Məsud Pezeşkiana hücumlar .....                     15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı .....                     Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: .....                     "DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." .....                     Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi .....                     Putinin danışan dilindən sərt açıqlamalar .....                     “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR .....                     ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB .....                     Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir .....                     Qalmaqallı imtahanda .....                     Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu .....                     Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? .....                     Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır .....                     “Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu .....                     Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib .....                     Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə .....                     3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır .....                     Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon .....                     85 yaşlı direktor aylardır ki, işı çıxmır .....                     "Oğullarım əcnəbi xanımla ailə qurublar" .....                     "Danone" ləğv olunur .....                     "Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." .....                     Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... .....                     Havanın yağmursuz olacağı gözlənilir .....                     ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... .....                     “Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb .....                     Mehdiabadı KİM XARABA QOYUR? .....                     Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib .....                     Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı .....                     Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb .....                     Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi: 2 qəzet BİRLƏŞDİ .....                     Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb .....                     Rusiyada FACİƏ: azərbaycanlı öldü .....                     Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək .....                     “Təhsil qərarları yalnız rəqəmlərlə ölçülməməlidir!” .....                     Mavritaniya, Zimbabve, Toqo və Nigerə həsəd aparan "milli" komanda: .....                     Liderlərin beş saatlıq görüşünün nəticəsi: sülh prosesində irəliyə daha bir addım .....                     Jurnalistika ixtisasında .....                 

Zəngəzur dəhlizinə yaşıl işıq - Əbu-Dabi görüşü tarixi dönüş nöqtəsi ola bilər
Tarix: Bu gün, 09:56 | Çap et

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında saatlarla davam edən görüş keçirildi. Nümayəndə heyətləri ilə görüşdən əlavə liderlər iki dəfə təkbətək görüşdülər. Çox konstruktiv mühitdə baş tutan görüşdə Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparıldı. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edildi. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Qeyd olunub ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Əbu-Dabidə baş tutan görüş Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açır. Bu görüş uzun illər beynəlxalq vasitəçilərin iştirakı ilə nəticəsiz qalan danışıqlardan fərqli olaraq, tərəflərin birbaşa iradəsi və məsuliyyəti əsasında irəliləyən, nəticə yönümlü formatın mümkünlüyünü ortaya qoyur. İkitərəfli birbaşa danışıqlar üçün Əbu-Dabinin seçilməsi təsadüf deyil. Ən əsası ona görə ki, BƏƏ-nin bu məsələdə heç bir marağı yoxdur, hər hansı tərəf rolunu oynamır, Azərbaycana dost ölkədir, Ermənistanla da yaxşı münasibətləri var. Əbu-Dabi görüşünü tarixi dönüş nöqtəsi adlandırmaq olar. Hər hansı vasitəçinin iştirakı olmadan baş tutan ikitərəfli təmas Azərbaycan tərəfinin illərdir irəli sürdüyü mövqeyin-sülhün regional çərçivədə, birbaşa və şəffaf dialoqla mümkün olmasının praktiki təsdiqidir. Bu görüş həm də region dövlətlərinin öz talelərinə sahiblənmək iradəsini göstərir. Azərbaycan öz milli maraqlarını yalnız özünün müəyyən etdiyi siyasi trayektoriya üzrə təmin edir və vasitəçilərin manipulyativ təsirini kənarlaşdıraraq, prosesi suveren iradəsi ilə formalaşdırır. Bu, həm də Ermənistan üçün açıq mesajdır: danışıqlar masasındakı qeyri-səmimi oyunlar dövrü başa çatıb. İndi real siyasətin və qarşılıqlı məsuliyyətin zamanıdır. Bu görüş bir daha sübut edir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün üçüncü tərəflərin, xüsusilə də prosesi öz geosiyasi maraqları üçün alətə çevirən güclərin iştirakı zəruri deyil.

Politoloq Asif Nərimanlı Sherg.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında 5 saata qədər davam edən Əbu-Dabi görüşünü sülh danışıqlarında irəliyə doğru addım kimi qiymətləndirmək olar. Ekspertə görə, bu, son dövrlər keçirilən əsas görüş idi:

"İki ölkə lideri son vaxtlar müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir araya gəlirdi ki, bu, təmasların davam etdirilməsi baxımından vacib olsa da, detallı müzakirələrin aparılması ən azı texniki baxımdan mümkün deyildi. Görüş geniş tərkibdə keçirildi: bu, sülh sazişinin bütün istiqamətlərinin müzakirə edildiyi və razılaşma imkanlarının tükənmədiyi deməkdir. Görüşdən çıxan nəticə: Bakı və İrəvanda problemlərin ikitərəfli formatda müzakirə edilməsi və həll yollarının tapılması üçün siyasi iradə mövcuddur. Tərəflərin görüşlə bağlı rəsmi açıqlamalarının fərqlənməməsi də diqqətçəkən məqamdır. Bu o deməkdir ki, ziddiyyətli məqamlardan daha çox, uzlaşma nöqtələri tapılıb. Ən önəmli məqam danışıqların vasitəçi olmadan – ikitərəfli formatda davam etdirilməsinə dair razılaşmadır. Razılaşmalara əsasən təmaslar davam etdiriləcək, lakin əsas məqam konkret məsələlər üzrə praktiki addımların atılıb-atılmayacağıdır. Bakı-İrəvan xəttində baş verənlər, xüsusilə regional proseslər fonunda müəyyən ehtimalları önə çıxır".

Analitik qeyd edib ki, regional kommunikasiyanın bərpası əsas ziddiyyətli məqam olsa da, hazırda tərəflər arasında mövqelərin yaxınlaşdığı müşahidə edilir:
"Rusiyanın dəhlizdə hərbi mövcudluğu hər iki tərəfdə qəbul edilmir, eləcə də Naxçıvana maneəsiz keçidin təmin edilməsində müəyyən razılaşma ehtimalları var. Əks təqdirdə, Bakı nəinki bu görüşü konstruktiv hesab etməzdi, ümumiyyətlə, Əbu-Dabiyə getməzdi. Əsas həll edilməli detal maneəsiz keçidin təhlükəsizliyinin necə qorunmasıdır. ABŞ qarant ölkə kimi çıxış etmək istəsə də, üçüncü qüvvələrin mövcudluğunun regionu qlobal mübarizə platformasına çevirdiyini nəzərə alsaq, Bakı və İrəvan bu məsələdə də ikitərəfli formatda həll yolunun tapılmasına çalışa bilər. Rəsmi məlumatda sərhədin delimitasiyası ilə bağlı dövlət komissiyalarına tapşırıqların verildiyi qeyd olunur. Bu, anklavlar məsələsində həll yollarının tapılması istiqamətində işlərin davam etdiriləcəyi gözləntisini yaradır. Tərəflər etimad mühitinin yaradılmasına razılaşıb. Parlamentlər, eləcə də ictimaiyyət nümayəndələri arasında müxtəlif təmasların daha intensiv şəkildə qurulmasının şahidi ola bilərik".

A.Nərimanlı vurğulayıb ki, Bakının iki əsas tələbi hələ də aktualdır:
"Ermənistan konstitusiyasını dəyişdirməlidir. İrəvan bunu qəbul edir, lakin bunun 2026-cı ildən tez olacağı ehtimalı azdır, xüsusilə Paşinyanın daxildəki “minaları” tam neytrallaşdıra bilməməsi fonunda.. ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması da mühümdür. Görüşün nəticəsi kimi qarşıdakı dövrdə Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətin ediləcəyi istisna edilməyən məqamlardandır. Paşinyanın Ermənistan daxilində mövqelərini gücləndirmək istiqamətində atacağı addımlar və regionda maraqlı tərəflərin “zəif bənd” kimi gördüyü İrəvan üzərindən prosesə müdaxilə cəhdləri razılaşmaların icrasına, ümumilikdə hadisələrin inkişafına təsir edə biləcək amillərdir".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli də Sherg.az-a deyib ki, iki ölkə arasında davamlı sülhün əldə olunması, ilk növbədə, hər iki ölkənin və bütövlükdə, regionun strateji maraqlarına uyğundur:

"Regionda sülhün olmaması, hərbi-siyasi eskalasiyanın davam etməsi isə yalnız və yalnız bölgədə imperialist maraqları, təsir imkanları olan kənar güc mərkəzlərinin istəyidir. Bu baxımdan Ermənistan rəhbərliyi siyasi yetkinlik nümayiş etdirib Azərbaycanın haqlı sülh gündəliyini qəbul edərək ölkəmizlə sülhə nail olmalıdır. İndiki mərhələdə əsas gözləntimiz sülh müqaviləsinin imzalanması və regionda kommunikasiyaların açılması istiqamətində konkret addımların atılmasıdır. Bütün bunları və son zamanlar regionda, Ermənistan daxilində baş verən prosesləri nəzərə alanda, bu gün Əbu-Dabidə keçirilən görüşü tarixi əhəmiyyətli, vacib görüş hesab etmək olar".

Millət vəkili Ceyhun Məmmədov da bildirib ki, bu cür görüşlər regionda sülhün və sabitliyin bərqərar olunması baxımından strateji əhəmiyyət daşıyır. Deputat vurğulayıb ki, Azərbaycanın prinsipial mövqeyi, suverenliyimizin və ərazi bütövlüyümüzün birmənalı şəkildə qorunması bu görüşdə bir daha nümayiş etdirildi:

"Cənab Prezidentin qətiyyətli və balanslaşdırılmış yanaşması həm bölgədə davamlı sülhün təmininə, həm də Ermənistanı real vəziyyəti qəbul etməyə vadar edən mühüm siyasi mesaj idi. Azərbaycan dövləti sülhə hazırdır, lakin heç bir halda suveren hüquqlarından geri çəkilmək niyyətində deyil. Sülh prosesinin sürətlənməsi üçün imkanlar var. Ermənistan sadəcə çalışmalıdır ki, bu imkanlardan istifadə etsin və prosesə müsbət töhfə versin. Ermənistan sülh üçün real addımlar atmadığı üçün sazişin imzalanmasını yubadır. Bütün hallarda belə görüş və danışıqların böyük əhəmiyyəti var. Gözləntimiz odur ki, İrəvan hökuməti real və doğru addımlar atacaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məsud Pezeşkiana hücumlar - İran hakimiyyətinin köhnə prinsipləri
Bu gün, 15:41
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
Bu gün, 15:36
Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: - evini satmağa məcbur oldu
Bu gün, 15:35
"DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." - Astara sakini oğluna əlillik dərəcəsi verilməməsindən şikayətçidir
Bu gün, 15:19
Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi - TƏFƏRRÜAT
Bu gün, 15:16
Putinin danışan dilindən sərt açıqlamalar
Bu gün, 15:14
“JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR - VİDEO
Bu gün, 15:10
ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB - Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir
Bu gün, 15:07
Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir - Sərdar Cəlaloğlu
Bu gün, 14:02
Qalmaqallı imtahanda qalmaqallı SON
Bu gün, 14:00
Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır – Ruslar və yəhudilər…
Bu gün, 13:58
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTO
Bu gün, 13:50
Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 13:42
Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır - Aİ
Bu gün, 13:39
“Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu - TƏFƏRRÜAT
Bu gün, 13:23
Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 13:03
Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə – İrəvandan sürpriz rol
Bu gün, 13:01
3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi
Bu gün, 12:57
Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır – Rəsmi
Bu gün, 12:55
Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
Bu gün, 12:52
85 yaşlı direktor aylardır ki, işı çıxmır - İLGİNC
Bu gün, 12:42
"Oğullarım əcnəbi xanımla ailə qurublar"
Bu gün, 12:32
"Danone" ləğv olunur
Bu gün, 12:29
"Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... - İNCƏLƏMƏ
Bu gün, 12:20
Havanın yağmursuz olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:14
ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... - "Azəriqaz" şefi "GÜL VURUR"...
Bu gün, 12:08
“Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb
Bu gün, 12:01
Mehdiabadı KİM XARABA QOYUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:58
Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib
Bu gün, 11:49
Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:44
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb - AÇIQLAMA
Bu gün, 11:41
Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi: 2 qəzet BİRLƏŞDİ - FƏRMAN
Bu gün, 11:39
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 11:38
Rusiyada FACİƏ: azərbaycanlı öldü - HƏSSAS GÖRÜNTÜLƏR
Bu gün, 11:34
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək – 14 milyon manatlıq dələduzluq
Bu gün, 11:30
“Təhsil qərarları yalnız rəqəmlərlə ölçülməməlidir!” - Kamran Əsədov
Bu gün, 11:27
Mavritaniya, Zimbabve, Toqo və Nigerə həsəd aparan "milli" komanda: -Reytinqdə 3 "addım" geri getdik
Bu gün, 11:26
Liderlərin beş saatlıq görüşünün nəticəsi: sülh prosesində irəliyə daha bir addım - ŞƏRH
Bu gün, 11:24
Jurnalistika ixtisasında qabiliyyət imtahanı LƏĞV EDİLİR?
Bu gün, 11:22
Agentlik rüşvət əleyhinə idarəetmə sistemi ilə bağlı xidmət alır - FOTO
Bu gün, 11:21
İranın Zəngəzurla bağlı "qırmızı xətti" aradan qalxıb - Sabiq nazirdən sensasiya
Bu gün, 11:19
"Rusiya artıq bu hadisədən müəyyən nəticələr çıxarıb..." - partiya sədri
Bu gün, 11:17
Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları kimlər sökür? – “Dedilər ki, burada narkomanlar yaşayır...”
Bu gün, 11:05
İcra Hakimiyyətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:02
Zelenski dilemma qarşısındadır
Bu gün, 11:00
Bakıda yeddi uşaq anasından şok əməl: əri həbsdə idi, özü də... - TƏFƏRRÜAT
Bu gün, 10:57
Robert Koçaryan Alen Simonyana qarşı ikinci iddia qaldırıb - BU DƏFƏ...
Bu gün, 10:53
Bakının iki dostu razılaşdı, üç regionda yeni vəziyyət – Pakistan ekspert detalları açdı
Bu gün, 10:51
İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur... - GƏLİŞMƏ
Bu gün, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru