Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub .....                     Polkovnikə vəzifə verildi .....                     Resurslarımız, pulumuz yoxdur, amma... .....                     Ali Məhkəməyə yeni hakimlər təyin olundu .....                     “Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” .....                     Vəzifəyə təyin olunan əməkdar artist: .....                     Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... .....                     Karapetyanın 300 min azərbaycanlı dərdi .....                     İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır .....                     Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... .....                     Ermənistan təhlükənin mənbəyində dolaşır .....                     Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır .....                     “Azfinans” BOKT yenidən zərər edib .....                     ABŞ buna görə narahatdır... .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Sizin bir çəkindiyiniz yer varmı?" .....                     Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu .....                     “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... .....                     Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar .....                     “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” .....                     Ermənistan Hindistandan yeni silahlar alır: .....                     Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq .....                     Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü .....                     Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? .....                     Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır .....                     Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... .....                     "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası .....                     Köçəryan Moskvanın planını açdı .....                     Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                     Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                 

Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Tarix: 17-09-2025, 09:39 | Çap et

Ermənistan parlamentinin iclaslarında xüsusən də müxalifət deputatlarının qarşısında çoxdan dəfn olunmuş keçmiş xunta rejiminə aid “artsax bayraqları” görmək olar. Parlament üzvləri qondarma qurumun əski parçalarını önlərinə qoyaraq çıxışlar edirlər. Bu isə qanunverici orqanda açıq şəkildə Azərbaycana qarşı ərazi iddialarını saxlamaq, sülh prosesinə zərər vurmaqdır.

Lakin indiyədək nə parlamentin sədri Alen Simonyan, nə də iclaslarda vaxtaşırı iştirak edən baş nazir Nikol Paşinyan həmin revanşist təfəkkürlü deputatlara buna görə “gözün üstə qaşın var” deməyib. Halbuki Bakı və İrəvan sülh sazişini paraflayıb, Qarabağın Azərbaycana aid olduğu təsdiqlənib, qalır Ermənistan Konstitusiyasına dəyişiklik.

Üstəgəl, Paşinyan ölkəsində “Qarabağ hərəkatı”na imkan verməyəcəyini açıqlayıb. Amma fakt budur ki, “artsax”ın ayaq altına atılmış, döşəmə silməyə yararlı əskiləri Ermənistan parlamentində deputatların qarşısındadır. Eyni zamanda, mifik qurumun keçmiş oyuncaq başçısı Şahramanyan “artsax”ın ləğvi haqda “fərman” imzalayıb. O halda, bir ölkənin qanunverici orqanında niyə bu əski parçaları olmalıdır? Parlament sədri onların yığışdırılmasına tapşırıq verə bilərmi, yoxsa daxili ictimai qınaqdan çəkinir?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məlum olduğu kimi, bu məsələ sadəcə parlamentdə müxalifətçilərin istəyi deyil, Ermənistanın bugünki siyasi həyatının bariz göstəricisidir: “Necə ola bilər ki, Paşinyan hökuməti sülh sazişinin maddələrini paraflayıb, Qarabağın Azərbaycana məxsusluğunu qəbul edir, konstitusiya dəyişikliklərinə getməyin vacibliyi haqqında bəyanatlar verir, digər tərəfdən isə parlamentdə separatçı rejimin simvolları - qondarma ”artsax bayraqları" nümayiş olunur?! Bu, sülhün bərqərər olmasına ziddir və revanşist dairələrin təxribat cəhdidir". A.Nağıyev ardınca digər mühüm məqama da diqqət çəkdi: “Bir məsələni də qeyd etmək vacibdir ki, nə parlament sədri Alen Simonyan, nə də hökumət başçısı Nikol Paşinyan buna qarşı çıxış etmir və ya çıxmaq istəmir. Bunun səbəbi isə daxildə radikal müxalifətin təzyiqindən və ictimai qınaqdan ehtiyatlanmaq, Paşinyana qarşı yeni ”satqın" ittihamlarının yaranmasına gətirib çıxara biləcək amillər, eyni zamanda hökumətin öz mövqeyini açıq nümayiş etdirə bilməməsidir". Komitə sədri qeyd etdi ki, əgər Ermənistanın istər ABŞ, istər Azərbaycan qarşısında, istərsə də beynəlxalq səviyyədə öhdəlikləri varsa, bu “bayraqlar”ın parlamentdə yeri olmamalıdır: “Əks təqdirdə, bu, artıq ərazi iddialarının siyasi müstəvidə davam etdirilməsi deməkdir. Reallıq isə budur ki, Ermənistan simvolik də olsa, revanşist təfəkkürü parlamentdən yığışdırmalıdır, çünki bu, qarşılıqlı etimada və sülhün bərqərar olmasına ciddi zərbə vurur. Ermənistan nə qədər ki daxili və xarici siyasətində müstəqillik, qətiyyət nümayiş etdirməyəcək, oyuncağa çevriləcək, belə hallar təkrarlanacaq, bu isə ilk növbədə gələcək seçkilərdə özünü göstərəcək”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandıqdan sonra baş nazir Nikol Paşinyan öhdəlik götürüb: “Həmin öhdəliyə görə, o, öz ölkəsində Azərbaycana qarşı hər hansı bir separatçı fəaliyyətə imkan verməyəcək. Artıq Türkiyə ilə bağlı addımlar atılır, Ağrıdağın şəkli Ermənistanın dövlət müəssisələrinin möhüründən çıxarılır. Bu, çox müsbət bir prosesdir. Keçmiş qondarma "artsax"ın əski parçaları isə hələ də Ermənistan parlamentindəki müxalifət fraksiyasının masalarında qalır”. Ekspert qeyd etdi ki, baş nazir Nikol Paşinyan bu məsələdə diqqətli olmalı, Azərbaycanın suverenliyini təhdid edən bir prosesin davam etməsinə imkan verməməlidr: “Ermənistan parlamentində separatçıların "bayrağı", həmin o əsi parçası qalırsa, burada məsuliyyəti Nikol Paşinyan daşıyır. Həmçinin İrəvanda keçmiş qondarma rejimin ofisi var. Ermənistan rəhbərliyi bunu da ləğv etməlidir. Ümumiyyətlə, Ermənistanın baş naziri bu kimi məsələlərdə zəiflik göstərsə, proses onun əleyhinə işləyə bilər". M.Əsədullazadə xatırlatdı ki, qondarma keçmiş rejimin nümayəndələrinin Ermənistandakı fəaliyyəti əslində N. Paşinyanın özünə qarşıdır: “Azərbaycan Ermənistandan tələb etməlidir ki, parlamentdən separatçı əski parçalar götürülsün! Bu, sülh prosesinə münasibətdə Ermənistanın səmimi olmadığını göstərir. Yoxsa bunu seçkilərdən sonraya saxlayırsa, yanılır. Çünki bir növ müxalifət belə əski parçalar ətrafında birləşir, həmçinin xaricdən dəstək alır”. Siyasi şərhçi Kremlin tətikləyici roluna da diqqət çəkdi: “Rusiyanın Ermənistanda Qarabağdan köçən ermənilərə "humanitar" dəstəyi göstərir ki, idarə olunan proses var. Biz gözləyirik ki, bu ayın axırı Ermənistan parlamentinin rəhbəri Alen Simonyan parlamentdə qondarma keçmiş "artsax"ın “bayrağ”ını yığışdırsın. Bir məsələni də unutmadıq: Ermənistanda revanşist qruplar sentyabrin 2-də İrəvanda “Qarabağ mitinqi” keçirdi. Bütün bunlarla bağlı Nikol Paşinyan konkret və real addımlar atmalıdır".

Yazı çapa hazırlanarkən radikalların daha bir addımı ilə bağlı məlumat yayıldı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. AZƏRTAC erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana qarşı etimadsızlığa dair layihəni parlamentə təqdim edib. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı artıq var. Parlamentdə 28 yeri olan “Ermənistan” fraksiyasının dəstək verib-verməyəcəyi də hələlik bəlli deyil. Amma yenə də 2 imza çatışmır. Bildirilir ki, təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan isə təşəbbüsə dəstək verən yoxdur. İstənilən halda masalarında “artsax”ın əski parçalarını saxlayanların Paşinyana da dil uzatmaları təbiidir. Bu mənada N.Paşinyan özünü müdafiə etmək istəyirsə, əvvəlcə onların Qarabağa uzanmış barmağını qırmalı, əski parçalarının parlamentdən yığışdırılması, İrəvandakı separatçı ofisin qapadılmasına qərar verməlidir. Əks təqdirdə, onun özünün də bu təxribatın içərisində olduğuna şübhə yeri qalmayacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
“Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00
Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru