Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı .....                     Deputatın qızı şikayətləndi .....                     Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib .....                     Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib .....                     Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                     Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib .....                     London “dialoqda mən də varam” demək istəyib .....                     Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub .....                     Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ .....                     Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir .....                     10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq? .....                     Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib .....                     Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir .....                     Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi .....                     Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub .....                     Əmrullayevin əmrindəki təhsilimiz... .....                     Zəfərin mübarək, Azərbaycan .....                     Həmin təyyarə ikinci əl imiş... .....                     "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" .....                     Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu .....                     “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub .....                     “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” .....                     “İndi meydanı veriblər Manafa” .....                     Nizami Rəmzinin qızına iş kəsildi .....                     Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır .....                     “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb .....                 

Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Tarix: Dünən, 17:11 | Çap et

Noyabrın 14-də Ramiz Mehdiyevin həbsinin bir ayı tamam olur. Ötən günlər ərzində “Mehdiyev niyə danışmır” sualı tez-tez verilir, eşidilir. Adam 30 il bu dövlətin içində olub, bütün idarəetmə mexanizmlərinin başında dayanıb. Belə bir halda dövlətə xəyanət kimi ağır ittihamla üzləşibsə, niyə susur? Niyə çıxıb demir ki, mən xəyanət etməmişəm! Bəs bu sükutun arxasında nə var?

Bu suallar indi Azərbaycan ictimai rəyində ən çox səslənən, lakin ən az cavablanan məsələlərdəndir. Ramiz Mehdiyevin həbsi, xüsusilə də dövlətə xəyanət kimi ağır maddə ilə istintaqa cəlb olunması təkcə bir şəxsin cinayət işi deyil, sistemin öz daxilindən silkələnməsi deməkdir. 30 il ərzində Azərbaycan dövlət idarəçiliyinin mərkəzi fiquru olmuş birinin birdən-birə bu cür ittihamla üzləşməsi həm siyasi, həm də psixoloji baxımdan böyük sarsıntıdır. Ramiz Mehdiyev o gündən evində dustaqdır, vəkilləri də susur. Bu müddətdə mətbuatda onun səhhəti, psixoloji durumu haqda fərziyyələr yayıldı, lakin rəsmi təsdiq və ya təkzib olmadı. Beləcə, bir ay ərzində Mehdiyev və komandasının tam səssizliyi davam edir.

Vəkillərin susqunluğu burada təsadüfi görünmür. Bu, böyük ehtimalla planlı müdafiə taktikasının bir hissəsidir. Ramiz Mehdiyev uzun illər ərzində informasiya axınını idarə edən, hər bir kəlmənin siyasi nəticəsini ölçən şəxs olub. O, yaxşı bilir ki, bu mərhələdə hər söz hüquqi və siyasi təfsirə açıqdır. Belə fiqurların müdafiəsi, adətən, emosional yox, strateji səviyyədə qurulur. Vaxt udmaq, prosesin gedişini müşahidə etmək, hansı dairələrin harada dayanacağını ölçüb-biçmək kimi amillər nəzərə alınır.

Ramiz Mehdiyev danışmağa başlasa bu, yalnız öz müdafiəsini yox, on illərlə qurulmuş sistemin dərinliklərini ifşa etmək anlamına gələr. O, Prezident Administrasiyasının bütün gizli mexanizmlərini, kimlərin kimə xidmət etdiyini, hansı qərarların arxasında hansı maraqların durduğunu bilir. Bu bilik indi onun ən böyük silahıdır. Amma danışsa, ən böyük yükü də ola bilər. Bəlkə də o, susmaqla bu silahı danışıqlar və ya güzəşt üçün saxlayır? Vəkillərin mətbuatla təmasdan yayınması, açıqlama verməməsi göstərir ki, onlar informasiyanın sızma riskini minimuma endirmək istəyirlər. Çünki Mehdiyevin işi sıradan bir məmurun cinayət dosyesi deyil. Bu, keçmiş elita ilə hazırkı siyasi kursun toqquşmasıdır. Ramiz Mehdiyev özünün nə qədər məlumat daşıyıcısı olduğunu çox yaxşı bilir. Onun istintaq zamanı və ya məhkəmədə açıqlayacağı istənilən fakt yeni cinayət işlərinin başlanmasına səbəb ola bilər. Buna görə də, sükut özünü qoruma cəhdi də, komanda üzvlərinin istintaqa təslim etmək kimi bir gedişat da ola bilər. Hüquqi dildə buna əməkdaşlıq müqaviləsi deyilir. Yəni əgər təqsirləndirilən şəxs istintaqla əməkdaşlıq etsə, cəzası yüngülləşdirilə, hətta özünü xilas edə bilər.

İndiki halda Ramiz Mehdiyev çıxıb desə ki, dövlətə xəyanət etməmişəm, ittihamı qəbul etmirəm, dərhal ortaya sübutlar qoyula bilər. Belə görünür ki, Mehdiyev oyunu qarşı tərəfin hərəkətinə uyğun qurmaq istəyir. Bu baxımdan Mehdiyevin, onun vəkillərinin sükutu hesablanmış sükutdur. O bilir ki, indi atacağı hər addım, deyəcəyi hər söz sabah onun hökmündə, yaxud azadlığında rol oynayacaq. Amma bu, iki uclu bıçaqdır. Çünki Mehdiyev danışmağa başlasa, təkcə özünü deyil, on illərlə qurduğu sistemi də açmalı olacaq. Və o sistemin içində kimlərin adları çəkiləcək, hansı qapılar açılacaq, heç kim bilmir. Ona görə də hələ ki, susur. Bilir ki, onun sözləri yalnız özünü yox, başqalarını da yandıracaq gücdədir. Bəlkə də elə bu səbəbdən vəkilləri də səssizdir. Onlar danışmır, çünki Mehdiyev hələ oyun planını dəyişməyib. İndi o, səhnədən yox, kölgədən oynayır. Sükutu ilə həm təhdid edir, həm də özünü qoruyur. Əgər sabah danışmağa qərar versə, təkcə istintaqın istiqaməti yox, cəzanın özü də dəyişə bilər. Bəlkə azadlığa bir addım yaxınlaşar, bəlkə də əksinə, xəyanət maddəsi daha da ağırlaşar. Ona görə bu mərhələdə Ramiz Mehdiyevin sükutu bir əlində qalxan, digərində qılıncdır.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən Ramiz Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Dünən, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Dünən, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Dünən, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Dünən, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Dünən, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Dünən, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Dünən, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Dünən, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Dünən, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünən, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Dünən, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Dünən, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Dünən, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Dünən, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Dünən, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Dünən, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Dünən, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Dünən, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Dünən, 15:56
"Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Dünən, 15:54
Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Dünən, 15:48
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 15:44
“Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:39
“Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Dünən, 15:28
“Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Dünən, 15:22
“İndi meydanı veriblər Manafa” - Xalq artisti
Dünən, 15:21
Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Dünən, 15:10
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Dünən, 15:08
“Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Dünən, 14:50
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 14:47
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Dünən, 14:34
Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Dünən, 14:28
Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Dünən, 14:27
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Dünən, 14:24
"Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Dünən, 14:22
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Dünən, 14:17
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Dünən, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Dünən, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Dünən, 14:02
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Dünən, 13:54
"Əməliyyatdan sonra qorxulu görünürdüm"
Dünən, 13:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru