“Biz dəfələrlə Zəngəzur məsələsində İranın mövqeyini Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinə çatdırmışıq”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlirza Borucerdi deyib.
“ABŞ-nin bu məsələyə müdaxiləsi təkcə pis deyil, həm də fəlakətdir. Hətta Ermənistan da dəhlizin yaradılmasının əleyhinədir”, - deputat bildirib.
Borucerdi Zəngəzur dəhlizini “İranın qırmızı xətti” adlandırıb. Onun sözlərinə görə, İran bu dəhlizin açılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək.