Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır .....                     Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır .....                     Bakı Moskvaya yenə “yox” dedi .....                     Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil .....                     Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI .....                     10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR .....                     Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? .....                     Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb .....                     Amal Qrup MMC-nin özbaşnalığı…. .....                     Paşinyan yolların açılmasından danışdı .....                     Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib .....                     Mollayevi cəzalandıran olacaqmı? .....                     ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" .....                     Sabiq qərargah rəisi vəfat etdi .....                     Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək .....                     İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsidir .....                     Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir .....                     Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... .....                     Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var .....                     “Almet Baku” kiçilib .....                     "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" .....                     İsrailin 5 dollarlıq yeni silahı .....                     "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" .....                     Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında .....                     “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” .....                     Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? .....                     3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri .....                     Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər .....                     Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem .....                     `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... .....                     Dələduzluq edən qadınla bağlı qərar açıqlandı .....                     Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? .....                     Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                 

Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Tarix: Bu gün, 13:25 | Çap et

Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ermənistan hələ də iştirakını təsdiqləməyib, Azərbaycan isə ilkin təklifdən imtina edib. Nazir qeyd edib ki, müsabiqədə 20-dən çox ölkə iştirak edəcək.

İnternet resurslarında yayılan məlumatlara görə, “İnterviziya” mahnı müsabiqəsi ilk dəfə 1977-ci ildə Polşanın Sopot şəhərində keçirilib. Bu yarışma əsasən sosialist blokunun - SSRİ, Polşa, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, Almaniya Demokratik Respublikası və digər sosialist ölkələrinin iştirakı ilə təşkil olunurdu. Əsas məqsəd isə Qərbdə məşhur olan “Avroviziya”ya qarşı “sosialist alternativi” yaratmaq idi.

Müstəqillikdən sonra Azərbaycan “Avroviziya” müsabiqəsinə qoşuldu və 2008-ci ildən başlayaraq hər il iştirak etməyə başladı. 2011-ci ildə “Ell & Nikki” dueti ilə qalib gəlməyimiz ölkəmizi beynəlxalq mədəniyyət xəritəsinə yazdı və Bakıda keçirilən 2012-ci il “Avroviziya” müsabiqəsi Azərbaycanın imicinə mühüm töhfə verdi.

Nəhayət ki, Rusiya 2025-ci ilin sentyabrında Moskvada “İnterviziya”nı yenidən bərpa etmək fikrinə düşdü. Siyasətçilər bu cəhdi Qərblə mədəni rəqabətin bir forması kimi qiymətləndirir. Moskva bunu, sadəcə, musiqi yarışması kimi yox, həm də “Qərb təsirinə qarşı mədəni ideoloji layihə” kimi təqdim edir.

Müsabiqədə “20-dən çox ölkə”nin iştirakının təsdiqləndiyi bildirilir. Lakin bəzi ölkələr, o cümlədən Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri əsasən daxili səbəblərdən və hazırlıq vaxtının çatmamasından dolayı yarışmada iştirak etməyəcəklərini açıqlayıblar.

Bəs Azərbaycanın “İnterviziya” müsabiqəsindən imtina etməsi hansı səbəblərlə bağlı ola bilər? Bu, sırf mədəni seçimdir, yoxsa siyasi motivləri də var?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında deyib ki, Rusiya Prezidenti Vladimir Putin Qərbin müxtəlif strukturları ilə rəqabət aparmağa çalışır: “Məsələn, Putinin 2000-ci illərin əvvəllərində formalaşdırdığı Avrasiya İqtisadi Birliyi Avropa İttifaqının bənzəri kimi düşünülüb. Halbuki reallıqda Avrasiya İqtisadi Birliyinə üzv ölkələr Avropa İttifaqı ölkələri müqayisə oluna bilməz. Avropa İttifaqının oturuşmuş maliyyə qurumları mövcuddur, mütəmadi toplantılar keçirirlər. Avrasiya İqtisadi Birliyi üzvləri arasında maraqlar fərqlidir. Kreml vaxtilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da NATO-ya bənzərlik əsasında təsis edib. Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da NATO ola bilmədi”.

Politoloqun fikrincə, Kreml bunun ardınca Avropanın “Avroviziya” yarışmasına alternativ olaraq “İnterviziya” təsis edib: “Bu da onunla bağlıdır ki, Rusiya sanksiyalara görə "Avroviziya" yarışmasından kənarlaşdırılıb. Kreml indi çalışır ki, “İnterviziya” yarışmasına mümkün qədər çox ölkənin müğənnisi təşrif buyursun. Kremlin digər layihələri kimi bu layihənin də uğur qazanacağı şübhə doğurur. Rusiyanın xarici və təhlükəsizlik siyasəti dəyişmədikcə, dost və tərəfdaşları düşmənə çevirdikcə, Kremlin müxtəlif, o cümlədən mədəniyyətlə bağlı layihələrinə məhdud sayda iştirakçı qatılacaq".

Müğənni Pərvin Səfərov isə “Yeni Müsavat”a açıqlamasında bildirib: “Əlbəttə ki, Azərbaycanımızı beynəlxalq arenalarda görmək və təmsil etmək hər bir azərbaycanlı üçün, o cümlədən mənim üçün böyük qürurdur. Lakin əgər məsələ siyasi xarakter daşıyırsa, bu halda dövlətimizin verdiyi qərar və maraqları hər şeydən üstün tutulmalıdır. Azərbaycan bu gün dünya arenasında siyasi, idman və incəsənət sahələrində mühüm nailiyyətlər əldə edərək, öz qüdrətini sübut etməkdədir.

Mən dəfələrlə Moskva şəhərinə səfər etmişəm. Bir azərbaycanlı müğənni kimi orada tez-tez oluram. Təəssüf ki, son zamanlar münasibətlərdə yaranmış gərginlik bu səfərlərdə də özünü göstərir. Hər dəfə hava limanında pasport yoxlanışında uzun saatlar gözlədilirik. Sonuncu dəfə hətta telefonumu əlimdən aldılar, məni 8 saat saxladılar, sosial şəbəkə hesablarımı yoxladılar. Məqsəd isə sadə idi: görəsən, Rusiya əleyhinə hansısa fikir, yaxud siyasətə dair bir paylaşım etmişəmmi? Bu, sadəcə, mənim başıma gəlməyib.

Hətta sonuncu dəfə hava limanında gördüm ki, “Dinamo”nun dəvəti ilə Rusiyaya gedən “Neftçi” klubunun azyaşlı futbolçularını məşqçiləri ilə birlikdə saatlarla saxlamışdılar. Bu kimi münasibətlər, sözsüz ki, çox yorucudur və xoşagəlməzdir. Elə buna görə də bir daha vurğulayıram: mən dövlətimizin qərarını tam dəstəkləyirəm. Bu, belə də olmalıdır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Bu gün, 15:16
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Bu gün, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Bu gün, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Bu gün, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Bu gün, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03
Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00
Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58
Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44
Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34
Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31
Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06
Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03
`Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00
Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52
Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru