Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                     Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. .....                     "Biz şokda idik" .....                     Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: .....                     Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU .....                     2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ .....                     Azərbaycanda gizli qumar imperiyaları .....                     SEPAH terrorçu təşkilat kimi tanındı .....                     Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... .....                     Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb .....                     “Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” .....                     Saxta diplomlu MƏKTƏB DİREKTORU... .....                     Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı .....                     Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq .....                     Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… .....                     İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir .....                     Şeyxin qızının klinikası borca düşdü .....                     Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     "Yevlax görüşündə iştirak etməmişəm" .....                     “Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” .....                     "Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" .....                     Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? .....                     Əməkdar artist Türkiyəyə köçüb? .....                     Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı .....                     “Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” .....                     Vətəndaş xəbəri olmadan borclanır... .....                     Bizə dərs keçən “Xudayar bəylər”... .....                     Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI .....                     Gəncə Dövlət Universiteti adlı bazar və... .....                     Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... .....                     Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır .....                     Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU .....                     ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib .....                     Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları .....                     Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq .....                     20 Sentyabr - Dövlət Suverenliyi Günüdür .....                     Bakıya və Trampa qarşı xain plan .....                     İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu .....                     Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı .....                     Rusiyanın gündə min dronunu məhv edəcəyik .....                 

Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Tarix: Bu gün, 12:20 | Çap et

10 gün fərqlə Azərbaycanda 2 qumar şəbəkəsinin ifşası ilə bağlı xəbər yayıb. Hər iki şəbəkənin 10 milyonlarla manat dövriyyəsi olub. Həbs olunanlar isə qumarı biznesə çevirən gənclərdir.

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası istiqamətində xüsusi əməliyyat keçirib. Eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, “Instagram”da bu şəxslər tərəfindən “TT”, “Admiral”, “Bir-iki”, “Gold” və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb ediliblər. Nihat Vəliyev və Altay Əsgərli məsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələrdən istifadə ediblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan “Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti təşkil ediblər. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub. Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyəsinin 10 milyon manatdan artıq olduğu müəyyən edilib. Qeyd edək ki, Nihat Vəliyev və Altay Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Sentyabrın 10-da isə kiberpolisin qumar mafiyasına qarşı keçirdiyi ən böyük əməliyyatlardan birinin istintaqı tamamlanıb. Araşdırma nəticəsində dəstə üzvlərinin hamısının Ağcabədinin Hacıbədəlli kənd sakinləri olduqları müəyyənləşib. Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.

Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər – Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır. Bu qumar şəbəkəsi Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla çökdürülüb. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib. Həmin pullar cinayətdən xəbərsiz şəxslərin adına alınan minlərlə bank kartı vasitəsilə leqallaşdırılıb. Cinayət yolu ilə əldə edilən gəlir hesabına dəstə üzvləri əsasən yaxınlarının adına milyonluq əmlaklar rəsmiləşdiriblər. Cinayət işində ən diqqətçəkən hissə də həmin əmlakların siyahısıdır. Faktiki olaraq dəstə başçısı Elmidar İsmayılzadə və atası ilə qardaşına məxsus olan əmlakların ümumi dəyəri 20 milyon manatdan artıqdır:

-Ağcabədinin Hacıbədəlli kəndində 129, 89029 hektar torpaq sahəsi - Orta bazar dəyəri 17 milyon 859 min manat;

-“Range Rover”, “Lexus LX 570”, “Mersedes Benz G63”, “Kia”, “Ford Mustang minik”, “Kia Forte” markalı avtomobillər - Orta bazar dəyəri 1 milyon 300 min manat;

-Bakının mərkəzində onlarla mənzil - Orta bazar dəyəri 1 milyon 500 min manatdan artıq;

-Paytaxt və Ağcabədi rayonunda bağ evləri - Orta bazar dəyəri 1 milyon 300 min manatdan artıq;

Obyektlər - orta bazar dəyəri 1 milyon 500 min manata yaxın.

Bunlardan əlavə, siyahıya dəyəri dəqiqləşdirilməmiş mülklər də daxildir.

İşdə adı keçən əsas fiqur Elmidar İsmayılovun vəkili Orxan Zeynalov deyib ki, istintaq materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşi Hüseyn Hüseynlinin sədrlik etdiyi hakimlər araşdıracaq. Müdafiə tərəfi hesab edir ki, onların təqdim etdikləri sübutlar işin gedişatını dəyişə bilər. İttihamlar təsdiqlənərsə, dəstə üzvlərini 10 ildən çox həbs cəzası gözləyir.

Azərbaycanda qanunsuz qumar oyunlarının yayılmasının səbəbi nədir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycanda onlayn qumar oyunlarının qadağan edilməsinə baxmayaraq, mütəşəkkil şəbəkələrin yaranması və hər il milyonlarla manatlıq dövriyyənin kölgə iqtisadiyyatında fırlanması bir daha göstərir ki, problemin qarşısının alnmasında təkcə polis əməliyyatları ilə məhdudlaşmamalıdır: “DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin son əməliyyatı nəticəsində 23-24 yaşlı gənclərin başçılıq etdiyi 10 nəfərlik dəstənin ifşası, əslində, aysberqin görünən hissəsidir. Çünki “İnstagram” üzərindən açılan saysız-hesabsız səhifələr, xarici serverlərdə yerləşən saytlarla qurulan cinayət əlaqələri, kriptovalyuta köçürmələri artıq klassik dələduzluq formasından çıxaraq sistemli bir biznesə çevrilib”.

Natiq Ələsgərov deyib ki, Azərbaycan qanunvericiliyində qumar oyunları, “Topaz” üzərindən idman mərc oyunları istisna olmaqla tamamilə yasaqlanıb: “Məsələnin bu tərəfi var ki, istənilən sferada tam yasağın tətbiqi həmin sahəni nəzarətdən çıxarır və kölgə bazarını böyüdür. İnsanlarda maraq qalır, amma dövlətin təklif etdiyi qanuni alternativ yoxdur. Nəticədə gənclər sosial şəbəkələrdəki reklamların təsirinə düşür, asan qazanc illüziyası ilə gizli şəbəkələrin toruna düşür. Bura işsizlik, asudə vaxtın düzgün təşkil olunmaması, sosial-iqtisadi problemlər və uduzsan da, qazanmaq şansı var kimi cəlbedici təbliğat da əlavə olunanda mənzərə aydınlaşır. Qumar biznesi cinayətkar qruplar üçün həm asan gəlir, həm də pul yuyulması, kriptovalyuta transferləri və digər cinayətlərin maliyyələşdirilməsi üçün əlverişli platformadır. Hüquqi mexanizmlər də tam işləmir: xaricdə yerləşən serverlər və mobil operatorlar vasitəsilə fəaliyyət göstərən saytların qarşısını almaq praktiki olaraq çox çətindir”.

Natiq Ələsgərov bildirib ki, məsələ yalnız hüquq-mühafizə müstəvisində deyil, siyasi və sosial müstəvidə də nəzərdən keçirilməlidir: “Dünyada qumar oyunlarına müxtəlif yanaşmalar mövcuddur. Məsələn, Avropa ölkələrinin əksəriyyətində qumar oyunları leqallaşdırılıb, amma ciddi lisenziyalaşdırma, reklam məhdudiyyəti və sosial məsuliyyət proqramları tətbiq olunur. Türkiyə yalnız dövlət nəzarətində mərc oyunlarına icazə verir, digər formaları qadağan edir. Gürcüstan və Qazaxıstanda isə açıq leqallaşdırma yolu seçilib və büdcəyə yüz milyonlarla manatlıq vəsait cəlb olunur. Azərbaycanda 23-24 yaşlarında 2 gənc 10 milyonluq dövriyyə yarada bilirsə, deməli bu dövriyyədən büdcəyə milyonlarla vergi tutmaq olardı. Bunun üçün bu sfera nəzarətə alınmalıdır. Amma eyni zamanda qumar asılılığının sosial fəsadları da nəzərə alınmalıdır. Görünən budur ki, Azərbaycanda tam qadağa gözlənilən nəticəni verməyib. Polis əməliyyatları bir dəstəni ifşa edir, amma dərhal digəri yaranır. Kölgə iqtisadiyyatında milyardlarla vəsait dövr edir, dövlət isə bu pullardan nəzarət və vergi baxımından tamamilə kənarda qalır. Ona görə də bir də baxılmalıdır. Ya qadağalar daha da sərtləşdirilib kibercinayətkarlığa qarşı beynəlxalq əməkdaşlıq gücləndirilməlidir, ya da dövlət nəzarəti altında, məhdud formada bəzi qumar növlərinin leqallaşdırılması gündəmə gətirilməlidir”.

Natiq Ələsgərov deyib ki, hər 2 yolun müsbət və mənfi tərəfləri var: “Leqallaşma şəffaflıq, vergi gəlirləri və qara bazarın zəifləməsini təmin edə bilər. Amma bu addımın sosial-psixoloji təsirləri, ailə institutuna zərbə, qumar asılılığının artması da nəzərə alınmalıdır. Qadağaların sərtləşdirilməsi isə yalnız repressiv effekt verəcək, amma mövcud reallığı dəyişməyəcək. Ona görə də Azərbaycan cəmiyyəti qarşısında həssas seçim var. Ya mövcud siyasətin davamı ilə yeni riskləri, ya da məhdud leqallaşdırma ilə yeni imkanları qəbul etməliyik. Hər halda hazırkı vəziyyət nə dövlətin, nə də cəmiyyətin maraqlarına cavab verir”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04
Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59
Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53
İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49
Şeyxin qızının klinikası borca düşdü - TƏFƏRRÜAT
Bu gün, 11:37
Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:31
"Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan
Bu gün, 11:27
“Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03
Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59
Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54
Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52
“Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46
Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42
Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35
Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27
Gəncə Dövlət Universiteti adlı bazar və... - İTTİHAM VAR...
Bu gün, 10:25
Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... - GÖZ YUMULACAQMI?
Bu gün, 10:22
Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır - Partiya sədri
Bu gün, 10:19
Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 10:18
ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib - TƏFƏRRÜAT
Bu gün, 10:13
Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”
Bu gün, 10:07
Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq
Bu gün, 10:05
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24
Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19
İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10
Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40
Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35
"Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32
Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru