Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Parisə işgüzar səfər edəcək.
"Report"erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində işgüzar görüşlər planlaşdırılır.
Səfərin digər təfərrüatları açıqlanmır.