Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq .....                     Aİ ilə Ermənistan arasında dialoq başlayıb .....                     Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... .....                     Masazırda növbəti qanunsuz tikinti? .....                     Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib .....                     Rayona "nəzarət edən" avtoritet həbs olundu: .....                     Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb .....                     “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” .....                     “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ .....                     "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" .....                     Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib .....                     "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" .....                     Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? .....                     DMA da DTA-nın yolunu gedir: .....                     Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb .....                     Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                     AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi .....                     Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI .....                     Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                     Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. .....                     "Biz şokda idik" .....                 

AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Tarix: Bu gün, 16:14 | Çap et

Avropa İnsan Hüquqları Məhkəməsinin bu gün açıqladığı qərar Ermənistanda illərdir mübahisə doğuran 2008-ci il 1 mart hadisələrinə yeni hüquqi və siyasi qiymət verib. Məhkəmə həmin olaylar zamanı dövlətin vətəndaşların yaşamaq hüququnu pozduğunu təsdiqləyərək, məsuliyyətin rəsmi hakimiyyət daşıyıcılarının üzərinə düşdüyünü bəyan edib. Bu qərar, həm 10 nəfərin ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnmiş faciəli etirazların hüquqi təhlili, həm də Ermənistanın siyasi sistemində illərdir hökm sürən cəzasızlıq mühitinin ifşası kimi dəyərləndirilir.
Ermənistanın “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib ki, Avropa Məhkəməsi 1 mart qurbanlarının ölümünə görə dövlətin məsuliyyətini müəyyən edib:“Bu hökm Ermənistan üçün həqiqətin bərpasıdır. Bəlli olur ki, dövlət nəinki vətəndaşların yaşamaq hüququnu pozub, həm də illər boyu həmin həqiqəti gizlətməyə çalışıb. Bu, təkcə hüquqi sənəd deyil: bu, hakimiyyəti saxlamaq üçün vətəndaşların qətlinə əl atan sistemə qarşı siyasi-mənəvi hökmdür.
Hansı ad altında və nə qədər gizlənməyə çalışsalar da, bu qərar birmənalı olaraq qətllərin siyasi qərarlarla şərtləndiyini göstərir. Həmin qərarların daşıyıcıları və sifarişçiləri Robert Köçəryan və Serj Sərkisyan olub. Onlar Konstitusiya quruluşunun pozulmasına və dövlətin zorakılıqla ələ keçirilməsinə görə məsuliyyət daşıyırlar”.
Babacanyan Köçəryan və Sərkisyanı “cəzasız qalmış cinayətkarlar” adlandırıb. Partiya rəhbəri Nikol Paşinyan hökumətini onlara qarşı sərt addımlar atmağa, bu cinayətkarları həbs etməyə çağırıb.
Xatırladaq ki, 1 mart hadisələri İrəvanda 2008-ci ildə baş vermiş siyasi etirazlara aiddir. 2008-ci ilin 19 fevralında Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə Köçəryanın namizədi Sərkisyan qalib elan olunub. Müxalifət nəticələri saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib. Toqquşmalar nəticəsində 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan, sabiq müdafiə naziri Seyran Ohanyan və Müdafiə Nazirliyinin korpus komandiri Yuri Xaçaturova qarşı cinayət işi açılıb. Sərkisyanın adı da bu cinayət işində hallansa da, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib. Amma Paşinyan bu məsələdə onun da adını çəkib.
 
 
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 1 mart qurbanlarının ölümündə Ermənistan dövlətinin məsuliyyətini tanıyan qərarı, regionun hüquqi və siyasi tarixinə yeni mərhələ əlavə edir:
"Bu qərar, Ermənistanın keçmiş siyasi rəhbərlərinin – Robert Köçəryan və Serj Sərkisyanın – dövlət strukturuna zorakılıqla nəzarət etməsi və Konstitusiya dəyişikliklərini zorla həyata keçirməsində məsuliyyət daşıdığını açıq şəkildə ortaya qoyur. Babacanyanın fikirləri ilə səsləşən bu analizin cəzasızlıq siyasətinə dönə-dönə qarşı çıxışın təntənəsidir. Bu, yalnız hüquqi sənəd olmaqla qalmayıb, həm də siyasi şəffaflığın artırılması istiqamətində mühüm siqnaldır.
Məhkəmə qərarı Ermənistan cəmiyyətində keçmiş rejimlərin cinayət məsuliyyətinə cəlb olunması üçün qanuni zəmin yarada bilər. Lakin, Ermənistanda daxili hüquq sisteminin və siyasi liderliyin hazırkı vəziyyətini nəzərə alaraq, bu qərarın praktiki tatbiki hələ də böhranlıdır. Qərarın daha çox simvolik xarakter daşıdığı təəssüratı yaranır, çünki keçmiş prezidentlərə qarşı hüquqi prosedurların başlanması üçün siyasi iradənin ortaya qoyulması lazımdır. Nikol Paşinyanın çağırışı ona görə vacibdir ki, hökumət bu qərarın hüquqi tələblərini icra etməlidir. Lakin, siyasi müqavimət və köklü sistemlərin müdafiəsi perspektivində belə addımların atılması mürəkkəb və təhlükəli ola bilər".
 
T. İsmayılovun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı beynəlxalq hüququn Ermənistanda təsirinin göstəricisidir və qanunverici orqanlarla icraedici hakimiyyətin bu qərarı qəbul edib həyata keçirməsi zəruridir:
"Bu qərar erməni hüquq tarixində möhkəm presedent yaratmaqla yanaşı, regionda ədalət və haqqın bərpası üçün nümunə ola bilər. Lakin Ermənistan üçün bu, həm də ciddi siyasi və ictimai böhran deməkdir. Köçəryan və Sərkisyan kimi yüksək ranqlı şəxslərin məsuliyyətə cəlb olunması ölkənin demokratikləşmə prosesinə güclü təkan verə bilər. Simvolik olaraq qərar Ermənistanda keçmişi yenidən qiymətləndirmək və milli ədalət uğrunda ictimai dialoqu canlandırmaq üçün əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycanda və regionda bu qərar ədalətin bərpası və qurbanların haqlarının tanınması istiqamətində vacib siyasi mesajdır. Ermənistanın hüquqi sistemində bu qərarı icra etmək üçün güclü hüquqi mexanizmlərin qurulması və beynəlxalq təzyiqlərin artırılması gərəkdir. Nəticə olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı həm hüquqi, həm siyasi baxımdan mühüm addımdır, lakin onun mənəvi və praktiki təsiri Ermənistanın daxili siyasi mühitindən, güclü liderlikdən və xalqın hüquqa inamından asılı olacaq. Bu qərarın zəminində Ermənistan tam demokratik təsisatlar qurmaqla keçmişlə barışmalı və gələcəyə yönəlməlidir. Əks təqdirdə, qərar yalnız beynəlxalq hüquqa sayğı və ədalətə inam nümayişi kimi qalacaq, lakin real cəza və ədalət həyata keçirilə bilməyəcək.
Bu yönümdə Paşinyanın sərt mövqeyi və keçmiş hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb edilməsini tələb etməsi gənc hakimiyyətin legitimliyinin güclənməsinə yardımçı ola bilər. Lakin onun addımları ölkə daxilində siyasi qarşıdurmaların artmasına da səbəb ola bilər. Ermənistan üçün gələcək hakimiyyətin ABŞ kimi beynəlxalq aktorların dəstəyini alması və hüquqi islahatları aparması vacib şərtdir.
Yekunda demək olar ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı rəsmi olaraq Ermənistanın hüquqi məsuliyyətini təsdiqləyir və gələcəkdə hüquqi prosedurlar üçün əsas yaradır. Lakin, prosesin davamı və real icrası Ermənistanın siyasi iradəsi və xarici təzyiqlə sıx bağlıdır. Bu qərar həm də regionda ədalət və sülhün bərqərar olması üçün mühüm hüquqi vasitə hesab edilməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Bu gün, 17:54
Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Bu gün, 17:52
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Bu gün, 17:50
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Bu gün, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Bu gün, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Bu gün, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Bu gün, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Bu gün, 17:03
"Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Bu gün, 16:58
Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Bu gün, 16:56
"Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Bu gün, 16:51
Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Bu gün, 16:48
DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Bu gün, 16:41
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Bu gün, 16:38
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Bu gün, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Bu gün, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04
Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru