Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                 

"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Tarix: 17-09-2025, 09:14 | Çap et

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yanındakı çay evinə çatar-çatmaz, ən küncdə əyləşən adam məndə qəribə bir təəssürat yaratdı. Sanki o, bilərəkdən kənarda oturub müşahidə edirdi. Kənarda dayanıb, səhnədə böyük işlər yaradan biri kimi.

Əməkdar artist, aktyor, rejissor Nicat Kazımovun APA-ya müsahibəsi

- Salam, Nicat müəllim. Tıxacın əlindən şəhərdə addım atmaq olmur.

- Hələ sentyabrın 15-i gəlsin...

- Gör indi məktəblər başlayandan sonra nə olacaq. 2-3 saat əvvəl yola çıxmalı olacağıq ki, vaxtında çataq. İş yerinə yaxın yaşayanlar da işə maşınla gedirlər.

- Mən əvvəl Kubinkada qalırdım, iş yerimə piyada da rahat gedə bilirdim, məsafə yaxın idi. Amma elə olurdu ki, işə çatanda birdən hardansa çağırırdılar və ora getmək üçün məcbur maşından istifadə etməli olurdum.

Oxuyan tələbə zəif müəllimlə də oxuyur, güclü müəllimlə də

- Həm də siz 3 yerdə dərs deyirsiniz, maşın mütləq lazım olur sizə.

- Mütləq.

- Bu qədər işin arasında vaxtı necə bölürsünüz?

- Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dərslərini teatrda keçirəm. Tələbələr də buraya gəlirlər. Əslində, bu, onlar üçün daha yaxşıdır – birbaşa prosesin içində olurlar. Məsələn, dərsimi deyib qurtarıram, aşağıda məşqim olur, onlar da düşüb məşqi izləyirlər. Bakı Musiqi Akademiyasında isə mənim dərsim cədvəl üzrə deyil. Əsas dərsdir, amma bütün dərslər bitəndən sonra mən dərs keçirəm. Bakı Xoreoqrafiya Akademiyasında isə dərsim olanda, günüm səhərdən axşama qədər orada keçir.

- Dərslərinizə tələbələrin marağı var?

- İncəsənətdə belədir ki, maraq çox vaxt müəllimdən asılıdır. Konservatoriyada tələbələrin əksəriyyəti mənim dərsimə maraq göstərir, çünki onların əsas fənlərindən biridir. Xoreoqrafiyada isə bir az ikinci dərəcəli kimi yanaşırlar. Orada, məsələn, magistraturada təhsil alanların içində Xalq artistləri, əməkdar artistlər də var. Bilirsiniz, oxuyan tələbə zəif müəllimlə də oxuyur, güclü müəllimlə də. Mənim müəllimim rəhmətlik Əlabbas Qədirov olub. Amma mən Bəxtiyar Xanızadədən də çox şey öyrənmişəm. Dəhlizdə gəzəndə görürdüm, Şahmar Ələkbərov dayanıb – qulaq asırdım, görüm nə danışır. Həsən Əbluc, Şəfiqə Məmmədova… Hər müəllimdən bir şey öyrənmək olur. Bir də bizim peşədə aydın məsələdir ki, praktika çox vacibdir.

Bu gün əruz vəznində şeiri qiraət edə bilən aktyorların sayı bir əlin barmaqlarını keçmir

- Praktika olmaması natamamlıq yaradır.

- Elədir. Məsələn, mənə şeir deməyi öyrədən Şəfiqə Məmmədova olub, baxmayaraq ki, Şəfiqə xanım özü şeir deməyi o qədər də bacarmır. Birinci kursda oxuyanda bir gün universitetdə pilləkənləri qalxırdım. O vaxt Şəfiqə xanım Musiqili teatr kafedrasının müdiri idi, mən isə Dram və kino fakültəsində oxuyurdum. Qarşıma çıxıb dedi: “Gir otağa”. Otaqda isə birdən dedi: “Şeir de”. Təsəvvür edin, birinci kurs tələbəsindən Şəfiqə Məmmədova şeir istəyir. Təbii ki, həyəcanlandım. Başladım Ramiz Rövşənin “Yenə bu şəhərdə üz-üzə gəldik” şeirini deməyə. Özümü öldürürəm, qaş-göz oynadır, yüz hoqqadan çıxıram. Qulaq asdı, asdı, birdən ortada dayandırıb soruşdu: “Özünü niyə göstərirsən?” Tutuldum qaldım ki, bu, mənə nə deyir? Sonra anladım ki, əgər mən şeiri başa düşmürəmsə, nəyi ifadə etdiyini anlamıramsa, sadəcə özümü göstərməyə çalışacağam. Bəziləri şeir deyir, aydın görünür ki, oynayır. Halbuki oynamamaq da bizim peşənin əsas şərtlərindəndir. Təəssüf ki, bu gün əruz vəznində şeiri qiraət edə bilən aktyorların sayı bir əlin barmaqlarını keçmir. Qiraətdə səsdən düzgün istifadə etməyin öz qaydaları var. Hər şeirə uyğun intonasiya seçməlisən, şeiri özün analiz etməlisən. Necə ki, obraz üzərində işləyəndə xırdalayaraq yanaşırsan, eyni şey qiraətdə də edilməlidir.

- Bir neçə ay əvvəl “Şah Abbas Namə” tamaşası ilə bağlı tənqidlər səsləndi. Deyilirdi ki, tarixdə hadisələr belə olmayıb, əsərdə çox dəyişikliklər edilib. Tamaşa hazırlanarkən bu cür ittihamların ola biləcəyini əvvəlcədən təxmin edirdiniz?

- İttihamı bir adam elədi, mən tanımıram, deyəsən gənc blogerdi.

Çünki siyasət elə şahmatdır və əsərin qəhrəmanı ömrü boyu dolayısı ilə şahmat oynayıb

- Həmin blogerin fikrini dəstəkləyənlər var idi.

- Vallah, tamaşanı dəstəkləyənlərin çoxu hələ onu izləməmişdi. Sosial şəbəkələrdə isə hamı fikir bildirir: çəkməçi elə sanır aktyorluğu bilir, bənna rejissorluğu, aşpaz isə yazıçılığı və dramaturgiyanı bildiyini düşünür. Ümumiyyətlə, bəzi insanlar kiminsə haqqında pis nəsə yazanda sanki təskinlik tapırlar. Təəssüf ki, bir qrup insan qızılgülün gözəlliyini yox, yalnız tikanlarını axtarır. İlqar Fəhminin yazdığı sözügedən pyes sırf tarix deyil, özü də bunu dəfələrlə vurğulayıb. Bu, bədii əsərdir və biz proqramda da bilərəkdən qeyd etmişik ki, “bu, tarixi hadisələrə bədii baxışdır”. Əgər mən birbaşa tarixi səhnəyə gətirsəydim, bu maraqsız olardı. Amma tamaşa haqqında teatr ictimaiyyəti yekdilliklə müsbət rəy bildirdi. Hətta gözləmədiyim uğur qazandıq. Açığı, mən də ehtiyat edirdim, çünki quruluş baxımından bu, bizim tamaşaçının öyrəşdiyi formadan fərqlənirdi. İctimai baxışa qədər İlqar Fəhmi özü də tərəddüd edirdi: “Bu səhnədə hər şeyi niyə şahmat üzərində qurub?” Amma sonra gördü ki, doğru qərardır. Çünki siyasət elə şahmatdır və əsərin qəhrəmanı ömrü boyu dolayısı ilə şahmat oynayıb. Üstəlik, müəllifin yazdığı yalnız bir pyes deyil, dörd pyesdir, onlardan birinin adı da məhz “Şətrənc”dir. Sabah başqa bir rejissor həmin əsəri götürüb tamamilə fərqli quruluşda hazırlaya bilər – bu, onun haqqıdır. Mənə qədər də “Şətrənc”i Lənkəran Dövlət Dram Teatrı, “Vəliəhd”i isə M Teatrı səhnələşdirmişdi. Mən isə mövzunu bu cür görüb, bu cür də hazırladım – bu da mənim haqqımdır.

Mən o vaxt “Leyli və Məcnun”u hazırlayanda deyirdilər ki, Leyliyə qarşı çox zorakılıq var

- Sizin rejissorluq etdiyiniz tamaşalarda əsasən yeni baxış hiss olunur. Ola bilərmi ki, bu səbəbdən klassik üsluba öyrəşmiş tamaşaçılar sizi qəbul etməkdə çətinlik çəkirlər?

- Əslində hər bir tamaşa özlüyündə bir eksperimentdir. Ümumiyyətlə, “klassik hazırla” deyimi mənə çatmır. 30 il əvvəl belə hazırlanıbsa, mən də götürüb eyni şəkildə hazırlayım – budurmu klassika? Müasir teatrın öz ənənələri var. Rejissorluğun təhsilini aldın deyə, oxumaqla rejissor olmaq olmur. Rəssamlıq məktəbini ildə nə qədər tələbə bitirir, onların hamısı Səttar Bəhlulzadə ola bilmir. Burada Allahdan gələn bir vəhy olmalıdır. Mən həmişə bəstəkarları misal gətirirəm. Bax, 7 not var – həmin 7 notdan Fikrət Əmirov “Sevil” operasını necə yazardı, əgər Allahdan vəhy gəlməsəydi? Tamaşa da belədir. Vaxtilə “Pəri Cadu” tamaşasını mənim rəhmətlik müəllimim Tofiq Kazımov hazırlamışdı. Mənim yaşım çatmır onu görməyə, amma əsəri oxuyanda tamam başqa şey gördüm. Demirsən ki, “Tamaşa belə olmalı idi, get evdə oxu, necə istəyirsən elə gör”. Sən oxuyanda belə, müəllif yazdığı kimi görməyəcəksən. Sənin əxlaqın, düşüncən, dünya görüşün necə qəbul edirsə, elə görəcəksən. Teatra gələndə tamaşaçı rejissorun müəllif olduğu işə baxır, mən belə görürəm. Mən o vaxt “Leyli və Məcnun” tamaşasını hazırlayanda deyirdilər ki, Leyliyə qarşı çox zorakılıq var, o döyür, bu döyür. Mən isə belə görürəm: Məhəmməd Füzulidən çıxış edirəm, Füzuli belə yazıb və mən görürəm ki, bu sözün əməli bu olacaq.

- “Leyli və Məcnun” tamaşasından söz düşmüşkən, yaxın günlərdə həmin tamaşanı yenidən sizin quruluşunuzda izləyəcəyik. Bu dəfə hansı dəyişikliklər var?

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşasını hazırlamaq üçün Yusif müəllim çox sağ olsun, məni dəvət etdi. Əslində bu dəvət 2-3 il əvvəl edilmişdi, amma müəyyən səbəblərdən gecikdi. Dəyişikliklərə gəldikdə isə, mən yalnız quruluşda dəyişiklik edə bilərəm. Opera və Teatrında Üzeyir Hacıbəyovun musiqisinə müdaxilə etmək mümkün deyil. Mən çalışmışam ki, ifaçılar səhnədə daha çox ünsiyyətdə olsunlar, dekor minimal olsun və tamaşada antrakt öyrəşdiyimiz kimi 4-5 dəfə yox, yalnız 1 dəfə keçiriləcək. Bundan əlavə, səhnədə yalnız 1 Leyli və 1 Məcnun olmayacaq; Leylilər və Məcnunlar olacaq. Məsələn: uşaq Leyli, uşaq Məcnun, xanəndə Leyli, xanəndə Məcnun, aktrisa Leyli, aktyor Məcnun və balerina Leyli, balerin Məcnun.

- Deyirsiniz ki, aktyorluğun bütün sirlərini bilməyən insandan rejissor olmaz. Bu fikrə rejissor kimi fəaliyyətə başlayandan sonra gəldiniz?

- Bəli, rejissorluğa başlayandan sonra bu fikrə gəldim. Çünki gördüm ki, aktyorlar məni aldada bilmirlər. Mən də aktyor olmuşam və o yolları keçmişəm. “Aktyor deyəndə bu alınmır” demək mümkün deyil – mən həmin anda göstərirəm ki, mümkündür. Səndən yaşlıyam, təcrübəliyəm, əgər mən bunu elədimsə, sən də artıq bunu etməlisən. Bilirsiniz, əsəri oxuyanda artıq hiss edirəm ki, hansı rolu hansı aktyor oynamalıdır.

- Olub ki, əsəri oxuyub görəsiniz ki, bu rolda belə bir xarakteristikaya malik aktyor olmalıdır, amma teatrda həmin aktyor və ya aktrisa mövcud olmayıb?

- Olub. Onda ya əsərdən imtina eləyirsən, ya da aktyor dəvət edirsən.

- Bir obraza görə əsərdən imtina etmək olar?

- Əsas obrazdırsa, bəli. Məsələn, “Şah Namə Abbas”da mən düşünmüşdüm ki, Şah Abbasın gəncliyini Bəhram Əliheydər oynayacaq. Lakin Bəhramın belində problem yarandı və oynaya bilmədi. Mən dərhal düşündüm, “Başqa kim ola bilər?” və Bakı Uşaq və Gənclər Teatrından Niyaz Qasımovu tapdım. Niyaz sağ olsun, rolun öhdəsindən gəldi. “Fiqaronun toyu”nda isə Günel Məmmədova analıq məzuniyyətində olduğuna görə mən Akademik Milli Dram Teatrından İlahə Səfərovanı dəvət etdim.

Tamaşa bəyəniləndə aktyor məndən çox təriflənir

- Kənardan aktyor dəvəti məsələsinə görə, bir neçə ay əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında söz-söhbət yaşanmışdı. Sizin teatrda belə və digər məsələlərdə mübahisə və soyuqluq yarananda hansı reaksiyanı verirsiniz?

- Reaksiyalarım müxtəlif olur. Birinci növbədə başa düşürəm ki, aktyorlar qısqanc ola bilər, bu normaldır – mən də qısqancam, sadəcə onu necə göstərdiyim önəmlidir. Əgər mənə elə bir söz çatırsa, çalışıram o adama izah edim: “Ay bala, mənə bu lazımdır, sən deyirsən kimdən götürüm?” Deyir: “Filankəs”, mən soruşuram: “Səncə filankəs bunu edə bilər?”, deyir: “Xeyr.” Oğlum olsa belə, əgər rol ona uyğun deyilsə, verməyəcəm. Ay, bu oğlumdur, gəlinimdir, baldızımdır – mənim rol bölgümə onların aidiyyəti yoxdur. Mən teatrda aldığım zövq üçün işləyirəm, əgər zövq almayıb yalnız oğlum üçün işləsəm, onun üçün daha yaxşı olar ki, gedib bankda işləsin. Mən açıq adamam, kimə nə münasibətim varsa, hamı bilir. Teatrda heç kimlə ikili oyun oynamıram. Əslində heç kimə pis münasibətim yoxdur. Hər hansı incikliyimi içimdə saxlasam, sabah böyüyüb üzə çıxacaq, ona görə də həmin anda sözümü deyirəm. Bəzən məşq vaxtı aktyor elə bir söz deyir ki, görürəm, bu mənim ağlıma gəlməyib. Mən niyə onu qəbul etməyim? Zərim tökülməyəcək ki. Biz ümumi iş görürük və tamaşa bəyəniləndə aktyor məndən çox təriflənir. Mən isə qalıram kənarda, yada düşmürəm.

- Oğlunuzu qeyd etdiniz, əvvəlcə təbrik edirəm, nişanlanması münasibətilə. Gəlininiz də aktrisadır. Bəzi aktyorlar və aktrisalar övladlarının sənət adamı ilə ailə qurmasına qarşı olduqlarını deyirlər. Siz də əvvəllər belə bir fikirdə olmamısınız?

- Teatr çox çətin peşədir, mən oğlumun aktyor olmasını istəmirdim. Onlar bir-birlərini artıq 7 ildir sevirlər, valideyn kimi öhdəmə düşən isə övladımın xoşbəxtliyinə sevinməkdir. Artıq Aygün də mənim qızım olacaq və arzu edirəm ki, xoşbəxt olsunlar. Sadəcə bilirəm ki, çox çətin peşəyə addım atıblar. Ümid edirəm ki, onların həm şəxsi həyatı, həm də səhnə həyatı uğurlu olacaq.

- Televiziya, dublyaj işləri sizə əlavə imkanlar yaradıb, yoxsa teatr fəaliyyətinizə maneə yaradıb?

- Mən eyni vaxtda 3-4 işi görə bilən adamam. Əksinə, televiziyanın mənə köməyi olub. Birinci maddiyyat, ikinci isə məşhurluq baxımından köməyi dəyib. Bu gün məni tanıyırlarsa, televiziyadan tanıyırlar, teatr tamaşalarına baxıb Nicat Kazımov deyə tanımayıblar. Vaxt var idi, çox məşhur olduğum dövrlərdə səhnəyə çıxanda alqışlar olurdu, amma mən o alqışları sənətimə verilən qiymət kimi qəbul etmirdim. Tamaşanın sonunda məni alqışlayanda qiymət hiss edirdim, o mənim üçün əsl qiymət idi. Dublyaj işi isə yalnız pul qazanmaq məqsədi daşıyırdı.

Lazım gələndə dövlət kömək göstərir

- Gənclər teatrda maddiyyatın azlığından gileylənirlər. Deyəsən, gənc olanda bütün aktyorlar teatrdan, verilən qiymətdən gileylənir?

- Şəxsən mən heç vaxt gileylənməmişəm. Məndən xahiş edən olmamışdı ki, “Gəl, aktyor, rejissor ol”. Valideynlərim də istəmirdi ki, bu sahəyə gəlim. Gəlmişəmsə, özü yıxılan ağlamaz. Çətin olub və bu gün də çətindir, yəni hər şey yağ, bal içində deyil. Mənim problemlərim teatrın, sənətin problemi deyil. İndi oğlumu evləndirirəm deyə teatr restoranın xərcini boynuna götürməlidir? Lazım gələndə dövlət kömək göstərir, tanınmış adamlar xəstələndikdə və ya başqa vəziyyətlərdə yardım edir. Bu, hamımızın gözü qabağındadır. Bu gün mənim problemim varsa, dövlət mənə kömək edə bilər də, etməyə də – mən bunu tələb edə bilmərəm. Birinci növbədə lazımlı olmaq lazımdır. Biz hamıdan nəsə umuruq, düzdür, sənət adamlarının sığala ehtiyacı var, amma heç kimi günahlandırmaq olmaz.

İndi hansı gənc bunu edir, ya da edə bilər?

- Aktyor kimi Pantomima teatrında püxtələşmisiniz. Bəs bu gün həmin teatrda, sizin vaxtınızdakı kimi peşəkar mühit hələ də mövcuddur?

- Gəlin müqayisə etməyək, çünki müqayisə etsək, atalar və oğullar məsələsi yaranacaq. Pantomima Teatrının təməli bizimlə qoyulub, bizdə olan həvəs isə ayrı idi. 1990-cı illər aclıq vaxtı idi, günlərlə çörək yemədiyim vaxtlar olub, amma səhər tezdən universitetə gəlirdim, günorta çıxıb teatra gedirdim, gecə saat 3-ə qədər məşqə davam edirdik. Sonra evə gedirdim, evdə də tamaşanın paltarlarını tikirdim. Nəyi müqayisə edək? İndi hansı gənc bunu edir, ya da edə bilər?

- Bəzi teatrlarda qalmaqallar oldu, bəzilərində hələ də var. Nicat Kazımov bunun səbəbini nədə görür?

- Teatrın kökündə sevgi dayanır: bir-birini sevib hörmət etmək lazımdır. Ən əsası, rejissor aktyoruna, aktyor isə rejissoruna inanmalıdır. Çünki inam olmayanda bütün o söz-söhbətlər ortaya çıxır. Dədə-babadan belə olub: insanlar indiki kimi tanış olub evlənməyiblər. Qız bilirdi ki, onu bu oğlana veriblərsə, demək, ən layiqlisi budur və ona inanıb həyatının bir parçasına çevrilə bilirdi. O qadın ki, atılıb-düşəcək, orada söz-söhbət də olacaq, ailə də dağılacaq. Mənim də ətrafımda söz-söhbət olur, mən də əsəbiləşib özümdən çıxıram, çünki biz hisslərlə işləyirik. Sondakı nəticə əsasdır.

- Siz həm də seyyid nəslisindənsiniz. Həyatınızda cəddinizin təsirini hiss etmisiniz?

- Dəfələrlə görmüşəm. Mənim babam Mircəfər ağa, atam Mirəziz Siyəzən zonasında hamı tərəfindən tanınırdı. Bizim nəslimiz əslində Maştağa seyyidlərindəndir. Mən uşaq olanda ocaq olaraq həyətimizə gəlirdilər. Bəzən özün də istəmədən sənə qarşı böyük səhv edən adamın başına hansısa iş gəlir, amma sən özün bunun belə olmağını istəməmisən. Mən dəfələrlə bunu görmüşəm. Mənim yanıma gələnlər də olub niyyət üçün, amma mən elə şeyə birtəhər baxıram.

- Niyə bəs adınız Mirnicat kimi yox, Nicat kimi gedir?

- Axı Sovet vaxtı elə yazdırmağa qoymurdular. Ən kiçik qardaşıma amma babamın adını yazdırmışıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Bu gün, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru