Noyabrın 3-də, saat 11:00-da ləğv prosesindəki "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report"xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 36 ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un ləğvi məsələsi daxildir.
Xatırladaq ki, "Finoko" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,355 milyon manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).