Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri planlaşdırılır.
Teleqraf xəbər verir ki, təmir işlərinə 4 milyon 630 min 888 manat xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, müvafiq işlərə "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi nəzarət edəcək