Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                     Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar .....                     Sabiq deputat tələbə oldu .....                     “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” .....                     Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? .....                     Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? .....                     “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” .....                     "Dövlət əmlakını taladım" .....                     Rusiya həqiqətən NATO-ya hücum edə bilər .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib .....                     Azərkosmos-un ixracı gəlirləri düşüb .....                     Röya Ayxanın sərvəti nə qədərdir? .....                     Kəngərlidə SU ÇİLƏSİ... .....                     Nigar Fərhadın ərini DTX həbs edibmiş .....                     Norveç Kralı vəfat edib .....                     200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir .....                     Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? .....                     “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi .....                     Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi .....                     ETN və MÜTDA-da bu yoxlamalar aparılsın .....                     Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır .....                     Kor-koranə yoxlama: absurd teatr .....                     Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq .....                 

Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Görünəni odur ki...
Tarix: 30-06-2025, 10:37 | Çap et

Şəki şəhər İcra Hakimiyyəti Şəki şəhərinin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işləri üzrə 04.04.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “ELŞƏN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 709.880,09 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 23.06.2025 -ci ildə dərc edilib.

Qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş bəndlərin bərpa olunması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.013.646,47 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Şəki şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “ELŞƏN” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Şəki şəhər İcra Hakimiyyəti tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “ELŞƏN” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, bu Şəki şəhər İcra Hakimiyyəti ilə “ELŞƏN” MMC arasında ilk işbirliyi deyil. Şəki şəhər İcra Hakimiyyəti 2021-ci ildə Şəki şəhərində görüləcək abadlıq işləri üzrə də sözügedən şirkətlə 148.585,97 manat dəyəri olan müqavilə bağlayıb.

Bundan əlavə Şəki Suvarma Sistemləri İdarəsi də rayonda Dəhnə kanalının PK81+00÷PK102+00 hissəsinin beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri üçün mal-materialların satın alınması üzrə 174.681,3 manat, maşın-mexanizmlərin istismarı üçün lazım olan mal-materialların satın alınması üzrə isə 166.421,3 manat məbləğində iki satınalma müqaviləsini “ELŞƏN” MMC ilə bağlayıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELŞƏN” (VÖEN- 3000086811) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 07.11.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ŞƏKİ RAYONU, NATAVAN, ev.15, qanuni təmsilçisinin isə Abdul-Vahabov Dursun Camal oğlu Hacıyev Əhsən Rza oğlu olduğu göstərilir. MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd etmək istərdik ki, Şəki yağıntıların daha çox düşdüyü, sel sularının fəsad törətdiyi rayonlarımızdan biridir. Hələ 2021-ci ilin noyabrında Aktualinfo.org sel sularının yaratdığı təhlükə ilə bağlı araşdırma məqalə yaymış, foto və videomateriallar əlavə olunaraq tədbirlər görülməsi üçün bütün aidiyyatı orqanlara göndərmişdi.

Bir daha xatırlatmaq istərdik ki, sözügedən məqalədə Şəkinin Baş Göynük, Köndələn, Aşağı Göynük, İnçə, Aşağı Şabalıd, Aşağı Layısqı kəndlərinin hələ də sel təhlükəsi altında qaldığını açıqlamış, ötən ilki seldən əvvəl, yəni, 2021-ci ilin iyunun 7-də “Şin” çayına gələn yüngül sel zamanı da Baş Göynük sakinlərinin çay sahilində yerləşən bağ sahələri lilli-palçıqlı su altında qalmış, təsərrüfatlar məhv olmasını yazmışdıq. Çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir qabaqlayıcı tədbirlər görülməmişdir. Çay kənarında milyonlarla manat pul hesabına çox keyfiyyətsiz bəndbasma işləri görən keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin dövlət vəsaitini talan etdiyindən bu təhlükə daim gözlənilir. Hələ 20 sentyabr 2023-cü il selindən sonra heç bir faktiki işlər görülməmişdir. Ötən ilin may-iyun aylarında olan növbəti sel və daşqınlardan sonra da minlərlə sakinin mülklərinə və fərdi təsərrüfatlarına böyük ziyan dəymişdir.

Qeyd edək ki, keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə bərabər Şəki şəhər İcra Hakimiyyəti də hər il çay sahil divarlarının təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işlərinə milyonlarla manat vəsait ayırır. Amma nədənsə hər dəfə sel gələndən sonra buralarda təmir, bərpa işlərinin aparıldığı heç bəlli olmur. Sanki, ayrılan dövlət vəsaitləri selə qarışıb, yox olur. Elə Şəki şəhər İcra Hakimiyyətinin “ELŞƏN” MMC yə ayırdığı yüz minlərin aqibəti də, çox güman ki, belə olacaq.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Bu gün, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Bu gün, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Bu gün, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bu gün, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08
Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52
Norveç Kralı vəfat edib
Bu gün, 10:45
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38
“Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi - görün hansı məşhurun nənəsi imiş
Bu gün, 10:36
Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi – İTTİHAM AKTI
Bu gün, 10:33
ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
Bu gün, 10:30
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır - DİQQƏT
Bu gün, 10:23
Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Bu gün, 10:21
Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov
Bu gün, 10:17
Nigar Fərhadın anası axtarışa verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:08
Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... - Ailəsi istəyir ki...
Bu gün, 10:02
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb - DİQQƏT
Bu gün, 09:57
" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41
Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37
Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Bu gün, 08:14
Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? - ŞƏRH
Bu gün, 08:08
46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? – Tarixi video
Bu gün, 08:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru