“MAGAZ” Açıq Səhmdar Cəmiyyəti öz adi səhmlərini dövriyyədən çıxarmaq barədə qərar qəbul edib.
Şirkətin açıqlamasına görə, hər birinin nominal dəyəri 1000 manat olan və ümumilikdə 4 ədəd sənədsiz, adlı adi səhm 17 aprel 2024-cü ildə təsdiq edilmiş emissiya əsasında buraxılmışdı.
“MAGAZ” ASC bu səhmlərin dövriyyədən çıxarılması üçün müraciəti Azərbaycan Mərkəzi Bankına 19 sentyabr 2025-ci il tarixində təqdim edib.
Şirkət hələ 2025-ci ilin iyul iclasında bununla bağlı səhmdarlarını toplayacağını açıqlamışdı.
Məlumata əsasən, qanunvericiliyə uyğun olaraq, kreditorlar bu elan dərc edildiyi gündən 30 gün ərzində şirkətə öz tələbləri ilə müraciət edə bilərlər.
Qərar yalnız qiymətli kağızların dövlət reyestrində müvafiq qeydiyyat aparıldıqdan sonra qüvvəyə minəcək.
Xatırladaq ki, “MAGAZ” ASC 2015-ci ildə yaradılıb və 4000 manat nizamnamə kapitalı var. Şirkət 2018-ci ilə qədər “ECOSTONE” MMC, 2024-cü ilin aprelinə qədər isə “ALBAN” QSC kimi çalışıb. Sonradan açıq səhmdar cəmiyyətinə çevrilib.