Azərbaycanda ümumi biznesin inkişafının yan təsirlərindən biri uniforma sektorunun inkişafıdır.
Müxtəlif peşə sahibləri, eləcə də biznesin inkişafı ilə fərqli sahədə çalışanların ayrıca geyim ehtiyacları artmaqdadır.
"DİA-AZ" xəbər verir ki, 2018-ci ildən bu günə qədər dövlət qurumları tərəfindən keçirilmiş uniformaların satın alınmasına dair tenderlərin sayı 35-ə çatıb. Bu dövrdə uniformalarla bağlı bağlanan müqavilələrin ümumi dəyəri 1 milyon 367 min manatdan artıq olub. Tenderlərə nəzər saldıqda, bazarda bəzi şirkətlərin ardıcıl şəkildə uğur qazandığı və dövlət sifarişlərini daha çox cəlb etdiyi görünür.
FED.az xəbər verir ki, ən çox tender udan şirkətlərdən biri "Dress Uniform" MMC-dir (VÖEN: 2602970051). Şirkət Masallı, Siyəzən, Şabran rayon xəstəxanaları və Bakı Təcili Yardım Stansiyası da daxil olmaqla, bir neçə səhiyyə müəssisəsi ilə ümumilikdə 6 tender müqaviləsi imzalayıb. Bu müqavilələrin ümumi dəyəri 212 474,93 manat təşkil edir.
Qeyd edək ki, "Dress Uniform" MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rövşən Nəsir Akif oğludur. Hüquqi ünvanı AZ1106, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 14, mənzil 111 ünvanında yerləşir.
Növbəti aktiv iştirakçı "Gillmed Zəngilan" MMC-dir (VÖEN: 5200300191). O, 4 tenderin qalibi olub. Bu tenderlər üzrə şirkətin aldığı ümumi sifarişlər 26.262,08 AZN təşkil edir. Tenderlər əsasən dövlət idarələrinin və məhkəmə strukturlarının uniformalarla təminatını əhatə edir.
Qeyd edək ki, "Gillmed Zəngilan" MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz İsmayılzadə Mirsaleh oğludur. Hüquqi ünvanı AZ6401, Zəngilan rayonu, Ağalı ərazi vahidi, ev 4 ünvanında yerləşir.
Növbəti ən çox tender udan şirkət “Star Uniform” MMC (VÖEN: 2005258481) xüsusilə Bakı Konqres Mərkəzi ilə 3 tender üzrə əməkdaşlıq edərək ümumilikdə 62 min manatlıq sifariş əldə edib.
Qeyd edək ki, “Star Uniform” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Seymur Şəkixanov Tofiq oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 17C, məhəllə 1188, mənzil 17 ünvanında yerləşir.
Daha iri məbləğli müqavilələrə imza atanlar arasında “Gill Med” QSC (VÖEN: 5000825521) də var. Şirkət yalnız iki tender qazanmasına baxmayaraq, ümumi müqavilə dəyəri 192 min manatı keçib.
Qeyd edək ki, “Gill Med” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2002,5 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rüstəm Məmmədov Xudu oğludur. Hüquqi ünvanı AZ6400, Bakı şəhəri, Nərimanov rayonu, ev 3C, mənzil 304 ünvanında yerləşir.
Eyni zamanda "Bakı Tekstil Fabriki" MMC (VÖEN: 1401963011) də diqqətçəkən iştirakçılar sırasındadır. İki tenderlə 167 min manatlıq uniformaların tədarükünü həyata keçirən şirkət əsasən sosial xidmət və turizm sahələrindəki dövlət qurumları ilə əməkdaşlıq edib.
Qeyd edək ki, "Bakı Tekstil Fabriki" MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 547,863 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səkinə Babayeva Rəşid qızıdır. Hüquqi ünvanı AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 40, mənzil 109 ünvanında yerləşir.
Uniformalar üzrə dövlət sifarişlərində “Lotus Co” MMC (VÖEN: 2904468381), “Nur-SS” MMC (VÖEN: 1300293831) və “My VMR Uniform” MMC (VÖEN: 6403562931) kimi digər şirkətlər də aktiv iştirak edib. Adı çəkilən hər bir şirkət ayrı-ayrılıqda iki tender udub.
Qeyd edək ki, “Lotus Co” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 0 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Rövşənzadə Mirzə oğludur. Hüquqi ünvanı AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 60, mənzil 89 ünvanında yerləşir.
Qeyd edək ki, “Nur-SS” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İbrahim İbrahimov Ədalət oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 13, mənzil 19 ünvanında yerləşir.
Qeyd edək ki, “My VMR Uniform” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsal Abbasov Fərman oğludur. Hüquqi ünvanı AZ4413, Masallı rayonu, Boradigah şossesi, M.P.Vaqif küçəsi, ev 92 ünvanında yerləşir.