Rusiyalı ulduz, sosial şəbəkədə 24 milyondan çox izləyicisi olan müğənni Olqa Buzova azərbaycanlı proqramçı, İT mütəxəssisi Samir Ağayevə təşəkkür edib.
Publika.az-a bununla bağlı Samir Ağayev özü məlumat verib.
Qeyd edək ki, "Instagram" səhifəsi oğurlanan sənətçi xeyli insandan kömək istəyib. Amma heç kim oğurlanan səhifəni geri qaytara bilməyib. Bu işi nəhayət Samir Ağayev bacarıb. O, sənətçinin 24 milyonluq səhifəsini geri qaytarıb.
Xatırladaq ki, bu haqda Olqa Buzova "Instagram"da hekayə paylaşıb və Samirə təşəkkürünü bildirib.









