YAP-çı deputat xadiməni məhkəməyə verib.
Gununsesi.info-nun xəbərinə görə, Naxçıvan MR Ali Məclisinin deputatı Əli Abbasov iddia edir ki, xadimə işləyən bir qadın sosial şəbəkədə onun şərəf və ləyaqətini alçaldan, böhtan xarakterli paylaşımlar edib.
Qadının yaydığı məlumatda isə bildirilir ki, Əli Abbasov onun qızının evinə zorla girib, avtomobilini sərxoş halda idarə edib.
Xadimə həmçinin deputatın “müəllim adına layiq olmaması” və “keçmişdə bir neçə ailəni dağıtması” barədə ittihamlar da səsləndirib.
Deputat xadimənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edir.
İşə Şərur Rayon Məhkəməsində sentyabrın 22-də baxılacaq.