Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                 

"İsrailin belə əməliyyatlar üçün başqa marşrutları var..." - AKTUAL
Tarix: 30-09-2025, 02:21 | Çap et

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər, regionlararası əməkdaşlığın güclənməsi və informasiya müharibələrinin intensivləşməsi dövlətlərin milli maraqlarının müdafiəsini daha da aktuallaşdırır. Bu xüsusda, Türk Dövlətləri Təşkilatının (TDT) təşəbbüsü ilə keçirilən beyin mərkəzləri konfransları region dövlətlərinin strateji koordinasiyasını gücləndirməklə yanaşı, ortaq informasiya təhlükəsizliyinin təmin olunmasına da töhfə verir.
Bakıda keçirilən belə bir tədbir zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları artıq təkcə Ermənistan-Azərbaycan münasibətləri ilə məhdudlaşmır, eyni zamanda Yaxın Şərqdə baş verən hadisələr kontekstində də ölkəmizə qarşı yönəldilir. Bu kampaniyaları xüsusilə Türk Dövlətləri Təşkilatı daxilində parçalanma yaratmaq məqsədi güdən geosiyasi aktorlar təşkil edir. Fərid Şəfiyev Avropa İttifaqı ilə Orta Asiya ölkələrinin son yüksək səviyyəli görüşünü nümunə gətirərək bildirib ki, bəzi dairələr bu kimi təşəbbüslər vasitəsilə TDT-nin gündəliyinə təsir etməyə və təşkilatın birliyinə zərər vurmağa çalışırlar.
Belə bir şəraitdə, beyin mərkəzlərinin əməkdaşlığı və birgə fəaliyyəti, dezinformasiyaya qarşı effektiv mübarizə yollarının müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu cür kampaniyalara qarşı sərgilədiyi prinsipial mövqe, dövlətimizin informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi siyasətin məqsədyönlü və strateji olduğunu göstərir.
 
 
Şərqşünas alim və beynəlxalq münasibətlər üzrə mütəxəssis Orxan Nəcəfov mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"Fərid müəllimin məruzəsində çox aktual məsələlərə toxunub. Bu mövzular günümüzün ictimai-siyasi gündəliyini müəyyən edən məsələlərlə bağlıdır. Ona görə də, bu məsələlərin məhz Bakıda keçirilən mötəbər tədbirdə, həmçinin perspektivləri çox ümidverici olan Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin tədbirində müzakirə olunması, təhlil edilməsi və müxtəlif problemlərin həlli yollarının axtarılması böyük əhəmiyyət daşıyır. Bizim müstəqilliyimizi qazandığımız dövrdən, eləcə də Qarabağ müharibəsinin, Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsinin başlandığı vaxtdan etibarən Azərbaycana qarşı qarayaxma, dezinformasiya kampaniyaları, beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönəltmək, təbliğat kampaniyaları davamlı olaraq həyata keçirilir. Bu təbii ki, gələcəkdə də davam etdiriləcək. Öz maraqlarını qorumağa çalışan qüvvələr Azərbaycanın milli maraqlarını sarsıtmağa, dövlətimizin milli təhlükəsizliyini risk altına atmağa çalışırlar. Çox müsbət haldır ki, Türk Dövlətləri Təşkilatı bu tendensiyanın qarşısını almağa çalışır və bunu beyin mərkəzləri səviyyəsində təşkil edir. Məlumdur ki, Medianın İnkişafına Dəstək Agentliyinin təxminən bir həftə öncə yaydığı bəyanatdan məlum oldu ki, ölkəmizin Avroviziyadan çıxacağı, İsrailin də həmin müsabiqədən çıxacağı barədə xəbərlər müxtəlif mediyalarda, o cümlədən Türkiyə mediasında yayılıb. Lakin adı çəkilən təşkilat bunun tamamilə saxta məlumat olduğunu açıqladı və ölkəmizin belə bir addım atmayacağını bəyan etdi. Bundan əlavə, dövlətlərin arasına nifaq salmaq məqsədilə yayılan bu cür xəbərlər Fərid müəllimin də qeyd etdiyi kimi, dünyadakı siyasi qeyri-müəyyənliklər və beynəlxalq təşkilatların zəifliyi fonunda narazılıq yaradır".
 
Ekspert dövlətlər arasında nifaq salmağın, xüsusən bir regionda yerləşən dövlətlərin arasına “parçala və hökm et” prinsipi ilə müdaxilə etməyin qədim və məlum strategiya olduğunu söyləyib:
"Hətta siyasi çəkisi o qədər də olmayan tədbirlərdən, məsələn, Avroviziyadan belə siyasi dividentlər qazanmağa çalışan qüvvələr mövcuddur. Azərbaycanla İsrail, Azərbaycanla Fələstin, hətta Azərbaycanla Türkiyə arasında belə nifaq yaratmaq cəhdləri uğursuzdur, çünki bu iddialar məntiqə və həqiqətə uyğun deyil. Məsələn, Azərbaycan dörd dövlətlə strateji əməkdaşlıq və müttəfiqlik haqqında anlaşmalar imzalayıb və bunlardan üçü türkdilli dövlətlərdir. Türkiyə ilə olan münasibətlər Ulu Öndər Heydər Əliyevin qoyduğu “bir millət, iki dövlət” prinsipi əsasında tənzimlənir. Prezident İlham Əliyevin Şuşa Bəyannaməsini imzalaması isə həmin qüvvələri qıcıqlandırır və qorxuya səbəb olur.
Qara yaxma kampaniyalarından biri də İsrail-İran gərginliyi zamanı Azərbaycanın ərazisindən İsrailin İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi ilə bağlı yayılan saxta xəbərlərdir. Bu məlumatlar yalan çıxdı. İsrailin belə əməliyyatlar üçün başqa marşrutları var və Azərbaycan kimi neft resurslarına malik müttəfiqinin ərazisini risk altına atması onun özünə ziyan olardı. Bu cür kampaniyalar əsasən geniş ictimaiyyəti səhv məlumatlandırmağa hesablanır və əsassızdır. Digər bir iddia da Azərbaycandan Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlıdır. Bu da həqiqətə uyğun deyil, çünki Ukrayna artıq Avropa və ABŞ-dan geniş hərbi yardım alır və Azərbaycanın hər hansı yardımına ehtiyacı yoxdur. Azərbaycan beynəlxalq müqavilələrə sadiq qalaraq, diplomatik və dövlətlərarası münasibətlərdə balanslı, ağıllı siyasət aparır və bu siyasət uğurla nəticələr verir. Dezinformasiya və qarayaxma kampaniyalarının həlli yollarından biri onların yarada biləcəyi təsirlərin və həmin kampaniyaları yayan qüvvələrin fəaliyyətlərinin diqqətlə təhlil olunmasıdır. Bu kampaniyalar çox zaman uğursuz olsa da, atalar sözündə deyildiyi kimi, “milçək bir şey deyil, ancaq ürək bulandırır". Belə ki, müəyyən səviyyədə narahatlıq yaradır. Onların qarşısını almaq üçün, xüsusən türkdilli dövlətlərin beyin mərkəzlərinin koordinasiyalı, sıx və qarşılıqlı fəaliyyəti vacibdir. Çox güman ki, Fərid müəllim nitqində aprelin 4-də Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələrinin birgə keçirdiyi tədbiri nəzərdə tutur. Bu tədbirdə Avropa Birliyinin həmin ölkələrlə müxtəlif sahələrdə münasibətləri müzakirə olunub və müəyyən anlaşmalar əldə edilib".
 
Şərqşünas Azərbaycanın bu proseslə bağlılığının onun tranzit keçid ölkəsi kimi mühüm rolunda özünü göstərdiyini deyib:
"Mərkəzi Asiya dövlətlərinin müxtəlif məhsullarının, xüsusən neft, qaz, karbohidrogen və bərpa olunan enerji resurslarının Avropaya daşınmasında Azərbaycanın xüsusi rolu var. Buna görə də Avropa Birliyi Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq qurarkən, öz maraqlarını Azərbaycan üzərindən həyata keçirməyə cəhd göstərir. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya ilə münasibətlərini yaxşılaşdıran və gücləndirən Azərbaycana təsir mexanizmləri tətbiq etməyə çalışır. Burada siyasi təsirlərin müxtəlif səpkidə olması mümkündür. Məlumdur ki, Avropa Birliyinin tarixində bu cür yanaşmalar daim müşahidə edilib. İstər Qarabağ münaqişəsi dövründə, istərsə də Azərbaycana qarşı digər məsələlərdə Avropa Birliyi və ABŞ ikili standartlarla hərəkət edib. Bu vəziyyət, təəssüf ki, onların xarici siyasətində müəyyən vaxtlarda ikili standartların tətbiq edilməsinə səbəb olub".
 
Alim bununla belə, Azərbaycanın həmişə ən yüksək səviyyədə-prezident səviyyəsində, digər dövlət orqanları, nazirliklər, parlament və xarici işlər nazirliyi vasitəsilə öz xarici siyasət prinsiplərini, münaqişələrə və dünyadakı mühüm problemlərə münasibətini açıq və prinsipial şəkildə ifadə etdiyini vurğulayıb:
"Lakin bu münasibətlər çox vaxt ikili standartlar prizmasından keçirildiyindən, Azərbaycanın fəaliyyəti və mövcudluğu ilə bağlı müəyyən problemlər və risklər yaranıb. Ancaq bu gün böyük əminliklə söyləyə bilərik ki, dövlətimizin, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan daxili və xarici siyasət ona imkan verir ki, Azərbaycan dünya birliyində pragmatik, balanslaşdırılmış və nüfuzlu bir dövlət kimi öz mövqeyini möhkəmləndirsin və fəaliyyət göstərsin".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Dünən, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Dünən, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Dünən, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Dünən, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Dünən, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Dünən, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Dünən, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Dünən, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru