Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                 

Dörd kəndimizin qaytarılması gerçəkləşir - GƏLİŞMƏ
Tarix: 21-11-2025, 09:09 | Çap et

Qazaxın üç anklav kəndi olan Sofulu, Bərxudarlı və Yuxarı Əskiparanın, eləcə də Naxçıvanın Kərki kəndinin qaytarılması məsələsi son dövrlərdə yenidən aktuallaşıb. Məlumatlara görə, Zəngəzur dəhlizinin açılması sərhədin bu istiqamətdə delimitasiyasını aktuallaşdırdığı üçün ilk növbədə Kərki kəndinin qaytarılması gündəmdədir.

Bakı-xeber.com yazır ki, bütün bunlar fonunda bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamaları da təsadüfi hesab olunmur.

O qeyd edib ki, Ermənistan bəzi sahələrdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisini nəzarətdə saxlayır:

“Xəritədə də göstərməyə hazıram. Təxminən 110 kvadrat kilometr biz onların ərazisindəyik, məsələn, Tavuş istiqamətində. Rəsmi olaraq deyirəm ki, hətta 90-cı illərdən bəri bizim irəlidə olduğumuz sahələr də mövcuddur”.

Simonyanın sözlərinə görə, bu ərazilərin bir qismi 1990-cı illərin hərbi əməliyyatlarından sonra formalaşmış sərhəd xəttində yerləşir. İndi əsas məsələ bu ərazilərin geri qaytarılmasıdır. Təbii ki, bura anklav kəndlər də daxildir. Bu fonda erməni politoloq Suren Surenyants bildirir: “Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Qazax rayonunun üç kəndinin və Naxçıvanın Kərki kəndinin qaytarılması Bakının prioritet məsələlərindən biridir. Onun sözlərinə görə, bu məsələ sərhəddə delimitasiya komissiyaları çərçivəsində həll edilməlidir. Azərbaycan gizlətmir ki, sülh müqaviləsi yalnız o halda mümkündür ki, Ermənistan məzmunundan asılı olmayaraq, onların bütün şərtlərini yerinə yetirsin. Bu durumda Paşinyan Telegram səhifəsində yazıb ki, delimitasiya nəticəsində Ermənistan Başkəndi və digər “işğal olunmuş ərazilər”i qaytarmalıdır. Lakin bu bəyanat əslində Başkəndin qaytarılması cəhdi deyil, qarşılıqlı məzmunlu illüziya yaratmaq cəhdidir. Başkənd mövzusu heç vaxt danışıqlar gündəmində olmayıb, halbuki anklavlar məsələsi uzun müddətdir Azərbaycanın tələb siyahısına daxil edilib. Buna görə də belə nəticəyə gəlmək olar ki, Paşinyan ya artıq razılıq verib, ya da sadəcə müqavimətdən imtina edib. Anklavların qaytarılması Ermənistan üçün yeni çağrışlar deməkdir. Çünki Ermənistan daxilində Azərbaycanın hüquqi və fiziki varlığı bərpa ediləcək, logistika riskləri yaranacaq, qarşıdurma Ermənistan ərazisinə köçürüləcək və dövlətçiliyin əsasına mina qoyulacaq. Bu, sülhə dair baxış deyil, bu, sülh adı altında Azərbaycan nəzarətinin yeni mexanizmidir". Surenyants bildirib ki, indiki hakimiyyət ləyaqətlə danışıqlar yolu yox, uyğunlaşma yolunu seçib: “Sülhdən danışan hakimiyyət əslində vassal siyasəti yürüdür. Paşinyanın "sülhü" Azərbaycan gündəliyinin xidmətinə çevrilib, hər yeni tələb “sülhün qiyməti” kimi təqdim olunur". Ermənistan parlamentindəki “Hayastan” fraksiyasından deputat Qarnik Danielyan isə bildirir ki, Qazaxıstandan və Rusiyadan Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə Ermənistana buğda idxal edilməsinə başlanması təsadüfi deyil: “Bunu Paşinyan elan etdi və dedi ki, Ermənistan ərazisində Azərbaycan torpaqları var və onlar Azərbaycana geri qaytarılmalıdır. Yəni növbəti güzəştin hazırlıq mərhələsi gedir. Əvvəl Paşinyan bildirmişdi ki, anklavlar məsələsi üzrə hüquqi əsas yoxdur, onda hansı torpaqlardan söhbət gedir? Onun hüquqi əsasları nədir? Sərhədlərin müəyyənləşdirilməsi, demarkasiya adı ilə erməni tərəfindən birtərəfli güzəşt edilib. O zaman deyirdilər ki, Günən-Voskepar hissələrindən biz güzəşt edirik, Berkaberdən 900 hektar alacağıq. Çox vaxt keçib, Berkaber gölündən o tərəfə Ermənistan heç bir santimetr, heç bir millimetr torpaq almayıb. Azərbaycanlılar nə tələb etsələr, alırlar, Ermənistan isə heç nə almır. Xatırlatmaq istəyirəm ki, heç bir Azərbaycan rəsmisi deməyib ki, Azərbaycanın ərazisində erməni torpaqları var”.

Paşinyanın “Sərhədlərin müəyyənləşdirilməsi nəticəsində azərbaycanlılar Başkənddən çıxacaq” bəyanatına erməni müxalif deputat cavab olaraq qeyd edib:

“Mən hesab edirəm ki, bu hissələrdə Ermənistan son dövrdə apardığı siyasəti nəzərə almaqla növbəti güzəştlərə hazırlıq görür və bu güzəştlərin fonunda müəyyən mənada təbliğat fonu yaradılır. Uzun müddətdir danışılan o hissələrdən keçən infrastruktur bizim üçün çox vacibdir: burada Ermənistana daxil olan qaz kəməri, internet kabelləri və digər kommunikasiya və yollar var. Bu, həm Tavus, həm də Kərki istiqamətində Ermənistan üçün ciddi problemlər yaradacaq”. Onun sözlərinə görə, Paşinyan qəsdən Başkənd haqqında danışır: “Paşinyan qəsdən Başkənd haqqında danışır ki, dörd anklav geri qaytarılandan sonra desin ki, Başkəndi də biz alacağıq, amma necə Berqaber hissəsini geri ala bilmədik, elə də Başkəndi ala bilməyəcəyik”. Burada xatırladaq ki, Azəbaycan Ermənistana heç bir ərazisi iddiası irəli sürmür. Sadəcə, qarşı tərəfin hələ də nəzarətdə saxladığı ərazilərinin geri verilməsini tələb edir. Bura, qeyd edildiyi kimi, anklavlar da daxildir. Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Sarkis Xandanyan isə qeyd edir ki, hazırda “anklavlar məsələsi” gündəmdədir, lakin bu məsələ sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində həll olunmalıdır: “Delimitasiya və demarkasiya işləri başa çatdıqdan sonra, Ermənistan və Azərbaycan anklavlar mövzusunda hansı qərarı qəbul edəcəklərinə baxacaqlar”. O, həmçinin bildirib ki, delimitasiya prosesi çoxmərhələlidir və bir neçə mərhələdən ibarətdir. Bura sərhədin müəyyənləşdirilməsi, müvafiq protokolların təsdiqlənməsi, dövlət sərhədi haqqında müqavilənin imzalanması və ratifikasiyası, həmçinin sərhəd xətti boyunca texniki işlərin aparılması daxildir. Xandanyan vurğulayıb ki, bütün proseslər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanır.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru