Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib .....                     Mollayevi cəzalandıran olacaqmı? .....                     ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" .....                     Sabiq qərargah rəisi vəfat etdi .....                     Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək .....                     İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsidir .....                     Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir .....                     Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... .....                     Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var .....                     “Almet Baku” kiçilib .....                     "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" .....                     İsrailin 5 dollarlıq yeni silahı .....                     "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" .....                     Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında .....                     “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” .....                     Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? .....                     3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri .....                     Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər .....                     Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem .....                     `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... .....                     Dələduzluq edən qadınla bağlı qərar açıqlandı .....                     Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? .....                     Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                     Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir .....                     Anri “Qarabağ”a niyə inanırdı? .....                     Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir .....                     "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz" .....                     Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı .....                     Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı .....                     Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR .....                     “Araz Supermarket”də təyinat olub .....                 

“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Tarix: Bu gün, 11:16 | Çap et

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib. O, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində açıqlayıb.

“Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda və ya sentyabr ayında imzalayacaq”, - Rubinyan deyib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sazişin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini bildirib. O, bu addımdan sonra Ankaranın İrəvanla münasibətləri tez bir zamanda normallaşdıracağını vurğulayıb.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri gələn ilin iyununa nəzərdə tutulub. Yalnız bundan sonra konstitusiya referendumunun keçiriləcəyi bildirilirdi. Lakin Fidan və Rubinyanın açıqlaması göstərir ki, tarix tezləşə də bilər. Belədirmi? Bakının əsas şərti ilin sonuna qədər təmin edilə bilərmi? Texniki baxımdan bu mümkünmü?

Professor Qabil Hüseynli ilin sonunadək referendum keçiriləcəyinə ümid etmir. Onun sözlərinə görə, erməni tərəfi belə bir anons versə də, bunu ehtimal kimi irəli sürüb: “Ankara və İrəvandan verilən bəyanatlar sülh prosesində dinamikadan xəbər verir. Görünür ki, danışıqlarda yeni mərhələ başlanıb. Tərəflər tezliklə yekun sənədin imzalanmasını istəyir ki, həm Türkiyə-Ermənistan sərhədləri açılsın, həm də regionda həssas dönəmdir, tələsmək lazımdır. Bunu ilk növbədə Ermənistan anlamalıdır. Onu çətin seçki gözləyir və Rusiyanın müdaxilə riskləri var. Moskva Cənubi Qafqazda hadisələri korlamaq üçün təzyiq yolları axtarışındadır. Nə qədər ki, onun başı Ukraynada qarışıb və təsir imkanları azalıb, yekun sənədin imzalanması üçün tələb olunan şərtləri İrəvan yerinə yetirməlidir. Mən bu ilin sonuna qədər olmasa da, gələn ilin seçkilərinədək referendum gözləyirəm, Paşinyan buna getməyə məcburdur”.

Q.Hüseynli hesab edir ki, Ermənistan parlamenti də Konstitusiyadan həmin iddianı çıxara bilər: “Çünki zamanında parlamenin qərarı ilə qəbul edilib. Parlamentdə hakim partiya üzvləri belə bir təşəbbüs irəli sürərsə, ümumxalq seçkilərinə ehtiyac qalmayacaq. Hər halda, Paşinyan ehtiyatlı və kövrək addımlar atmağa üstünlük verir. Onun cəmiyyətin reaksiyalarından qorxusu göz qabağındadır. Ona görə də işi mərhələli aparır. Məsələn, Ağrıdağ möhürünü ləğv etməsi ilkin addımdır. Bu, asan məsələ deyil. Erməni xalqı üçün ağır qərarlardır. Yüzillərlə oturuşmuş bir sistem dağıdılır, yeni yanaşma gətirilir. Bunu ermənilərə qəbul etdirmək mürəkkəb işdir. Ona görə də Qarabağa iddianı da qanunvericilik aktlarından yığışdırmaq üçün erməni xalqını buna hazırlamaq lazımdır. Bu nöqteyi-nəzərdən gələn ilin yayına qədər bir çox problemlərin həllini tapacağını gözləyirəm. Bu ilin axırında isə yekun sənəd o halda imzalana bilər ki, Ermənistan noyabrda referenduma getsin və tələm-tələsik dəyişiklikər etsin. Bu da Paşinyan iqtidarının vəziyyətindən asılıdır”.

Siyasi təhlilçi Aqşin Kərimov hesab edir ki, Ermənistan hərtərəfli yekun sülhə nail olmaq üçün üzərinə götürəcəyi mərhələli öhdəliklərlə bağlı Azərbaycana plan təqdim etməlidir. Onun fikrincə, bu planın vaxt qrafikinin olması şərtdir. “Bu həll planı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə edilmiş razılıqlar və paraflanmış sülh sənədinin mahiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Ermənistan öz ordusunu hücum qabiliyyətli deyil, müdafiə konsepsiyası əsasında məhdud silahlanacağına dair məsuliyyət götürməlidir. Bu məsuliyyətdən irəli gələrək, Azərbaycan Ermənistanın hərbi arsenalının məhdudlaşdırılması tələbini konkretləşdirən sənədi Ermənistana təqdim edə bilər. Bu, ehtimalla Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü təşəbbüs və şərtlərin bir hissəsinin icrası halında mümkünləşəcək”.

Onun sözlərinə görə, digər tərəfdən, Ermənistan Konstitusiyasını dəyişdirməli, ölkənin siyasi sistemində ərazi iddiaları ilə çıxış edən sənədlərə son verməli, partiyaların revanşizmə əsaslanan ideologiyalarını sonlandırmalıdır: “Geosiyasi cəhətdən isə Ermənistan ona havadar olan qüvvələrin Azərbaycana qarşı müqavimət cəhdlərinə qarşı mövqelənməlidir.

İrəvan Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan sərhədlərini monitorinqini dayandırmağa nail olmalı, bundan sonra Azərbaycanın hərbi mövqelərinin sərhəd boyunca delimitasiya kontekstində irəli çəkilməsinə qarşı manevr etməməlidir.

Bu, regionda Azərbaycan, onun strateji müttəfiqi Türkiyənin maraqları ilə uyğunluq təşkil etməlidir, həmçinin Ermənistan üzərindən Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə qarşı qarşıdurma risklərini aradan qaldıra bilər. Başqa bir məsələ isə Ermənistanın ərazisində, ümumiyyətlə, xarici ölkələrin hərbi bazasının olmaması ilə əlaqədardır.

Bu xüsusda Ermənistan, ümumiyyətlə, xarici dövlətlərin hərbi bazasının ölkə ərazisində yerləşməyəcəyinə dair təminat verməlidir.

Əlavə olaraq, Ermənistan Rusiyanın 102-ci bazasının ölkə ərazisini tərk etməsinə nail olsa, bu, Azərbaycanla əlaqələrdəki müsbət dinamikaları daha da möhkəmləndirəcək. Hərçənd ki, Ermənistanın Rusiya bazasını çıxarması ilə əlaqədar performans göstərəcəyi çətin və mürəkkəbdir".

Yada salaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Bakı və İrəvan arasında sülh sazişinin layihəsi paraflanıb.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” adlandırılan layihənin mətni artıq tam razılaşdırılıb. Preambula və 17 maddədən ibarət saziş layihəsini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan paraflayıb.

İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edib.

Mətn üzərində razılıq əldə edildikdən sonra tərəflərin rəsmi nümayəndələri adətən xarici işlər nazirləri və ya danışıqlar üzrə səlahiyyətli şəxslər sənədi paraflayır. Paraflanma sənədin hər səhifəsinin və ya son səhifəsinin baş hərflərlə imzalanmasıdır, bu proses sazişin mətni üzərində razılığın əldə edildiyini, lakin sənədin hələ rəsmi şəkildə qüvvəyə minmədiyini göstərir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq sayılır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44
Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34
Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31
Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06
Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03
`Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00
Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52
Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru