Səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Nurulla oğlu Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib.
Bu barədə Səhiyyə Nazirliyindən "DİA-AZ"a məlumat verilib.
Elgün Səmədov bundan sonra nazirliyin Aparatında nazirin müşaviri səlahiyyətlərini həyata keçirəcək.