Abituriyentlərə ixtisas seçimində dəstək göstərmək məqsədilə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisində Milli Müdafiə Universitetinin (MMU) də stendi yer alıb. Bu barədə "DİA-AZ"a MN-dən xəbər verilib.
Sərgidə MMU-nun nümayəndələri ilə birbaşa ünsiyyət quran ziyarətçilərə ali təhsil müəssisəsində mövcud ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, aylıq müavinətlər və digər məsələlərlə bağlı məlumatlar verilərək bukletlər paylanılıb, həmçinin maraq doğuran suallar cavablandırılıb.
MMU-nun təqdim etdiyi stend qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.