrinin yaradılması, zavod və fabriklərin açılması, məşğulluğun artırılması paytaxta axının qarşısını ala bilər. İnsanlar öz doğma mühitində sabit gəlir əldə etdikdə ailə münasibətləri də daha sağlam qurula bilər.

Eyni zamanda, ailə dəyərlərinin təbliği gücləndirilməlidir. Bu proses ailədən başlamalıdır. Valideynlər, xüsusilə analar övladlarına nümunə olmalıdır. Məktəblərdə müəllimlər yalnız bilik deyil, həm də mənəvi dəyərlər aşılamalıdırlar.Ailə dəyərləri cəmiyyətə düzgün aşılamalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kimlər nazir müavinləri ola biləcək? - "Siyahı istəsələr verə bilərəm..."
Bu gün, 07:10
"35 il əvvəl, mən KVN oynayanda məni də dəstəklədilər"
Bu gün, 07:04
Qatilin fəryadı - Mən bəraət istəyirəm!
Bu gün, 06:55
Bakı Şəhər İcra Hakimiyyəti 23,9 milyon xərcləyəcək
Bu gün, 06:44
Hicran Əyyubova burda da narazılıq yaradır... - Məhkəməyə müraciət olundu
Bu gün, 06:40
Əvəz Qocayevin taleyi İPDƏN ASILIDIR - GƏLİŞMƏ
Bu gün, 06:29
Budaqov “Qarant İnşaat”ı durdura biləcəkmi? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:19
Müştərini heyvan yerinə qoymaq... - ETİRAZ VAR!
Bu gün, 06:14
İran və Rusiya nə deyəcək... - Görünəni odur ki...
Bu gün, 06:10
Azərbaycan özünün milli anti-PUA strategiyasını hazırlamalıdır - YOXSA...
Bu gün, 06:07
Azərbaycan-ABŞ: strateji tərəfdaşlar və... başqaları - İNCƏLƏMƏ
Bu gün, 06:05
Vens Azərbaycan və Ermənistana 20 hərbi təyyarədə nə gətirib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
Şəxs özü məlumatları paylaşırsa,... - onların istifadəsi məsuliyyət yaratmır..
Bu gün, 05:57
“Bu qədər pul bunlarda haradandır?” - Blogerlərlə iş xanımı arasında qalmaqal
Bu gün, 05:54
Veysəl Rzayev bıçaqlanandan sonra - FOTO
Bu gün, 05:49
ABŞ komandanlığı Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır - “The Wall Street Journal”
Bu gün, 05:46
Daha bir müğənnidən qalmaqallı təklif - “Boşananların uşaqları əlindən alınsın”
Dünən, 18:07
Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb - Rusiya Dəmir Yolları
Dünən, 18:02
Nazirlik Abid Şərifovun qızından 35 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Dünən, 18:00
Azərbaycan üzərindən ixrac marşrutu Ermənistan biznesi üçün açıqdır - Paşinyan
Dünən, 17:59
Yanvarda Azərbaycan vətəndaşları içki və siqaretə 259 milyon manat xərcləyiblər
Dünən, 17:23
“Halfmoon Project” şirkəti “Nardaran İnvest” ilə birləşdi, rəhbərlik yenidən təşkil olundu
Dünən, 17:21
İcra başçısına yeni müavin təyin olundu - ƏMR
Dünən, 17:16
"Var gücü ilə qaldırıb yerə çırpdı" - Xaricdə qətl törədən azərbaycanlıların İŞİ
Dünən, 17:11
Eks-deputatlar olan ata-oğulun bitməyən torpaq qovğası – İNANILMAZ GƏLİŞMƏ
Dünən, 17:10
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir - MƏQALƏ
Dünən, 17:05
Budaqovla bağlı YENİ İDDİA... - belə deyirlər...
Dünən, 17:03
İrəvanda "Solovyov qırğını" - "İnsanlar axmaq deyil..."
Dünən, 16:57
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır - ARAŞDIRMA
Dünən, 16:49
Ramin Rzayev Fariz Babayevə vəzifə verdi - FOTO
Dünən, 16:46
“Aqrarkredit” pəncərə və qapısını 52 min manata dəyişdirir - 5 ayda ikinci tender
Dünən, 16:40
Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır - 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Dünən, 16:38
Azərbaycanda əsgərliyi pulla almaq mümkün olacaq? - AÇIQLAMA
Dünən, 16:31
Xəbərdarlıq edirəm: Ermənistan bu ərazini itirir – Danielyan
Dünən, 16:27
Biləsuvarda kişi qardaşı arvadının ağzını partlatdı - "Niyə mənimlə bir evdə yaşayırsan?"
Dünən, 16:23
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
Dünən, 16:21
Parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanması mümkündür - Natiq Miri ŞƏRH EDİR
Dünən, 16:20
"Gətirdiyi qadınlar həyətdə çılpaq gəzirdi" - Qardaşını öldürən Aminin MƏHKƏMƏSİ
Dünən, 16:13
Azərbaycanda ən çox bu sahələrə investisiya yatırılıb
Dünən, 16:11
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı - Yeni rəis odur
Dünən, 16:06
Sevinc Yusubova işdən azad edildi - ƏMR
Dünən, 16:04
Dosent Faiq Ələkbərli Kokandda Nizami Gəncəvi və Əlişir Nəvainin insanlıq fəlsəfəsindən məruzə edib - FOTO
Dünən, 15:54
Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
Dünən, 15:47
Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
Dünən, 15:43
Yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə 5 manat verib onun kitabını almalıyam? - Xalq artisti
Dünən, 15:42
Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi - DETALLAR
Dünən, 15:41
"İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
Dünən, 15:39
Ukrayna nümayəndə heyətini danışıqlar üçün Moskvaya göndərə bilər - “Times of Ukraine”
Dünən, 15:35
"Netanyahunun Vaşinqton səfəri: İran razılaşması əsas gündəmdir" - "Vesty"
Dünən, 15:27
“Paşinyana görə, sülh hər şeyi Azərbaycan və Türkiyəyə verməkdir” - Çalabyan
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru